sedurlar həyata keçirilib. Hər iki AKİS son illərdə xeyli
inkişaf edərək təkmilləşdirilib.
Məsələn “VTLS” AKİS çeşidləmənin, kataloqlaşdır-
manın, xidmətlərin idarə olunması, fondlarm elektron şə-
kildə yoxlanılması, elektron sifarişlərin qəbul edilməsi,
ehtiyat yaddaşm yaradılması, biblioqrafık filtrizasiya kimi
proqram modullanm özündə birləşdirməklə kitabxanalarm
effektli idarə olunmasmı tam şəkildə təmin edir.
MARC 21 kommunikativ formatma üstünlük vermiş
bütün kitabxanalar kimi, hazırda Milli Kitabxanada da
VTLS-in “Kataloqlaşdırma”, “Komplektləşdirmənin idarə
olunması”, “Kitab verilişi” kimi yarımsistemləri fəaliyyət
göstərir. Bu da ənənəvi proseslərin avtomatlaşdınlmasına,
kitab formulyarınm doldurulmasma və hər bir oxucuya ay-
rılan xidmət vaxtınm azaldılmasma şərait yaradır.
Milli Kitabxana MARC 21 vasitəsilə elektron katalo-
qa milli ədəbiyyatın aşağıdakı növlərini daxil edir:
- monoqrafıyaları;
- monoqrafik seriyaları;
- dissertasiyalarm avtoreferatlarmı;
- kartoqrafiya materiallarını;
- not - musiqi nəşrlərini;
- elektron resurslan.
AMK-da elektron məlumat bazaları yenilənəndə ən
son biblioqrafık nəşrlərdən istifadə olunur ki, bu da təsvi-
rin tam, dolğun şəkildə aparılmasma imkan verir. Kitabxa-
nada elektron kataloqlar ISBD-yə uyğun tərtib olunur.
128 |
C.A.Cəfərov
Həm AMK-də istifadə olunan “VTLS”, həm də digər
kitabxanalarımızda tətbiq edilən “İRBİS-64” AKİS-i lokal
şəbəkə arxitekturasma, onlarca AİY-ə, CDC/ISIS və Orac-
le 7 verilənlərin idarəolunması sisteminə malikdir.
“VTLS”-dən fərqli olaraq “İRBİS” daha gənc AKİS
hesab olunur. 90-cı illərin sonlarmda yaradılan bu AKİS-
in 2002-ci ilə qədər cəmi üç nəsli, versiyası var idi. 2004-
cü ildə sistemin dördüncü nəsli - “İRBİS-64” istismara ve-
rildi. Buna qədər Azərbaycan kitabxanalarmda sistemin
əwəlki versiyası-“İRBİS-32” tətbiq olunurdu. Təbii ki,
“İRBİS-32”-yə nisbətən “İRBİS-64”-ün bir sıra üstünlük-
ləri var [110, s. 61; 111, s. 63]. Bu iki versiya arasmda
texniki və ümumsistem xarakterli oxşarlıqlan və fərqli cə-
hətləri nəzərdən keçirək:
1)
hər iki versiyada aşağıdakı AİY-lər var:
“Komplektləşdirici”, “Kataloqlaşdırıcı”, “Kitab veri-
lişi”, “Oxucu” və “İnzibatçı”. Lakin “İRBİS-32”-dən fərq-
li olaraq “İRBİS-64”-ün “Oxucu” komponentində məlu-
mat bazasma müraciət üçün “Veb-şlüz”, “Kataloqlaşdırı-
cı” komponentində isə tammətnli məlumat bazasına on-
layn rejimdə müraciətetmə modulları mövcuddur.
2) Hər iki versiyada məlumat bazası LfNICODE
(UTF-
8
) standartmda mühafızə olunur.
3) Yeni versiyada terminlərin işarə uzunluğu həcmcə
30 baytdan 255 bayta, yazı uzunluğu həcmcə 23 kilobayt-
dan
2
qiqabayta, məlumat bazasmın həcm dərinliyi isə 16
milyondan
8
milyarda çatdmlıb.
Kitabxana-irıformasiya xidmətində elektron kataloq
| 129
3) əw əlki versiya fayl serveri, sonrakı versiya isə
klient-server arxitekturasmda qurulub.
4) hər iki versiyada təsnifləşdirmə avtomatik olaraq
icra edilir.
5) “İRBİS 64”-də tammətnli məlumat bazaları yarat-
maq mümkündür
Beləliklə, aydm olur ki, İRBİS sisteminin quruculan,
proqramlaşdırmada əsasən sələflik prinsipinə əməl edirlər.
Belə sələflik, sistemin əsas ideyasım və informativ-texno-
loji təminatını saxlamağa imkan verir. Bu zaman məlumat
elementlərinin tərkibi və strukturu, məlumatları daxil et-
mənin prinsipləri, məlumatın təqdimolunma və nümayiş
formaları, formal-məntiqi nəzarət alqoritmləri və s. dəyiş-
məz olaraq qalır. Belə olan halda, sistemdəki məlumatla-
rm manipulyasiya dili, yəni “İRBİS”-in formatlaşdırma di-
li (alqoritmi) sabit saxlanılır.
“İRBİS”-in əwəlki versiyalarınm da, “İRBİS-64”-ün
də beş əsas Atomatlaşdırılmış İşçi Yeri (AİY) vardır. Res-
publikamızdakı kitabxanalar sistemin bütün komponentlə-
rindən bəhrələnsə də, əsas yük elektron kataloqun yara-
dıldığı “Kataloqlaşdıncı” AİY-in üzərinə düşür. Buna gö-
rə də həmin AİY barədə bir qədər ətraflı damşmalıyıq.
“Kataloqlaşdırıcı” AİY-in əsas fimksiyası elektron
kataloqun yaradılması və informasiya təminatıdır. Bu Av-
tomatlaşdırılmış İşçi Yerinin interfeysi üç əsas işçi bölmə-
dən ibarətdir:
130
|
C.A.Cəfərov
1) Daxiletmə;
2) Axtarış;
2) Baxış/Çıxış.
Hər bölmə öz adına uyğun funksiyanı yerinə yetirir.
Daxiletmə bölməsi vasitəsilə kitabxanaya yeni daxil olan
sənədlərin elektron kataloqu yaradılır, onların redaktəsi,
kataloq kartoçkası formasmda çapı, dubletliyinin yoxlaml-
ması və s. həyata keçirilir. Bölmə, üç altbölmədən ibarət-
dir:
1
) unikal daxili nömrələrin (sənədlər üzrə) məlumat
bazası;
2
) axtarışm nəticələri;
3
) qeydiyyatdan keçən sənədlər.
Sənədlərin daxili unikal nömrələrinin məlumat baza-
sı, kitabxanaya daxil olmuş yeni sənədlərin unikal nömrə-
lərinin sistemə daxil edilməsini, bu nömrələrə uyğun ola-
raq seçilməsini, elektron kataloqdakı biblioqrafık təsvirin
redaktəsini və ya ləğvini təmin edir. İşçi vərəqin daxiletmə
sahəsində biblioqrafık yazınm elementləri, standartla mü-
əyyən edilmiş ardıcıllıqla yazılır [145, s. 10]. Bu məlumat
bazasında bir-biri ilə əlaqədar olan biblioqrafik yazılarm
(məs. monoqrafık, analitik təsvir və s.) tipindən asılı ola-
raq, sistem bizə müxtəlif daxiletmə ssenariləri təqdim edir.
Daxil edilmiş biblioqrafık yazı tipi biblioqrafık yazı qay-
dalarına uyğun gəlməzsə, sistem xəta barədə məlumat ve-
rir. Bu səhv düzəldilməzsə, biblioqrafık yazının növbəti
Kitabxana-informasiya xidmətində elektron kataloq
| 131
Dostları ilə paylaş: |