Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə42/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   38   39   40   41   42   43   44   45   ...   51

nologiyasmdan  fərqli  olaraq,  RFID  nişanlı  kitabı  məsafə- 
dən  “idarə  etmək”  mümkünləşir.  Beləliklə,  RFID  nişanlı 
kitab  sərbəst  şəkildə həm  də elektron kataloqa  çevrilir.  Bu 
isə  o  deməkdir ki,  kitab  haqqmda  informasiyam,  o cümlə- 
dən  kitabın  yerini,  oxunma  tarixçəsini,  xüsusiyyətlərini: 
kitabxanada  bütün  avtomatlaşdınlmış  sistemin  fəaliyyəti 
dayansa belə;  elektron kataloq sistemində problem yaransa 
belə;  kitabxanada  elektrik enerjisi  olmasa  belə;  kitab  uzaq 
məsafədə  olsa belə  oxuyucu  cihaz  vasitəsilə  müəyyən  et- 
mək mümkündür.
Misallardan  aydın  görünür  ki,  müasir  kitabxanalarm 
RFID texnologiyalan  əsasmda işləməsi,  elektron kataloqla 
bu  sistemin  uzlaşdırılması  daha  məqsədəuyğundur  və  ki- 
tabxanalarımız  tərəfindən  təkliflərimizin  nəzərə  almması 
ümumi işin xeyrinə olar.
Veb  kataloq sistemi və toplu  elektron  kataloq. Hər
iki  məsələ  müasir Azərbaycan  kitabxanalarmda  öz  həllini 
lazımi  səviyyədə  tapmadığmdan  bu  istiqamətdə  mövcud 
problemlərin  müəyyənləşdirilərək  aradan  qaldırılmasma, 
sistemin  mahiyyətinin  açılmasma,  yeni  təkliflərin  irəli  sü- 
rülməsinə ehtiyac var.
Bir qayda olaraq,  elektron  kataloq sistemindən  3  for- 
mada istifadə olunur: 
,
1.  Kitabxana  daxilində-İntranet  (lokal  şəbəkə)  vasi-
təsilə;
174  | 
C.A.Cəfərov
2.  Kitabxana  daxilində-xüsusi  aynlmış  vahid  kom- 
pyuter vasitəsilə;
3.  Kitabxananm xaricində- İntemet vasitəsilə.
Azərbaycanda kitabxanalann  elektron kataloqu  hər 3
formada oxucularm  ixtiyarma verilib.  Belə ki,  oxucu  elek- 
tron  kataloqu  olan  kitabxanada  xüsusi  aynlmış kompyuter 
vasitəsilə  və  ya  kitabxana  daxilində  İntemet  protokolun- 
dan  (IP)  istifadə  əsasında qurulmuş  və  Veb texnologiyaya 
söykənən  (HTTP və HTTPs)  İntranet şəbəkəsinin  istənilən 
müştəri  kompyuteri  vasitəsilə,  eləcə  də  bilavasitə  İntemet 
vasitəsilə (kitabxanaya gəlmədən) elektron kataloqda axta- 
n ş  apara bilir.  İntemetdə dərc  olunan belə  elektron  katalo- 
qu,  başqa  cür  “Veb  kataloq”  və  ya  “Onlayn  kataloq”  da 
adlandınrlar.
İntemet  axtarış  sistemləri  üzrə  belamslu  alim 
V.K.Stepanova  görə  kitabxanalarm  Veb  kataloqu  İnter- 
netin  biblioqrafik  potensiahnm  əsasını  təşkil  edir  [149,  s. 
21].  Bu  potensialı  gücləndirmək  üçün  kitabxanalanmızda 
müvafıq  olaraq  “VTLS'  Web-based Chameleon  Gateway” 
(Milli  Kitabxanada)  və  “WeblRBIS”  (digər  kitabxanalan- 
mızda) adlı  sistem əlavələri tətbiq  olunur.
Daha  öncə  qeyd  etdiyimiz  kimi,  Azərbaycan  kitab- 
xanalannm  elektron  kataloqyaratma  sahəsindəki  ən  ciddi 
problemlərindən  biri  Milli  Kitabxana  ilə  digər  iri  kitabxa- 
nalarımızda-AMEA  Mərkəzi  Elmi  Kitabxanasmda,  BDU- 
nun  Elmi  Kitabxanasmda,  Prezident  Kitabxanasmda  və  s. 
tətbiq  edilən  elektron  biblioqrafik  yazı  formatlarmın,
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  175


AKİS-lərin  uzlaşmamasıdır.  Doğrudur,  həmin  kitabxana- 
ların müxtəlif avtomatlaşdırılmış  kitabxana  sistemlərindən 
istifadə  edərək  Veb  kataloqlarmı  İntemetdə  dərc  etməsin- 
də,  oxucuya çatdırmasmda ayrı-ayrılıqda problemlər nəzə- 
rəçarpacaq  həddə  deyil.  Lakin  bu  fərqlər  ölkə  üzrə  vahid 
elektron  toplu  kataloqun  yaradılmasma  çox  ciddi  əngəllər 
törədir.  Zahirən  əhəmiyyətsiz  görünən,  əslində  isə  çox 
ciddi fəsadlara yol açan bəzi problemləri  aradan  qaldırma- 
dan kitabxanalanmızm vahid,  toplu elektron kataloq quru- 
ması mümkün deyil.
Azərbaycan  kitabxanalarmm  vahid,  milli  elektron 
kataloqunun yaradılması  üçün  bizim təkliflərimiz  aşağıda- 
kılardan ibarətdir:

Yaxm  gələcəkdə  yaradılacaq  MAKİS  əvvəlcədən 
elə  qurulmalıdır  ki,  biblioqrafik  informasiyanm  emalı  za- 
manı  süni  intellekt  rolunu  oynaya bilsin.  Fikrimizi  açıqla- 
maq  üçün  məsələni  bir  qədər  də  analiz  edək:  həm 
“VTLS”,  həm  də  “İRBİS-64”  AKİS-lərdən  istifadə  edən 
ayrı-ayrı  Azərbayacan  kitabxanalarında  biblioqrafik  təs- 
virlərin  elektronlaşdırılması  prosesinə  münasibət  fərqlidir. 
Bəzi  kitabxanaçılara  görə,  elektron  kataloqun  informasiya 
dolğunluğu  təsvirin  elə  komponentləri  ilə  tamamlanır  ki, 
həmin  komponentlər  digər  kitabxanaçılar  tərəfmdən  ümu- 
miyyətlə,  əhəmiyyətli hesab  olunmur və ya az  əhəmiyyətli 
hesab  edilir.  Kimisi  elektron  kataloqa  kitabm  ölçülərini 
daxil  edir,  kimisi  isə bunun  lazım olmadığmı  düşünür.  Bir 
sözlə,  ölkəmizdə  eyni  kommunikativ  yazı  formatından
1 7 6
  | 
C.A.Cəfərov
istifadə etsələr də tamamilə oxşar elektron kataloq yaradan 
2  eyni  kitabxana  tapmaq  mümkün  deyil.  Belə  olan  halda, 
toplu  elektron  kataloqun  yaradılması  da  müşkülə  çevrilir. 
Məhz  buna görə,  MAKİS-in  yaradılması,  Z39.50 protoko- 
lu ilə təchiz olunması,  onlayn rejimdə kataloqlaşdırma,  ey- 
niləşdırmə  mexanizminə  malik  olması  və  ən  əsası  məlu- 
matlan  AZMARC  milli  kommunikativ  formatı  üzrə  emal 
etməsi  olduqca vacib məsələdir.

MAKİS  əsasında  toplu  elektron  kataloqun  yaradıl- 
ması  zamanı  kataloqlaşdırıcılar  onlayn  rejimdə  işləməli, 
təkrar  biblioqrafık  təsvirlərin  elektronlaşdınlmasına  yol 
verməməlıdirlər.  Belədə,  eynisurətli  (dublikat)  elektron 
kataloqun  yaradılmaması 
2
 əsas məsələyə xidmət edəcək.
a) Kitabxanaçılann vaxtına qənaət olunacaq;
b)  Respublika  üzrə  bütün  kitabxanalann  komplekt- 
ləşdirməyə  sərf etdiyi  maliyyə  vəsaitinin  həcmi  aşağı  dü- 
şəcək ki,  bu  da yekunda Dövlət  büdcəsinə  öz müsbət  təsi- 
rini  göstərəcək.
Məlumdur  ki,  indiki  şəraitdə  kitabxanalarımız  bir- 
birlərindən  xəbərsiz  şəkildə  eyniadlı  nəşrləri  komplektləş- 
dirməkdə  davam edirlər.  Nəticədə,  bir oxucuya lazım olan 
kitab  və ya jumal respublikanm  az qala bütün kitabxanala- 
rında tapıldığı  halda,  başqa bir oxucuya lazım olan ədəbiy- 
yat  heç  bir  kitabxanada  tapılmır.  Bu  isə  oxucuya  xidmət 
işinin keyfıyyətinə mənfı təsir edir.
Kitabxana-inform asiya xidm ətində elektron kataloq
 

177


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə