Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə35/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   31   32   33   34   35   36   37   38   ...   51

yət,  informasiya  axtarışı  zamanı  oxucu  tərəfmdən  itirilən 
vaxtı  və  kitabxanaçı  əməyini  minimuma  endirməkdir. 
Əgər  eiektron  bazadakı  informasiyalara  bütöv  bir  mənbə 
kimi  yanaşsaq,  elektron  kitabxana həmin  sistemi  idarə  et- 
mək,  operativ  işləmək  və  oxucuya  çatdırmaq  vasitəsi  ola- 
caqdır.
Elektron  kitabxanalar  həm  də  sənaye  cəmiyyətindən 
biliklər cəmiyyətinə keçidin baş  verdiyi müasir dövrümüz- 
də müstəqil  informasiya  sistemi kimi beynəlxalq mədəniy- 
yətlərarası  dialoqun  qurulması,  elmi-interaktiv  kommuni- 
kasiyalann yaradılması,  informasiya  mübadiləsi,  qarşılıqlı 
elmi  araşdırmaların  operativ  informasiya təminatı üçün  də 
real zəmin yaradır.
Kitabxanalarm  inkişafmı  şərti  olaraq 4  əsas mərhələ- 
yə bölsək,  elektron kitabxanalarm yaradılması-elektron ki- 
tabxanaşünaslıq nöqteyi-nəzərindən hələlik sonuncu,  alter- 
nativi  olmayan nəticə kimi  səciyyələndirilə bilər.
Oxucuya  xidmət  kitabxanalann  yarandığı  ilk  dövr- 
lərdən  ötən  əsrin  60-cı  illərinədək prinsipial  dəyişikliklərə 
məruz qalmayıb.  Belə ki,  əsrlər boyu kitabxani işi sahəsin- 
də  qazamlan  ən  böyük  naliyyətlər  kartoçka  kataloqunun, 
kitabxana təsnifat  sistemlərinin  yaradılması  ilə  məhdudla- 
şıb.  Yəni  dünyanm  ən  qədim  kitabxanalarmdan  biri  olan 
məsələn,  İsgəndəriyyə  kitabxanasmda  oxucuya  xidmət 
əsrlər  öncə  necə  idisə,  ötən  əsrdə  də  elə  o  cür  idi.  Müəy- 
yən  bir kitabı  əldə  etmək  üçün  günlərlə,  kilometrlərlə  yol 
qət edib kitabxanaya gedən  Orta əsrlərin  oxucusu ilə  səna-
ye  cəmiyyətinin  oxucusunun  məqsədəçatma zamanı  itirdi- 
yi vaxt arasında fərq yox idi.
Hələ  son  20-30  ilədək  insanlar  kitabxanaya  getmə- 
dən kitab  əldə  etməyin nə  olduğunu  təsəw ür belə etmirdi- 
lər.  Göründüyü  kimi,  “oxucu  ona  lazım  olan  kitabı  kitab- 
xanaya  gələrək  axtarmahdır”  iddiası  İnformasiya  cəmiy- 
yəti  şəraitində  öz  qüwəsini  itirir.  Oxucu  kitabxanaya  gəl- 
mədən  də  elektron  kataloq  vasitəsilə  ona  lazım  olan  kita- 
bm  kitabxanada  olub-olmadığım  yoxlaya  və  onu  elektron 
şəkildə əldə edə bilər.
Elektron  kitabxanalarm  yaradılması  tarixi  1971-ci  il- 
dən başlanır.  Həmin ildə Amerikalı  professor M.Hart “Qu- 
tenberq” adlı  layihəni  həyata keçirməklə  dünyada  ilk elek- 
tron  kitabxanam  yaradıb.  Elektron  kitabxanantn  ilk  mətn- 
ləri  də  elə  Hartın  özü  tərəfindən  kompyuterin  yaddaşma 
daxil  edilib.  “ABŞ-m  müstəqillik  bəyannaməsi  və  konsti- 
tusiyası”,  “Qanunlar  haqqmda  Bill”,  “İncil”  və  “Tövrat” 
M.Hartm  elektron  kitabxanaya  daxil  etdiyi  ilk  nəşrlər  idi. 
1992-94-cü  illərdə  ABŞ-da  və  Avropada  ilk  dəfə  olaraq 
elmi  əsaslar  üzərində  elektron  kitabxanaların  yaradılması 
işinə  start  verilib.  2000-ci  illərin  əvvəllərində  Yaponiya, 
Cənubi  Koreya,  Avstraliya və Rusiyada  analoji  kitabxana- 
lar meydana gəlib.
Azərbaycanda  isə  ötən  əsrin  80-ci  illərinin  sonlarm- 
da  AMEA-mn  Avtomatlaşdırılmış  İdarəetmə  Sistemləri 
laboratoriyasımn  əməkdaşları  ilk  dəfə  elektron  kitabxana 
yaratmaq təşəbbüsü ilə çıxış ediblər.
Kitabxana-informasiya xidmatində elektron kataloq
  |  147


Bugün  AMEA  Mərkəzi  Elmi  Kitabxanası,  Milli  Ki- 
tabxana,  BDU-nun  Elmi  Kitabxanası,  Prezident  Kitabxa- 
nası,  Naxçıvan  Dövlət Universitetinin  kitabxanası,  İqtisad 
və  Xəzər  Universitetlərinin  kitabxanalan  Azərbaycanda 
elektron  kitabxana  yaradıcılığı  sahəsində  öncüllərdəndir- 
lər.  Həmçinin  ölkədə  “Lit.az”-Azərbaycan  Ədəbiyyatınm 
elektron kitabxanası fəaliyyət göstərir.
Hazırda  dünyanm  bir  çox  kitabxanaları  bütün  qüv- 
vələrini  elektron  kitabxanaların  yaradılması  işinə  cəlb 
edir,  elektron kataloqu bunun üçün ən optimal vasitəyə çe- 
virirlər.  Son  illərdə  elektron  kitabxanalarm  yaradılması  işi 
Avropa Birliyi  və  YUNESKO  tərəfmdən  də  aktiv  şəkildə 
dəstəklənir.
1999-cu  ilin  sentyabr  aymda  Parisdə  YUNESKO- 
nun  rəhbərliyi  altında  elektron  kitabxanalann  yaradılması 
problemləri  üzrə  beynəlxalq  seminar  keçirilib. 
2000
-ci  il- 
lərin  əwəllərindən  etibarən  Avropa  Birliyi,  UNESCO  və 
IFLA  birlikdə  “Avropa  Elektron  Kitabxanası”nı  (AEK), 
sonra  isə  “Ümumdünya  Elektron  Kitabxanası”nı  (ÜEK) 
yaratmağa  başlayıblar.  21  aprel  2009-cu  ildə  yaradılan 
ÜEK-də  ödənişsiz  olaraq  dünyanm  hər  yerindən  nadir 
kitabları,  əlyazmalarım  oxumaq,  filmlərə,  şəkillərə  bax- 
maq olar.  Saytdakı  mətnlər  dünyanm  7  əsas  dilində-  ərəb, 
çin,  ingilis,  fransız,  portuqal,  rus  və  ispan  dillərindədir. 
Dünyanm  32  kitabxanasmm  qoşulduğu  bu  layihənin  əsas 
məqsədi  qiymətli  nadir  materialları  hamı  üçün  əlyetər  et- 
məkdir.  Bu  kitabxananm  yaradılması  ideyası  ABŞ  Kon-
148  | 
C.A.Cəfərov
qres  Kitabxanasımn  rəhbəri  Ceyms  Billinqtona  məxsus- 
dur.
Azərbaycan  kitabxana  ictimaiyyətinin  də  böyük 
ümidlər bəslədiyi  ÜEK-  (www.wdl.org) yaranar-yaranmaz 
ölkəmizin  tarixi,  yer  adlarınm  təhrif  olunması  ilə  yadda 
qaldı.  Məlum  oldu  ki,  kitabxananm  yaradıcılan  ölkəmiz 
haqqmda  informasiyam  nə  qədər  qəribə  görünsə  də  150  il 
bundan əvvəl  Sankt-Peterburqda nəşr olunmuş  sənədə isti- 
nad  edərək  hazırlayıblar.  Sənəddə  qədim  Azərbaycan  tor- 
pağı  olan  Naxçıvan  Ermənistanm  paytaxtı  kimi,  Ordubad 
isə İrəvan  quberniyasma  daxil  olan ərazi  vahidi  kimi  qeyd 
olunub.  Həmçinin,  kitabxanada  Sabirabad  rayonu  Petro- 
povlovsk adlandırılıb.
Ümumiyyətlə,  Ümumdünya  Elektron  Kitabxanasın- 
da Azərbaycan  tarixi  haqqmda  məlumatların  yalnız  1856- 
cı ildə Çar Rusiyasmda hazırlanmış  “Ha
6
op  reorpa(|)HMec- 
khx  KapToneK Pocchhckoh  HMnepHH”  (“Rusiya  imperiya- 
sının  coğrafı  kartoçkalar  toplusu”),‘  materialları  ilə  məh- 
dudlaşması  təəssüf hissi  doğurur.  Aydındır  ki,  təəssüflən- 
məklə də işimizi bitmiş hesab edə bilmərik.
Araşdırmalarımız  zamanı  müəyyən  etdik  ki,  həmin 
məlumatlar  Rusiya  Milli  Kitabxanası  tərəfındən  ÜEK-ə 
təqdim  olunub.  ABŞ  Konqres  Kitabxanası  isə  işin  icraçısı 
qismində çıxış  edib.
*  Toplu-suvenir  83  kartoçkadan  (yerli  əhalinin  g ey im i,  gerbi,  ərazinin  kiçik 
xoritəsi  və  s.  özündo  birləşdirən)  ibarətdir.
Kitabxana-informasiya xidmətində elektron kataloq  \
  149


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə