Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə31/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   27   28   29   30   31   32   33   34   ...   51

sedurlar  həyata  keçirilib.  Hər  iki  AKİS  son  illərdə  xeyli 
inkişaf edərək təkmilləşdirilib.
Məsələn  “VTLS”  AKİS  çeşidləmənin,  kataloqlaşdır- 
manın,  xidmətlərin  idarə  olunması,  fondlarm  elektron  şə- 
kildə  yoxlanılması,  elektron  sifarişlərin  qəbul  edilməsi, 
ehtiyat yaddaşm yaradılması,  biblioqrafık filtrizasiya kimi 
proqram modullanm  özündə birləşdirməklə kitabxanalarm 
effektli  idarə olunmasmı tam şəkildə təmin edir.
MARC  21  kommunikativ  formatma üstünlük vermiş 
bütün  kitabxanalar  kimi,  hazırda  Milli  Kitabxanada  da 
VTLS-in  “Kataloqlaşdırma”,  “Komplektləşdirmənin  idarə 
olunması”,  “Kitab  verilişi”  kimi  yarımsistemləri  fəaliyyət 
göstərir.  Bu  da  ənənəvi  proseslərin  avtomatlaşdınlmasına, 
kitab  formulyarınm doldurulmasma və hər bir oxucuya ay- 
rılan xidmət vaxtınm azaldılmasma şərait yaradır.
Milli Kitabxana MARC 21  vasitəsilə elektron katalo- 
qa milli ədəbiyyatın aşağıdakı  növlərini  daxil  edir:
- monoqrafıyaları;
- monoqrafik seriyaları;
- dissertasiyalarm avtoreferatlarmı;
- kartoqrafiya materiallarını;
- not - musiqi nəşrlərini;
- elektron resurslan.
AMK-da  elektron  məlumat  bazaları  yenilənəndə  ən 
son  biblioqrafık nəşrlərdən  istifadə  olunur  ki,  bu  da  təsvi- 
rin tam,  dolğun  şəkildə  aparılmasma  imkan  verir.  Kitabxa- 
nada elektron kataloqlar ISBD-yə uyğun tərtib  olunur.
128  | 
C.A.Cəfərov
Həm AMK-də  istifadə olunan “VTLS”, həm də digər 
kitabxanalarımızda  tətbiq edilən  “İRBİS-64” AKİS-i  lokal 
şəbəkə arxitekturasma,  onlarca AİY-ə,  CDC/ISIS və Orac- 
le 7 verilənlərin  idarəolunması  sisteminə malikdir.
“VTLS”-dən  fərqli  olaraq  “İRBİS”  daha  gənc  AKİS 
hesab  olunur.  90-cı  illərin  sonlarmda  yaradılan  bu  AKİS- 
in  2002-ci  ilə  qədər cəmi  üç nəsli,  versiyası  var  idi.  2004- 
cü  ildə sistemin dördüncü nəsli -  “İRBİS-64” istismara ve- 
rildi.  Buna  qədər  Azərbaycan  kitabxanalarmda  sistemin 
əwəlki  versiyası-“İRBİS-32”  tətbiq  olunurdu.  Təbii  ki, 
“İRBİS-32”-yə  nisbətən  “İRBİS-64”-ün  bir  sıra  üstünlük- 
ləri  var  [110,  s.  61;  111,  s.  63].  Bu  iki  versiya  arasmda 
texniki  və  ümumsistem xarakterli  oxşarlıqlan  və  fərqli  cə- 
hətləri nəzərdən keçirək:
1) 
hər iki  versiyada aşağıdakı AİY-lər var:
“Komplektləşdirici”,  “Kataloqlaşdırıcı”,  “Kitab  veri-
lişi”,  “Oxucu”  və  “İnzibatçı”.  Lakin  “İRBİS-32”-dən  fərq- 
li  olaraq  “İRBİS-64”-ün  “Oxucu”  komponentində  məlu- 
mat  bazasma  müraciət  üçün  “Veb-şlüz”,  “Kataloqlaşdırı- 
cı”  komponentində  isə  tammətnli  məlumat  bazasına  on- 
layn rejimdə müraciətetmə modulları mövcuddur.
2)  Hər  iki  versiyada  məlumat  bazası  LfNICODE 
(UTF-
8
) standartmda mühafızə olunur.
3)  Yeni  versiyada terminlərin işarə uzunluğu həcmcə 
30  baytdan  255  bayta,  yazı  uzunluğu həcmcə  23  kilobayt- 
dan 
2
  qiqabayta,  məlumat  bazasmın  həcm  dərinliyi  isə  16 
milyondan 
8
 milyarda çatdmlıb.
Kitabxana-irıformasiya xidmətində elektron kataloq
  |  129


3)  əw əlki  versiya  fayl  serveri,  sonrakı  versiya  isə 
klient-server arxitekturasmda qurulub.
4)  hər  iki  versiyada  təsnifləşdirmə  avtomatik  olaraq 
icra edilir.
5)  “İRBİS  64”-də tammətnli  məlumat bazaları  yarat- 
maq mümkündür
Beləliklə,  aydm olur ki,  İRBİS  sisteminin quruculan, 
proqramlaşdırmada əsasən  sələflik prinsipinə  əməl  edirlər. 
Belə  sələflik,  sistemin  əsas  ideyasım  və  informativ-texno- 
loji  təminatını  saxlamağa imkan  verir.  Bu zaman məlumat 
elementlərinin  tərkibi  və  strukturu,  məlumatları  daxil  et- 
mənin  prinsipləri,  məlumatın  təqdimolunma  və  nümayiş 
formaları,  formal-məntiqi  nəzarət  alqoritmləri  və  s.  dəyiş- 
məz  olaraq  qalır.  Belə  olan  halda,  sistemdəki  məlumatla- 
rm manipulyasiya dili, yəni “İRBİS”-in formatlaşdırma di- 
li (alqoritmi)  sabit saxlanılır.
“İRBİS”-in əwəlki  versiyalarınm da,  “İRBİS-64”-ün 
də beş  əsas Atomatlaşdırılmış  İşçi  Yeri  (AİY)  vardır.  Res- 
publikamızdakı  kitabxanalar sistemin  bütün  komponentlə- 
rindən  bəhrələnsə  də,  əsas  yük  elektron  kataloqun  yara- 
dıldığı  “Kataloqlaşdıncı”  AİY-in  üzərinə  düşür.  Buna  gö- 
rə də həmin AİY barədə bir qədər ətraflı damşmalıyıq.
“Kataloqlaşdırıcı”  AİY-in  əsas  fimksiyası  elektron 
kataloqun  yaradılması  və  informasiya təminatıdır.  Bu  Av- 
tomatlaşdırılmış  İşçi  Yerinin  interfeysi  üç  əsas  işçi  bölmə- 
dən ibarətdir:
130
  | 
C.A.Cəfərov
1) Daxiletmə;
2) Axtarış;
2) Baxış/Çıxış.
Hər bölmə öz adına uyğun  funksiyanı yerinə yetirir. 
Daxiletmə  bölməsi  vasitəsilə  kitabxanaya  yeni  daxil  olan 
sənədlərin  elektron  kataloqu  yaradılır,  onların  redaktəsi, 
kataloq kartoçkası  formasmda çapı,  dubletliyinin yoxlaml- 
ması  və  s.  həyata  keçirilir.  Bölmə,  üç  altbölmədən  ibarət- 
dir:
1
)  unikal  daxili  nömrələrin  (sənədlər  üzrə)  məlumat 
bazası;
2
) axtarışm nəticələri;
3
) qeydiyyatdan keçən sənədlər.
Sənədlərin  daxili  unikal  nömrələrinin  məlumat  baza- 
sı,  kitabxanaya  daxil  olmuş yeni  sənədlərin  unikal  nömrə- 
lərinin  sistemə  daxil  edilməsini,  bu  nömrələrə  uyğun  ola- 
raq  seçilməsini,  elektron  kataloqdakı  biblioqrafık  təsvirin 
redaktəsini  və ya ləğvini təmin edir.  İşçi  vərəqin daxiletmə 
sahəsində  biblioqrafık  yazınm  elementləri,  standartla  mü- 
əyyən  edilmiş  ardıcıllıqla yazılır  [145,  s.  10].  Bu  məlumat 
bazasında  bir-biri  ilə  əlaqədar  olan  biblioqrafik  yazılarm 
(məs.  monoqrafık,  analitik  təsvir  və  s.)  tipindən  asılı  ola- 
raq,  sistem bizə müxtəlif daxiletmə ssenariləri  təqdim edir. 
Daxil  edilmiş  biblioqrafık  yazı  tipi  biblioqrafık  yazı  qay- 
dalarına uyğun  gəlməzsə,  sistem xəta barədə məlumat  ve- 
rir.  Bu  səhv  düzəldilməzsə,  biblioqrafık  yazının  növbəti
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  131


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə