Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə39/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   35   36   37   38   39   40   41   42   ...   51

çürmə  yolu  ilə  nəşr  edən  kitabxanalarımız,  əlifba  üzrə  sı- 
ralamanı avtomatik yerinə yetirə bilmirlər.
2.  M üəllif  işarələrinin  latın  qrafikalı  Azərbaycan 
əlifbasma  uyğun  sıralanması  mümkün  olar.  Məsələn,  adı 
və  ya  soyadı  “Ə”,  “Ö”,  “Ü”  ilə  başlanan  müəlliflərimizin 
əsərlərinin  elektron  biblioqrafik  təsvirini  yaradarkən,  sis- 
tem,  onlan  ingilis  və ya rus  dilinin əlifbasma  uyğun deyil, 
avtomatik  olaraq  Azərbaycan  əlifbasmm  qaydalarına  uy- 
ğun düzər;
3.  Avtomatlaşdırma,  o  cümlədən  elektronlaşdırma 
prosesləri üzrə tədrisin və tədrisi  mənimsəmənin keyfıyyə- 
ti  yüksələr.  Belə  ki,  xaricdən  alman  “VTLS”  və  “İRBİS- 
64”  AKIS-lərin  təlimatları  həddindən  artıq  texniki  infor- 
masiya  ilə yükləndiyindən  onu  tam mənimsəmək hələ  heç 
bir  kitabxanamıza  müəssər  olmayıb.  Bu  səbəbdən,  kitab- 
xanalanmız əlavə xərc çəkərək təlimatları hissə-hissə (təli- 
matlar yeniləndikcə)  dilimizə  tərcümə  edir,  bir  çox  hallar- 
da  isə  həmin  AKİS-lərin  tətbiqi  sahəsində  təcrübə  topla- 
mış  kənar  mütəxəssislərin  köməyinə  ehtiyac  duyur.  Belə 
mütəxəssislərin  sayı  isə  ölkəmizdə  olduqca  azdır.  Bəzən 
bir  mütəxəssis  respublikamızın  bir  neçə  kitabxanasmda 
çalışmalı,  problemləri  aradan  qaldırmalı  olur.  Bu  proble- 
min  səbəbi  təkcə kadr çatışmazlığı deyil, tətbiq olunan av- 
tomatlaşdınlmış  sistemlərin  xarici  dillərdə  olması,  texniki 
məlumatlandırmanm  humanitar  ixtisas  sahibi  olan  kitab- 
xanaçıların  bilikləri  ilə  üst-üstə  düşməməsidir.  Məsələn, 
Qərb  kitabxanalarmda  çalışan  proqramçılar,  İT  mütəxəs-
162  | 
C.A.Cəfərov
sislər  ixtisasca  əsasən  kitabxanaçı  olurlar.  Və  yaxud  əksi- 
nə, kitabxanaçılar bir neçə illik təcrübədən  sonra  asanlıqla 
AKİS-lərin  idarə  olunması,  tətbiqi  məsələləri üzrə  İT  mü- 
təxəssisə  çevrilə  bilirlər.  Bu  isə  dil  baryerinin  olmaması, 
AKIS-in kitabxanaçı  üçün tam açıq və  anlaşılan olması  ilə 
əlaqədardır.
4.  Bütün  növ  avtomatlaşdırılmış  kitabxana  əməliy- 
yatlannm  yerinə  yetirilməsində  Dövlət  dili  haqqmda  AR 
Qanununun müddəaları təmin edilmiş  olar.
Bundan  əlavə,  Azərbaycanda  yaradılacaq  MAKİS 
bütün  kitabxanalarımızın  (sahəvi,  universal,  kütləvi,  elmi 
və  s.)  ümumi  iş  prinsiplərinə  uyğunlaşdırılmalı,  həm  ki- 
tabxanalararası  abonoment,  həm  korporativ-toplu  elektron 
kataloq,  həm  də  milli  elektron  kitabxana  üçün  zəmin  ya- 
ratmahdır.
Hazırda  kitabxanalarımızda  istifadə  olunan  “İRBİS- 
64”  və  “VTLS”  AKİS-ləri  qapalı  proqram  kodlaşmasına 
malik  olduğundan  müştəri-kitabxanaların  onlann  arxitek- 
turasma  əlavələr,  dəyişikliklər  etmək  imkanı  yoxdur.  Bu 
səbəbdən  kitabxanalarımız  istifadə  etdikləri  xarici  sistem- 
lərin  istehsalçılarma,  hər yenilənmiş versiya  və ya  dəyişil- 
miş  modul  üçün  əlavə  pul  ödəyirlər.  Bu  kimi  halların  da 
aradan  qaldmlması  üçün  MAKİS-in  yaradılması  olduqca 
vacibdir.
Məsələn,  2010-cu  ildə  Qazaxıstanda  “KABİS” 
MAKİS-i  yaradılarkən  bu  sistemə  münasibət  birmənalı 
deyildi.  Belə  ki,  ölkə  kitabxanalarmm böyük əksəriyyətin-
Kitabxana-informasiya xidmətindd elektron kataloq
  |  163


də  tətbiq  olunan  “İRBİS-64”  AKİS-in  asanlıqla  öz  yerini 
yeni  sistemə  verəcəyi  inandırıcı  göriinmürdü.  Lakin  “KA- 
BİS”  MAKİS-in  yaradılmasından  bir  müddət  sonra  Qaza- 
xıstan  Universitetləri  Assosiasiyasımn  qərarı  ilə,  yeni  sis- 
temin  ali  məktəb  kitabxanalarmda  tətbiqi  icbariləşdirildi. 
Bu  məqam  Qazaxıstan  kitabxanalarmm  fəaliyyətində  dö- 
nüş nöqtəsi oldu. Belə ki, bu ölkənin toplu elektron katalo- 
qu  gözlənildiyindən  daha  tez  istifadəçilərin  ixtiyarma  ve- 
rildi,  milli  elektron kataloqun yaradılması  işində  əsaslı  də- 
yişikliklər baş verdi  [133,  s.  52].
2009-cu  ildə  eyni  təcrübədən  Özbəkistan  da  yararla- 
naraq “KARMAT-M” MAKİS-ini yaratdı  və  sistemi uğur- 
la  tətbiq  etdi  [125,  s  163].  Həm  qloballaşmanm,  həm  də 
müstəqilliyimizin tələblərinə  müvafıq  olaraq ölkəmizdə də 
bu sahədə addımlarm atılmasma ciddi zərurət yaranıb.
Elektron  kataloq  sistemi  və  RFID  texnologiyaları.
RFID  (ingiliscə:  Radio  Frequency  IDentification)  dilimi- 
zə  tərcümədə  “Radiotezliklə  eyniləşdirmə”  mənası  verir. 
Texnologiya vasitəsilə obyektləri,  daha dəqiq desək,  trans- 
porder  və  ya  RFID  nişanlarmı  avtomatik  eyniləşdirmək, 
onlarm  yerini  müəyyənləşdirmək,  hərəkətini  izləmək 
mümkündür.  Həmin  obyektlərdə  mühafizə  olunan  məlu- 
matlar radiosiqnal  vasitəsilə  oxunduğundan  və  ya  yazıldı- 
ğmdan  onları  hətta  böyük məsafələrdən,  pult vasitəsilə  də 
idarə etmək,  izləmək mümkündür [32,  s.  9;  164,  s.  310].
164  | 
C.A.Cəfərov
“Hacking  Exposed  Linux:  Linux  Security  Secrets  & 
Solutions”  adlı  əsərdə  rus  ixtiraçısı  Lev  Serqeyeviç  Ter- 
menin (1896-1993)  1945-ci ildə  ixtira etdiyi qurğu (audio- 
informasiyanı  təsadüfı  radiodalğalara  yükləyən  cihaz) 
RFID  texnologiyasmm  ilk  nümunəsi  kimi  qələmə  verilsə 
də  [165,  s.  14],  Bxuptani  və  Moradpur  kimi  tədqiqatçılar 
bununla  razılaşmır və  texnologiyanm  yaranma  tarixini  bir 
qədər də  əw əlki  illərdə  axtanrlar  [112,  s.  18].  Müəlliflərə 
görə,  müasir  RFID  texnologiyasmm  əsasmı  1937-ci  ildə 
ABŞ  Hərbi  Dəniz  Qüwələrinin  Tədqiqatlar  laboratoriya- 
sında hazırlanan “özümüzkü-özgə” (ingliscə, FFI- Identifi- 
cation  Friend  or  Foe)  prinsipli  aşkarlayıcı  qurğu  təşkil 
edir.  Yeri  gəlmişkən,  həmin  sistem  indiyədək  həm  hərbi, 
həm  də  mülki  aviasiyada  (səmadakı  təyyarələrin  kimə 
məxsus  olduğunu müəyyən  etmək məqsədilə)  istifadə  olu- 
nur.  Bütün  bu  iddialara  baxmayaraq,  “RFID”  termini  ilə 
bağlı  ilk patent  1983-cü ildə ABŞ alimi  Çarlz Uoltona təq- 
dim olunub  və elmi  ictimaiyyət texnologiyanm yaranması- 
nı  məhz  bu  şəxsin  adı  ilə  bağlayır.  Lakin  genişimkanlı, 
yüksək  texnologiyalara  təchiz  olunmuş  RFID-lərin  yaran- 
ması  bir  neçə  il  bundan  öncəyə  təsadüf edir.  Müasir  döv- 
rümüzdə bu texnologiyanm ən mükəmməl nümunələri hət- 
ta  inkişaf etmiş  ölkələrdə  belə  məhdud  şəkildə  tətbiq  olu- 
nur. Azərbaycanda da müasir RFID texnologiyaları hələlik 
istismar mərhələsinə  qədəm qoymayıb.  Ölkəmizdə bu tex- 
nologiya  ilk  dəfə  2010-cu  ildə  “Bakutel-2010”  İnformasi- 
ya Texnologiyalan  sərgisi  çərçivəsində  Prezident cənab İl-
Kitabxana-inform asiya xidm ətində elektrorı kataloq
  | 
165


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə