Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə36/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   32   33   34   35   36   37   38   39   ...   51

Ölkəmizin  bütün  iri  kitabxanaları  adıçəkilən  hər  iki 
kitabxana  ilə  uzun  illərdən  bəri  əməkdaşlıq  edir,  kitab  və 
informasiya  mübadiləsi  apanr.  Hər  il  bu  kitabxanalara 
ölkəmiz  haqqmda  həqiqətləri  əks  etdirən  yüzlərcə  nəşr 
göndərilir.  Nəticənin  belə  olması  onu  deməyə  əsas  verir 
ki,  bu  proses  əwəlcədən  nəzarətə  götürülüb.  AR  Xarici 
İşlər Nazirliyinin bu anlaşılmazlıqla bağlı  yaydığı  sənəddə 
göstərilir  ki,  kitabxanalanmız  bu  kimi  təşkilatlarla  daha 
sıx  münasibət  qurmalı,  Azərbaycan  həqiqətlərini  dünya 
ictimaiyyətinin diqqətinə  çatdırlmalıdırlar.
Araşdırdıq  ki,  Rusiya  Milli  Kitabxanasından  ÜEK-ə 
təqdim  olunan  sözügdeən  sənədlər  kitabxananm  “Karto- 
qrafıya”  şöbəsinin  balansmdadır.  Şöbənin  balansmda olan 
digər  xəritələrdə  Ermənistan  Xəzər  dənizi  ilə  Qara  dəniz 
arasmda  qərarlaşıb,  Azərbaycanm  adı  isə  ümumiyyətlə 
çəkilməyib.  Kürdən  sağdakı  ərazilər  isə  Dağıstan  vilayəti 
kimi  qeyd  olunub.  Rusiya  Milli  Kitabxanası  həmin  nəşri 
ÜEK-in  elektron  kataloqunda  və  bazasında  əks  etdirdik- 
dən sonra AMEA Mərkəzi  Elmi  Kitabxanasmda A.  Əliye- 
va-Kəngərlinin təşəbbüsü  ilə xüsusi  qrup yaradıldı.  Həmin 
qrupun  tərkibində  biz  həm  Konqres  kitabxanasma,  həm 
Rusiyamn  Milli  Kitabxanasına,  həm  də  Ümumdünya 
Elektron  kitabxanasma  sözügedən  yanlışlıqla  bağlı  iradı- 
mızı  bildirdik və hər 3  qurumu Azərbaycan tarixi  ilə bağlı 
ingilis və rus  dillərində materiallarla yenidən təmin edərək 
yanlışlığm  (!?)  aradan  qaldınlmasma  və  ÜEK  vasitəsilə 
milli həqiqətlərimizin doğru təbliğinə nail olduq.
150  | 
C.A.Cəfərov
Mədəni  və  tarixi  irsimizin  doğru  təbliği  kitabxana- 
lanmızm düzgün istiqamətdə fəaliyyəti  ilə sıx bağlıdır.  Bu 
mənada  kitabxanalarm  dünya informasiya  məkanma  daxil 
olmasım  təmin  edərkən  informasiya  qarşıdurmalanna,  in- 
sidentlərinə  hazır  olmaq,  əwəlcədən  düşünülmüş  istiqa- 
mət seçmək gərəkdir.  Çünki  informasiya  cəmiyyəti  həqiqi 
biliklərin  yayılmasmı  sürətləndirdiyi  kimi,  neqativ,  əsası 
olmayan məlumatlann da yayılmasma imkan yaradır.
Təkcə  kitabxanalarımız  deyik,  milli  irsimizin  daşıyı- 
cısı  olan  kitablarımız  da  zaman  keçdikcə  İKT-nin  təsirinə 
məruz  qalır.  Çünki  kitablann  illərlə  saxlanılması,  nəsillər- 
dən-nəsillərə  ötürülməsində  problemlər  həmişə  olub,  bu- 
gün  də  var.  Bu  problemi  aradan  qaldırmaq  üçün  texnoloji 
baxımdan  inkişaf  etmiş  ölkələr,  zamanm  tələbinə  uyğun 
olaraq  lazımi  tədbirlər  görürlər.  Elə  bunun  nəticəsidir  ki, 
indi  dünyada  ənənəvi  kitabxanalarla  bərabər  çoxlu  sayda 
elektron kitabxanalar da mövcuddur.
Elektron  kitabxanalann  yaradılmasmın  2  üsulu  möv- 
cuddur:
1. 
Ənənəvi  sənəd  kütləsini  skaner  vasitəsilə  rə- 
qəmsal  formata keçirmək yolu ilə;
2

İlk  dəfədən  rəqəmli  formada  hazırlanan  mətn- 
ləri toplamaqla.
Əlbəttə  ki,  birinci  üsul  daha  ağır  və  vaxtaparan  pro- 
sesdir.  İkinci üsul  isə olduqca yenidir.
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  151


Elektron  kataloqla  elektron kitabxana arasmdakı  əla- 
qələr  də  yenidir.  Lakin  bu  unikal  vəhdət  cəmiyyətin  bila- 
vasitə iqtisadi modifıkasiyasma səbəb olduğu üçün həm də 
rentabellidir.  Çünki  elektron kataloq elektron kitabxanada- 
kı  sənəd  və  nəşrlərin  tapılması  prosesinin  sadələşməsinə 
və sürətlənməsinə real imkan yaradır.
Ənənəvi  kitabxana  fondlanndakı  kitablardan  fərqli 
olaraq,  elektron  kitabxanadakı  kitablar  təbii  resursların 
(meşə  massivlərinin)  məsrəf olunmasma  və  ətraf mühitin 
çirklənməsinə  imkan  vermir.  Elektron  kitabxanalar  elmi 
işçilərə,  ali  təhsil  müəssisələrində  fəaliyyət  göstərən  pro- 
fessor-müəllim heyətinə,  tələbə  və  mütəxəssislərə  elmi  iş- 
lərinin  və  apardıqları  tədqiqatların  nəticələrini  toplaylıb 
ictimailəşdirmək  baxımmdan  bütün  mümkün  kanallardan 
güclüdür.  Eləcə  də,  elektron kitabxananm  kıfayət qədər az 
fıziki  yer  tutması  çox  vacib  inzibati,  iqtisadi  üstünlük  he- 
sab olunur.
Lakin  müşahidər  göstərir  ki,  elektron  kataloqlardan 
fərqli  olaraq,  elektron  kitabxanaların  yaradılması  işi  heç 
də hammı  razı  salmır.  Elektron  kitabxanalarm  yaradılması 
işinə  mənfı  münasibətdə  olanları  2  qrupa-Ənənəvi  oxucu- 
lara  və  mühafizəkar  müəlliflərə  bölmək  olar.  Birinci 
qrupun  fıkrincə,  heç  bir  elektron  nəşr,  elektron  sənəd 
ənənəvi  kitabı,  onun  yaratdığı  psixoloji  harmoniyanı, 
daxili  balansı  əvəz  edə  bilməz.  İkinci  qrup  isə,  elektron 
kitabxanalarm  yaradılmasını  ənənəvi  kitabxanalara  qarşı
152  | 
C.A.Cəfərov
məhvedici  proses  hesab  edir  və  əsərlərini  belə  “işğalçı” 
kitabxanalarda yaymaq istəmir.
Lakin  elə  müəlliflər  də  var  ki,  özlərinin  intellektual 
məhsuluna  əmtəə  kimi  yanaşa  bilmir  və  ya  onun 
ictimailəşməsini,  oxunmasım,  iqtisadi  gəlir əldə  etməkdən 
daha üstün  tuturlar.  Belə  loyal  müəlliflər  elektron kitabxa- 
naların  yeni  nəşrlərlə  təmin  olunmasma  şərait  yaradır. 
Qərbdə,  “yalmz  müşahidə  edən  müəlliflər”  adlanan bu  tip 
yazarlarm  əsərləri,  müasir  elektron  kitabxanalarm  əsas 
mənbəyi hesab  olunur.
Başqa qrup müəlliflər isə, əsərlərini elektron kitabxa- 
na  vasitəsilə  hamıya  “verməyi”,  həm  mənfəət  itikisi  kimi, 
həm  də  plagiata,  müəllif  hüquqlarınm  pozulmasına  yol 
açan addım kimi  qiymətləndirirlər.
AMEA-nın  Mərkəzi  Elmi  Kitabxanasında  çalışan 
həmkarımız,  texnika  üzrə  fəlsəfə  doktoru  Sergey  Kondrat- 
yev iddia  edir  ki  [79,  s  144],  müəllif hüquqlarınm  yetorin- 
cə  qoruna  bilməməsi  elektron  kitabxanaların  yaratdığı  ən 
böyük  problemdir.  Biz  isə  iddia  edirik  ki,  əslində  bu  kimi 
hüquqpozmaları  elektron  kitabxananı  yaradan  hüquqi  və 
fıziki  şəxslərin  mövcud  sahədəki  biliklərinin kifayət qodər 
olmaması  ilə  əlaqədardır.  Bu  mənada  elektron  kitabxana 
və  müəlliflik  hüququnun  vəhdətdə  inkişaf etməsi  üçün  cə- 
miyyətin  intellektuallaşması,  əqli  mülkiyyotə  hörmət  mc- 
yarlarının  dəyişməsi,  mütaliə  mədəniyyətinin  yüksəlməsi 
gərəkdir.
Kitabxana-inform asiya xidmətində elektron kataloq
  | 
153


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə