Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə29/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   25   26   27   28   29   30   31   32   ...   51

ması  ilə  əlaqədardır.  Təkcə  onu  demək  kifayət  edər  ki, 
UNIMARC-ı rəsmən idarə edən IFLA bu formatın inkişafı 
ilə  bağlı  sonuncu  tədbirini 
10
  il  öncə-
2002
-ci  ildə  keçirib 
(Boston,  ABŞ).  Formata  əsaslı  dəyişiklik  isə  1987-ci  ildə 
edilib  [196].
UNIMARC-da  xüsusi  elmi,  texniki  ədəbiyyatm,  dis- 
sertasiyalarm, patent və normativ-texniki  sənədlərin təsviri 
üÇün bir  çox  lazımı  sahələr  çatışmır.  Bu  nöqteyi-nəzərdən 
AZMARC  formatının yaradılması  zamanı  sözügedən  boş- 
luqlar  aradan  qaldınlmalıdır.  AZMARC-a  milli  səviyyədə 
istifadə üçün  10-12  sahə  əlavə edilməlidir.  Onların bir qis- 
mi  ümumi,  başqa bir qismi  isə  xüsusi  əhəmiyyət kəsb  edə 
bilər.  Ümumi  sahələri 
6
XX-ci  və 
8
XX-ci  bloklara  (məs., 
kitabm  saxlanma şifrəsi)  daxil  etmək mümkündür.  Xüsusi 
sahələr  2XX  blokuna  (məs.,  patentlərin  milli  qeydiyyat 
nömrəsi üçün) daxil edilə bilər.
Milli  AZMARC  formatınm  yaradılması  həm  də  tari- 
xi  nöqteyi-nəzərdən  olduqca  böyük  əhəmiyyətə  malikdir. 
Milli kommunikativ formatlann  mövcudluğu bütün hallar- 
da milli biblioqrafiyanın  gələcək nəsillərə  ötürülməsi üçün 
əvəzolunmaz zəmin yaradır.  Bu həm də  strateji  məsələdir. 
Belə  ki,  keçmiş  SSRİ  dövlətləri  arasında  hələlik  yalnız 
Rusiya,  Ukrayna və Belarus  milli  kommunikativ formatla- 
rını  yarada biliblər.  Latviya  və  Litva  kitabxanaları  MARC
21,  Estoniya kitabxanaları  isə  FinMARC  formatından  isti- 
fadə  edirlər.  Gürcüstan  və  Moldova  kitabxanalarmda  milli 
formatlardan  istifadə  məsələsi  aktual  deyil.  Qazaxıstan,
120  j 
C.A. Cəfərov
Özbəkistan  və  Türkmənistan  kitabxanalanna  RUSMARC 
formatmdan  istifadə  olunur.  Lakin  bir  neçə  il  bundan  əv- 
vəl  Qazaxıstan  və  Özbəkistanda  Milli  Avtomatlaşdırılmış 
Kitabxana-İnformasiya  Sistemlərinin  yaradılması,  tezliklə 
bu  ölkələrdə  milli  MARC  formatmm  da  yaradılacağına 
dəlalət edir.
Çin,  Yaponiya,  Koreya üçlüyü  də  milli  kommunika- 
tiv formatların yaradılması məsələsində xeyli geridədirlər.
“Azərbaycan Respublikasmda kitabxana-informasiya 
sahəsinin  2008-2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət  Proq- 
ramı”nda təsbit olunmuş  "Azərbaycan Milli Avtomatlaşdı- 
nlmış  Kataloqlaşdırma  Formatmm  (AZMARC)  yaradıl- 
ması  və  ölkə  kitabxanalannda  tətbiqi"  məsələsi  Azərbay- 
can kitabxanaşünaslarınm məsuliyyətini xeyli  artırır.  Artıq 
bir neçə ildən sonra bizlər bu sahədə görülmüş işlər barədə 
həm  dövlət,  həm  də  cəmiyyət  qarşısmda  hesabat  verməli 
olacağıq.  Bu  sahədə  aparılan  işlər  bizim  təkliflərimiz  də 
nəzərə  alınmaqla  davam  etdirilərsə  ən  qısa  zamanda  AZ- 
MARC  milli  kommunikativ  formatı  kitabxanalarımızda 
tətbiq edilə bilər.
2.3.  A zərbaycan  kitabxanalarında istifadə  olu- 
nan  A K İS-lər  (“İR B İS-64”  və  “V T L S ”-in  nüm unə- 
sində):  m övcud im kanlar və  problem lər
"İnformasiya  azadlığı  haqqmda"  Azərbaycan  Res- 
publikasmm  Qanunun  9-cu  maddəsində  [67]  (Avtomatlaş-
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  121


dırılmış  informasiya  sistemi  və  ondan  istifadə  qaydaları) 
deyilir  ki,  ıstıfadəçibrin  avtomatlaşdırılmış  informasiya 
sistemindən informasiya əldə etmələrini təmin  etmək məq- 
sədi  ilə  səlahiyyətli  orqanlar avtomatlaşdırılmış  informasi- 
ya  sistemini  ümumi  istifadədə  olan rabitə xəttinə  qoşmalı, 
vətəndaşların bu sistemdən  sərbəst və məhdudiyyətsiz  isti- 
fadəsi  üçün  mülkiyyətlərində  olan  informasiyaları  özləri- 
nin rəsmi  serverlərinə yerləşdirməli, vətəndaşlann asanlıq- 
la  istifadə  edə  biləcəkləri  yerlərdə  (səlahiyyətli  orqanlarm 
idarə  binalarmda,  kitabxanalarda,  poçt  şöbələrində,  qa- 
nunvericiliklə  müəyyənləşdirilmiş  digər  yerlərdə)  ümimi 
istifadədə  olan  rabitə  xətlərinə  qoşulmuş  abonent  məntə- 
qələri  yaratmalı,  sorğuların  verilməsi  və  informasiyalarm 
ümumi  istifadədə  olan  rabitə  xətləri  ilə  təqdim  olunması 
üçün elektron poçt ünvam  ayırmalıdırlar.  Bu və  digər təyi- 
natlar  üzrə  müasir  dövrün  kitabxanaları  əhaliyə  həm  də 
avtomatlaşdırılmış  şəkildə xidmət göstərməlidir.
Kitabxana-biblioqrafıya  proseslərinin  avtomatlaşdı- 
rılması  ilk  növbədə  ənənəvi  xidmət  mexanizminin  texno- 
logiya  və  texnikanm  köməyilə  yeni  idarəetmə  sisteminə 
tabe  edilməsidir.  Kitabxanada  kitab  rəflərinin  pultla  idarə 
olunması  və  yaxud  rəflərarası  üfiqi  konveyer  sisteminin 
mövcudluğu hələ fundamental  avtomatlaşdırma hesab  olu- 
na  bilməz.  Çünki  prosesin  mahiyyəti  bilavasitə  ənənəvi 
texnika  üzərində  qurulub,  başqa  sözlə,  kitabxana-biblio- 
qrafıya proseslərinin  avtomatlaşdırılması  istehsalatm  avto- 
matlaşdırılması  demək deyil.  Kitabxana-biblioqrafiya pro-
122 

C.A.Cəfərov
seslərinin  avtomatlaşdırılması  zamanı  texnika  intellektual 
funksiyalar  və  texnologiyalarla  təchiz  olunmahdır.  Fikri- 
mizi  izah  etmək  üçün,  istehsalat  prosesləri  və  kitabxana- 
biblioqrafıya  proseslərinin  avtomatlaşınlması  arasındakı 
əsaslı  fərqə  nəzər  yetirək:  məsələn,  metaləritmə  zavodun- 
da  müəyyən  bir  prosesin  avtomatlaşdırılması  dedikdə, 
maqnitbaşlıqlı robot əl vasitəsilə fərqli kimyəvi,  fiziki xas- 
sələrə  malik  metallarm  bir-birindən  ayrılması  nəzərdə  tu- 
tulur.  Robot əlin fimksiyası maqnitə  yapışan metalı,  yapış- 
mayan  metaldan  ayırmaqdır,  yəni  fəhlələri  işə  cəlb  etmə- 
dən,  aliminiumla  ferrumu  bir  yerə  deyil,  ayrı-ayrı  yerlərə 
yığmaqdır.  Kitabxanada  isə belə  bir texnikanı  təsəw ür et- 
mək  mümkün  deyil.  Çünki  heç  bir  robot  əl,  avtomatlaş- 
dırılmış  mexanizm  lazımi  kitabı  tapa  və  yaxud  bədii  ədə- 
biyyatla elmi  ədəbiyyatı bir-birindən ayıra bilməz.  Demək, 
kitabxana  proseslərinin  avtomatlaşdırılması  ilk  baxışdan 
göründüyü  qədər  sadə  məsələ  deyil.  Bunun  üçün  intellek- 
tual  infrastrukturlu  avtomatlaşdırılmış  təhlil  mexanizmi 
mövcud olmalıdır.
Məlumdur ki,  avtomatlaşdırılmış  kitabxana sistemlə- 
rinin  inkişafı  bütövlükdə  informasiya  texnologiyalarınm 
tərəqqisilə  bilavasitə  əlaqədardır.  Təsadüfi  deyil  ki,  ötən 
əsrin ən  qiymətli  ixtiralarmdan biri  hesab  olunan kompyu- 
ter  fəaliyyət  prinsipi  və  strukturu  etibarilə  məhz  ənənəvi 
kitabxananı  xatırladır.  Kompyuter  texnologiyalan  termi- 
nologiyasında  istifadə  olunan  “ilkin  modullar  kitabxana- 
sı”,  “kataloq”,  “yüklənən  modullar kitabxanası” və  s.  kimi
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  123


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə