Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə33/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   29   30   31   32   33   34   35   36   ...   51

E.  Toffler  həmin  əsərində  İnformasiya  cəmiyyətinin 
ən  vacib  atributu  hesab  olunan  kompyuterləşmənin  kitab- 
xana və kataloqa təsirini belə izah edir: “...Kompyuter tək- 
cə  “informasiya  zərrəcikləri”ni  reallığın  koqerentlik  mo- 
deli  üzrə təşkil və  sintez  etməyə  deyil,  həm də  mümkünün 
sərhədlərini  xeyli  genişləndirməyə  kömək  edir.  Onsuz 
kitabxana  və  kataloq  nəinki  qeyri-adi  və  orijinal  şəkildə, 
heç  sadə  formada  da  “düşünə”  bilməz.  Kompyuterdən  isə 
heç  vaxt  düşünmədiyimizi  “düşünməyi”  tələb  etmək  olur.
O,  indiyəqədər  düşünə  və  təsəvvür  edə  bilmədiyimiz  yeni 
nəzəriyyə,  ideya,  ideologiya,  bədii  təfəkkür,  texniki  sıçra- 
yış,  iqtisadi  və  siyasi  innovasiya  axmım  təmin  edir.  Bu- 
nunla  da  o,  tarixi  dəyişiklik prosesini  sürətləndirir  və  qəti 
surətdə Üçüncü  dalğanın  sosial  çoxobrazlılığma  meyillən- 
məyə imkan yaradır”  [151,  s.  109]
Əlbəttə,  belə  yanaşma  əslində  ənənəvi  kitabxana  və 
klassik kataloqun İnformasiya cəmiyyətindəki  rolunu azal- 
dır  və  kitabxanalardan  müasir  dövrün  tələblərinə  uyğun- 
laşmağı  tələb  edir.  Beləliklə,  cəmiyyət  ənənəvi  kataloq 
sistemini,  kitabxananı  sürətlə  dəyişməyə,  ilkin  xidmət  ar- 
xetipindən  uzaqlaşmağa  vadar  edir,  kitabxananın  əvəzinə 
informasiya mərkəzi,  informatoriya yaradır.
Müasir  tələblər  fonunda  oxucu  kontingentini  itirmək 
təhlükəsi  ilə üz-üzə qalan, İntemetlə  rəqabətə davam gətir- 
mək  üçün  qüvvələrini  səfərbərliyə  alan  kitabxanalar  klas- 
sik kataloqu elektron kataloqa,  kağız  fondu elektron  kitab- 
xanaya  çevirir  və  İnformasiya  cəmiyyətinə  daxil  olurlar.
138  | 
C.A.Cəfərov
Bununla  da  əsas  təhlükə-cəmiyyətin  kitabsızlaşdırılması, 
kitabxanasızlaşdırılması  təhlükəsi  aradan  qalxır.  Əslində 
bu  vəziyyət  də  kitabxanalanmızı  tam  qane  etmir  və  bir 
növ  koqnitiv  dissonans  effekti  yaradır.  Çünki  uzun  illər- 
dən  bəri  kitabxanaçılara belə  bir  fıkir təlqin  olunur ki,  İn- 
formasiya  cəmiyyətinin  atributuna  çevrilmək üçün  ənənə- 
vi  xidmət,  ənənəvi  fond,  ənənəvi  kataloq  kimi  əsrlər boyu 
formalaşmış  kitabxanaçılıq  predmetləri,  vasitələri  ləğv 
olunmalı  və  “fondsuz,  kitabxanaçısız  kitabxanalaşdırma” 
prosesi  başlamalıdır.  Bunu  bilərək,  anlayaraq  müasir  İn- 
formasiya  cəmiyyətinin  ayrılmaz  tərkib  hissəsinə  çevril- 
mək  istərkən  kitabxanalamnız  mövcudluğun  yeni  təzahür 
formalarmı  öyrənir,  informativlik  xassəsini,  maarifçilik 
funksiyasmı  qommağa  çalışır və  istər-istəməz İnformasiya 
cəmiyyətinin  kitabxanalardan  başlıca  tələbini  yerinə  yeti- 
rərək-elektron  kataloqu  yaradaraq  “Üçüncü  dalğa”ya  qo- 
şulur.
İnformasiya  cəmiyyəti  çoxçeşidli  informasiya  mühi- 
tinin  formalaşdığı,  informasiyanm  dəyərinin  artdığı,  rə- 
qəmsal bərabərsizliyin  aradan  qaldınldığı,  informasiya bə- 
rabərliyinin  bərqərar  olduğu  yeni  cəmiyyət  növüdür.  Ki- 
tabxanalann  İC-dəki  rolu  və  mövqeyi,  İC  ilə  kitab  və  ki- 
tabxanalarm  qarşılıqlı  əlaqələri  haqqmda  müxtəlif fıkirlər 
və  mülahizələr mövcuddur.
Milli  kitabxanaşünaslığımızın  banisi,  Prof.  A.A.  Xə- 
ləfov  kitabxanalarla  İC-nin  qarşıhqlı  əlaqəsində  hər  iki 
substansiyanm  inkişafı  etdiyini  bildirir:  “Cəmiyyətin  in-
Kitabxana-informasiya xidmətində elektron kalaloq
  |  139


formasiyalaşdınlması  prosesini  yüksək  səviyyədə  təşkil 
etmək üçün  bu  işi  ilk  olaraq kitabxanalardan  başlamaq  la- 
zımdır.  Daha  doğrusu,  informasiyalaşdırılmış  cəmiyyətin 
mahiyyəti  və  xüsusiyyətləri  ilə  tanışlıq  belə  bir  qənaətə 
gəlməyə  imkan  verir  ki,  bu  cəmiyyət  informasiyanm  ən 
mühüm daşıyıcısı  olan kitab  və kitabxanalarsız keçinə bil- 
məz.  Kitabxanalar  informasiyalaşdırılmış  cəmiyyətin  in- 
formasiya müəssisəsinin ən mühüm vasitəsidir.
İnformasiyalaşdırılmış  cəmiyyətdə  kitabxanalara  ye- 
ni  informasiya  texnologiyalannm  tətbiqi  onlarm  qarşısm- 
da  çox  geniş  imkanlar açır,  fondun,  informasiya  ehtiyatla- 
nnm  mühafizə  edilməsi  və  xidmət  işində,  oxucularm  tələ- 
batınm  ödənilməsində  yaranan  problemləri  asanlaşdırma- 
ğa,  onlan həll etməyə imkan verir” [49,  s.  13].
İKT  üzrə  tamnmış  alim,  prof.  R.M.  Əliquliyev  İC 
dövründə  kitabxana  xidmətinin  inkişafmda  avtomatlaşdır- 
manın  əhəmiyyətini  Önə  çəkir:  “Avtomatlaşdırma  proses- 
lərinin  inkişafı  və yeni  informasiya texnologiyalarınm  tət- 
biqi kitabxanaşünaslıq tədqiqatlarmm apanlmasına müsbət 
təsir  etmişdir.  İnformasiya  proseslərinin  avtomatlaşdml- 
mış  idarə  olunması,  çoxşaxəli  beynəlxalq  standartlara  ca- 
vab  verən  verilənlər bazasmm təşkili,  emal nəticəsində alı- 
nan  informasiya  məhsulunun  keyfıyyət,  etibarlılıq  ele- 
mentlərinin  artınlması,  istifadəçilərlə  lokal  və  məsafədən 
işin  təşkili  və  s.  kitabxana  işinin  modemləşdirilməsinə 
xidmət edir” [ 35, s. 4]
140  | 
C.A.Cəfərov
Kitabxanaşünas-alim,  f.e.d.  A.Əliyeva-Kəngərli  isə 
əksinə,  İC ilə  kitabxanalann qarşılıqlı  əlaqsində ikincilərin 
üstünlüyünü  qabardır:  “İnkarolunmaz  faktdır  ki,  bilik  və 
informasiya  XXI  əsrdə  xalqlarm  qarşısında  duran  ən  bö- 
yük rəqabət  mənbəyidir.  Belə  olan  halda,  informasiya  cə- 
miyyətində  biliyə  investisiya  qoyaraq,  yenilik  yarada  bi- 
lənlər  rəqabət  apara  bilərlər.  Müasir  dövrümüzdə  isə  bili- 
yin,  informasiyanm  toplanıb  mühafızə  edildiyi,  paylaşdı- 
nldığı  institusional  strukturlar arasında kitabxanalann  rolu 
o  qədər  böyükdür  ki,  bütövlükdə  informasiya  cəmiyyəti- 
nin  əsasında  onların  dayandığmı  iddia  etmək  olar  [40,  s. 
31
-
Müasir  dövrdə  Azərbaycan  kitabxanalannm  İnfor- 
masiya  cəmiyyətinə  inteqrasiyası  bilavasitə  elektron  kata- 
loqlarm yaradılması  ilə  reallaşdınlır.  Kitabxanalarımız  əv- 
vəlki illərdə olduğu kimi, yalnız  fondları ədəbiyyatla kom- 
plektləşdirməklə  kifayətlənmir  və  əsas  üstünlüyü  informa- 
siya  haqqmda  informasiya  toplamağa  verirlər.  Bu  baxım- 
dan  elektron  kataloq  ənənəvi  kitabxanalarm  İC-yə  trans- 
formasiya vasitəsi  və  əksinə,  İC-in kitabxanalardan  asılılıq 
forması kimi  səciyyələndirilə bilər.  Çünki  EK  informasiya 
haqqında informasiya, yəni metainformasiya massivlərinin 
yaradılması baxımmdan hələlik analoqu olmayan  texnoye- 
nilikdir.  Demək,  İC  texnosferasındakı  əsas  bəndlərdən  biri 
də kitabxanalarımız EK sistemidir.
Prosesin  bu  formada  inkişafı  kitabxanaşünaslar  tərə- 
findən  bəzən  razılıqla,  bəzən  əsaslandırılmış  təmkinlə,  bə-
Kitabxcma-informasiya xidmətində elektron kataloq
  |  141


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə