Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 23,47 Kb.
Pdf görüntüsü
səhifə27/51
tarix29.09.2017
ölçüsü23,47 Kb.
#2431
1   ...   23   24   25   26   27   28   29   30   ...   51

IFLA-nın  beynəlxalq  UNIMARC  formatı  üzrə  elektron- 
laşdınlır.
Göründüyü kimi,  EK-in yaradılması  zamanı  kitabxa- 
nalarımız  yalmz  əcnəbi  standartlardan,  format  və  sistem- 
lərdən  istifadə  edir.  Azərbaycanda  biblioqrafik  təsvir qay- 
daları üzrə milli  standartm yaradılması kitabxanaşünaslığı- 
mızın  qarşısmda  duran  bəlkə  də  ən  vacib  məsələdir.  Əf- 
suslar  olsun  ki,  hələlik  ölkəmizdə  bu  məsələ  aktuallıq  qa- 
zanmayıb  və  bu  mövzu  tədqiqat  sahəmizə  aid  olmadığm- 
dan onun üzərində çox dayanmaq istəmirik.
Milli  kitabxanaçılığm  qarşısmda  duran  ümdə  vəzifə- 
lərdən biri  də  bıblioqrafik yazılan  elektronlaşdırmaq üçün 
milli  kommunikativ  formatm  yaradılmasıdır.  Bu  vəzifə 
qloballaşma  və  informasiyalaşma  meqatendensiyaları  fo- 
nunda  tarixi  bir  zərurət  kimi  meydana  gəlib.  ABŞ-da 
USMARC,  Türkiyədə TURMARC  olduğu  kimi,  Azərbay- 
canda da  Milli  AZMARC  kommunikativ  formatmm  yara- 
dılmasının  tarixi  zəruriliyini  əsaslandırmaq  üçün  ilk  növ- 
bədə  başqa  milli  formatların  yaradılma  prinsipləri  ilə  ya- 
xmdan  tamş  olmaq  lazımdır.  Əvvəlki  bölmədə  beynəlxalq 
formatlarm  yaradılmasmdan  danışarkən  bildirmişdik  ki, 
artıq  dünyamn  50  ölkəsində  biblioqrafik  yazıları  elektron- 
laşdırmaq  üçün  milli  formatlar,  qəliblər  mövcuddur.  Hər 
bir ölkə  milli  kitabxanaçılığını  inkişaf etdirmək,  milli  bib- 
lioqrafiyasmı  beynəlxalq  informasiya  mühitinə  çıxarmaq 
üçün öz kommunikativ formatını yaradır.
110  | 
C.A.Cəfərov
Ötən  əsrin  70-ci  illərində  IFLA UNIMARC  formatı- 
nı  istifadəyə  verərkən  UNESCO  da  bu  sahədə  fəaliyyətə 
başlamış  və  nəticədə  “UNISIST  Reference  Manual”  adlı 
format  yaranmışdı.  Yerli  kitabxanalanmız  uzun  müddət 
bu  formatm  mövcudluğundan  xəbərsiz  olublar.  Ə w əla 
ona  görə  ki,  format  yaradılan  zaman  UNECSO  ilə  Azər- 
baycan  arasmda  birbaşa  əlaqələr mövcud  deyildi  və  quru- 
mun  yenilikləri  ölkəmizə  mərkəzdən-Moskvadan  xüsusi 
qaydada süzülüb  gəlirdi.
Digər  səbəb  isə  ümumiyyətlə,  UNESCO-nun  sözü- 
gedən  kommunikativ  formatı  dəstəkləməməsi  idi  [146,  s. 
77].  Çünki  həmin  dövrdə  SSRİ Nazirlər  Kabinetinin,  Elm 
və Texnika üzrə Dövlət Komitəsinin və Rusiya Kütləvi El- 
mi-Texniki  Kitabxanasmın “USSR-US Common Commu- 
nication  Format”  (CCF)  adlı  kommunikativ  formatı  hələ 
yenicə yaranmışdı.
Həmin dövrdə Avropa  Şurası da bu proseslərdən geri 
qalmaq istəmədiyindən  “MEKOF 2” adlı format yaradaraq 
kitabxanaları məhz ondan istifadə etməyə  sövq edirdi.
Sonrakı  illərdə  SSRİ  Nazirlər  Kabinetinin,  Elm  və 
Texnika  üzrə  Dövlət  Komitəsinin  UNESCO  ilə  apardığı 
danışıqlar  sonuncunun  öz  formatmdan  imtina  etməsi  ilə 
nəticələndi.  Bu  azmış  kimi,  UNESCO  SSRİ-də  yaradılan 
CCF  formatım  beynəlmiləlləşdirmək  üçün  1978-ci  ildə 
Taormin  (Siciliya,  İtaliya)  Sammitini təşkil  etdi.  Sammitin 
əsas  məqsədi,  IFLA-nı  və  ISO-nu  CCF  formatının  əvəz- 
sızliyinə  inandırmaq  idi.  SSRİ  nümayəndələrinin  apardığı
Kilabxana-informasiya xidmətində elektron kataloq
  |  111


gərgin  fəaliyyət  nəticəsində  UNESCO  adları  çəkilən  hər 
iki təşkilata təzyiq  edərək CCF-i  vahid kommunikativ for- 
mat  kimi  qəbul  etdirdi.  Qərara  almdı  ki,  1984-cü  ildən 
etibarən  dünya  kitabxanalan  SSRİ-nin  CCF  formatmdan 
istifadə etsin.  SSRİ-də CCF üzrə təlimatlann hazırlanması, 
vahid konsepsiyanın  işlənməsi  məsələsi  xeyli  yubandığm- 
dan,  1987-ci  ildə IFLA qəbul olunan qərarları birtərəfli  şə- 
kildə pozaraq UNIMARC üzrə vahid təlimat nəşr etdi.  Be- 
ləliklə,  kitabxana  işi  sahəsində  dünyanm  ən  nüfuzlu  təş- 
kilatı tərəfmdən UNIMARC rəsmən beynəlxalq kommuni- 
kativ  format  elan  olundu.  80-ci  illərin  sonlannda  SSRİ-də 
başlanan  psevdodekonstruktiv  ajiotajlar  cəmiyyətin  bütün 
sferalarım  məhvə  hazırlamağa  başladı.  SSRİ-nin  dünya 
xəritəsindən  silinməsi  ilə  1991-ci  ildə  CCF  formatı  fəaliy- 
yətini  dayandırdı.  Rusiya  rəsmiləri  və  kitabxana  ictimaiy- 
yəti  80-ci  illərdə aparılan  fəaliyyətlərin  əbəs  olduğunu  gec 
də olsa qəbul etdilər.
1995-ci  ildə Rusiya Mədəniyyət Nazirliyi  “LİBNET” 
layihəsi  çərçivəsində  UNIMARC-ı  vahid  kommunikativ 
format kimi  qəbul etdi.  Bununla da,  Rusiya kommunikativ 
formatlarm  yaradılması  sahəsində  özfəaliyyətə  son  qoydu, 
IFLA  isə  öz  növbəsində  UNIMARC  əsasında  yaradılmış 
Rusiya  formatım-RUSMARC-ı  milli  adaptasiya  formatı 
kimi tanıdı.
90-cı  illərin  sonunda  Avropa  Şurası  da  öz  formatm- 
dan-  MEKOF  2-dən  imtina  edərək  UNIMARC-ı  Avropa 
Şurası  ölkələrində  rəsmi  kommunikativ  format  elan  etdi.
112  | 
C.A.Cəfərov
Dünya  kitabxanaşünaslığı  tarixində  ilk  dəfə  olaraq  bütün 
kitabxanalar  üçün  vahid  mübadilə  formatı  müəyyən  olun- 
du  və  hər  bir  ölkə  özünün  milli  kommunikativ  formatmı 
yaratmağa,  milli  biblioqrafıyasmı  elektronlaşdırmağa,  da- 
ha  sonra  isə  UNIMARC  vasitəsilə  biblioqrafik  yazılann 
mübadiləsini  həyata  keçirməyə  başladı.  Əlbəttə  ki,  bu  cür 
mexanizm  ilk  baxışdan  cəlbedici  və  əlverişli  idi.  Lakin 
tezliklə problemlər  yaranmağa başladı.  Məsələn,  o  dövrdə 
Rusiyada  biblioqrafık  yazılar  TOCT  7.1-84  standartı  üzrə 
RUSMARC-m  obyektinə  çevrilirdisə,  bir  başqa  ölkədə, 
məsələn,  Hindistanda  biblioqrafık  yazılar  AACR  2  təsvir 
qaydası  üzrə  USMARC-ın  obyekti  olurdu  [162,  s.  533]. 
Bu  iki  ölkə  arasında  biblioqrafık yazı  mübadiləsini  həyata 
keçirmək  üçün  UNIMARC-dan  istifadə  olunmalı  idi. 
Problem  isə  onda  idi  ki,  milli  biblioqrafıyalar  bir  format 
üzrə  elektronlaşdırılıb,  digər  bir  format  üzrə  inteqrasiya 
olunurdu.
Bu  problem  tezliklə  ABŞ  Konqres  Kitabxanasmın 
mütəxəssislərinin  diqqətini  cəlb  etdi.  Nəticədə,  əvvəllki 
bölmədə  haqqında  bəhs  etdiymiz  ABŞ-Kanada  birgə  for- 
matı-MARC  21  yarandı  və  kommunikativ  formatlaşdırma 
sahəsində UNIMARC-la ciddi  rəqabət aparmağa başladı.
Azərbaycanda  UNIMARC  əsasında  milli  kommu- 
nikativ  formatm  yaradılması  ideyası  90-cı  illərin  sonlann- 
da  təşəkkül  tapıb. 
2000
-ci  illərin  əwəllərindən  etibarən 
professor A.Xələfov milli  kommunikativ formatm yaradıl- 
ması  ilə  bağlı  təşəbbüslərlə  çıxış  edib. 
2001
-ci  ildə  alimin
Kitabxana-informasiya xidmətində elektron kataloq
  |  113


Yüklə 23,47 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə