İnformasiya cəmiyyəti şəraitində, kitabxanalann maddi-
texniki bazasınm ən modem vasitələrlə təchiz olunduğu bir
dövrdə verilən izahlarm heç biri EK-in doğm interpretasi-
yası hesab oluna bilməz. Belə bir şəraitdə elektron kata-
loq-tam bir metainformasiya sistemidir.
Metainformasiya-informasiyanm xüsusiyyətləri haq-
qmda informasiya olmaqla bərabər, həm də onun hazırlan-
ma və axtarış parametrlərini, metodlannı özündə cəmləyir.
Demək, metainformasiya informasiya haqqmda informa-
siyadır. “Biblioqrafıyanm biblioqrafiyası” [17], “Kitablar
haqqmda kitab” [9] olduğu kimi, məlumatm özü barədə də
məlumat olur.
İnformatika alimi Y.A.Şreyderin fıkrincə, elektron
kataloq-fond haqqmda fonddur [153, s. 3]. D.A.Pos-
pelovun lüğətində, elektron kataloq-informasiyanı daxil
etməyə, qorumağa, axtarmağa, istifadəçiyə çatdırmağa he-
sablanmış informasiya sistemidir [124, s. 193].
Q.V.Drujinin və İ.V.Serqeyeva isə elektron kataloqu-
informasiyanm asanlıqla toplandığı, işləndiyi, ən əsası isə
düzəlişlər edilə bıldiyi texnoloji məkan hesab edir [119, s.
148].
Y.V.Çemozatonskayanm məqaləsində [150, s. 124]
və F.S.Voroyskinin lüğətində [114, s. 392] isə elektron ka-
94 )
C.A.Cəfərov
taloq avtomatlaşdmlmış axtarış sisteminin informasiya-
axtarış dili kimi səciyyələndirilir.
Qeyd olunanlan ümumiləşdirərək deyə bilərik ki, EK
bütöv bir informasiya infrastrukturudur. Alimlərimizin
fikrincə, belə bir infrastruktur, yalnız başqa bir infrastruk-
tumn, məsələn kitabxana fondunun üzərində bərqərar ola
bilər.
Biblioqrafiyaşünas alim, professor Z.Əliyev qeyd
edir ki, informasiya istifadəçilərinin əksəriyyəti, peşə isti-
qamətlərindən, hazırlıq səviyyələrindən, ədəbiyyatla, bib-
lioqrafık mənbələrlə müstəqil işləmək səriştələrindən asılı
olmayaraq kitabxanalara müraciət etmək zərurətilə qarşı-
laşırlar. Bu həmişə belə olmuş və indi də əsasən belədir.
Bəzən belə hesab edilir ki, yeni informasiya texnologiya-
larınm tətbiqi nəticəsində kitabxanalarm əhəmiyyəti get-
dikcə azalacaq. Amma yaddan çıxarmaq olmaz ki, elek-
tron informasiya bazalan hansısa fonda əsaslamr və belə
fond daimi realhğma görə əvəzolunmazdır [38, s. 62].
Nəzərə almahyıq ki, EK və yaxud elektron informa-
siya bazalan heç də həmişə ənənəvi fond üzərində qurul-
mur. EK-in metainformasiya sistemi olması onu deməyə
əsas verir ki, kataloqun bu növü bəzən, ümumiyyətlə ənə-
nəvi fonda istinad etmir. O, İntemetdə toplanmış mənbələr
barədə, yalnız elektron forması olan (ənənəvi kağız analo-
qu olmayan) elektron nəşrlər haqqında da məlumatı əks et-
dirir. Beləliklə, EK yalnız ənənəvi kataloqun elektronlaş-
Kitabxana-informasiya xidmətində elektron kataloq
| 95
dırılmış forması olmayıb, daha geniş spektri əhatə edir,
bütöv, çoxçeşidli informasiya massivləri haqqında müfəs-
səl informasiya verməklə-metainformasiya sisteminə çev-
rilir.
96 |
C.A.Cəfərov
II FƏSİL:
KOMMUNİKATİV FORMATLARIN
VƏ AKİS-lərin TƏŞƏKKÜL TARİXİ
VƏ MÜASİR VƏZİYYƏTİ
2.1. K om m unikativ form atlarm yaradılm ası
və m üasir vəziyyəti:
(MARC, UNIMARC,
USMARC, RUSMARC və digər form atlar üzrə)
Biblioqrafık yazılarm rəqəmli formata keçirilməsi,
elektronlaşdırılması üçün beynəlxalq standartlar, ölçü va-
hidləri, formatlar mövcuddur. Həmin formatlar biblioqra-
fik yazı ilə avtomatlaşdırdmış sistem arasmda əlaqənin,
kommunikasiyanm yaradılması üçün əsas vasitə hesab
olunur. Məhz bu cür kommunikativ təsvir formatları vasi-
təsilə biblioqrafik yazı elektron kataloqa çevrilir. Həmin
formatların əsasmı isə MARC formatı təşkil edir.
Şübhəsiz ki, kartoçka kataloqundakı informasiyanm
kompyuterin yaddaşma köçürülməsi prosesi qaydasız şə-
kildə həyata keçirilə bilməz. Bu informasiyanı “hesabla-
maq” və qaydalara uyğun şəkildə təfsir etmək (interpreta-
siya mexanizmi) üçün kompyuterlər, avtomatlaşdırılmış
informasiya sistemləri verilənlərin (məlumatların) xüsu-
siyyətlərini müəyyənləşdirmək imkamna malik olmalıdır.
Belə qəliz işin öhdəsindən gəlmək üçün ABŞ-m Konqres
Kitabxanasımn əməkdaşları, hələ 1965-1966-cı illərdə
“MARC I” adlı layihənin icrasına başlamışdılar [154, s.
6]. Layihənin əsas məqsədi biblioqrafik təsvirləri maşınla-
oxunan formaya salmaq idi. O zaman sözügedən layihəyə
ABŞ və Kanadadan 16 kitabxana qoşulmuşdu. Analoji iş-
lər Böyük Britaniyada da aparılırdı. O illərdə Böyük Brita-
niyanın Milli Biblioqrafıya Şurası hər il nəşr etdiyi milli
Kitabxana-informasiya xidmətində elektron kataloq
| 99
biblioqraflyam maşmlaoxıman formata çevirmək məqsədi-
lə “BNB MARC” adlı kommunikativ format yaratmışdı.
Paralel aparılan işlərin nəticəsində ABŞ və Böyük Britani-
yanm vahid kommunikativ formatı-“MARC II” yaradıldı
[157, s. 121]. Bununla da, MARC formatmdan kommu-
nikativ standart kimi istifadənin, başqa sözlə, biblioqrafik
yazılann maşmla yaradılması və oxunması üzrə anqlo-
amerikan qaydalarmm əsası qoyuldu. “MARC II”, prinsip
etibarilə öz prototipindən fərqlənmirdi: “MARC I” formatı
kimi o da, bütün növ sənədlərin təsvirinə hesablanmış, ka-
taloqlaşdırma və müxtəlif avtomatlaşdınlmış sistemlərə
tətbiqedilmə imkanları ilə təchiz edilmişdi.
Bir çox ölkələrin maşmlaoxunan kataloqlaşdırma sa-
həsindəki birgə əməkdaşlığma baxmayaraq, həmin dövrdə
USMARC (ABŞ) və UKMARC (Böyük Britaniya) ilə ya-
naşı Fransada da “INTER MARC” adlanan milli format
yaradılmışdı. Bu format frankofon (fransızdilli) ölkələrin
kitabxanalan üçün nəzərdə tutulmuşdu. Fransa ilə yanaşı,
Belçika və İsveçrə kitabxanalarmda da məhz bu formatdan
istifadə olunurdu. 70-ci illərdən MARC ailəsinə daxil olan
formatlarm sayı 20-ə çatdı [161, s. 32]. Kanada (Can-
MARC) və Finlandiya (FinMARC) biblioqrafık yazıların
maşınlaoxunan formatlarını hazırladılar. Lakin bütün bu
formatların əsasını ABŞ-ın milli təsvir standartı (US-
MARC) təşkil edirdi.
Ötən əsrin sonlarmda, milli kataloqlaşdırma qaydala-
rı arasındakı fərqli xüsusiyyətlər MARC ailəsinə daxil
100 |
C.A.Cəfərov
olan formatlann daha da artmasma səbəb oldu [131, s. 56].
Nəticədə, müxtəlif formatlardan istifadə edən kitabxanalar
arasında informasiya mübadiləsi məhdudlaşdı. Belə olan
təqdirdə, Beynəlxalq Kitabxana Assosiasiyalan Federasi-
yası (IFLA) problemi aradan qaldırmaq məqsədilə vahid
UNIMARC (Universal MARC) formatmı hazırlamağı tək-
lif etdi. Prosesi həyata keçirmək üçtin kitabxanalarda isti-
fadə olunan avtomatlaşdırılmış informasiya sistemlərinə 2
konvertor (biblioqrafık yazılan digər formatlardan UNI-
MARC-a və əksinə, konvertasiya etmək üçün) əlavə et-
mək tapşırığı verilmişdi.
Bununla da, ötən əsrin 90-cı illərində biblioqrafık
yazılarm maşınlaoxunan formata keçirilməsi sahəsində bir
sıra yeniliklər əldə olundu: UNIMARC əsasında formala-
şan kommunikativ formatların sayı 50-ə yüksəldi. Türkiyə
TurkMARC, İtaliya ITAMARC, Rusiya RUSMARC, Be-
larus BelMARC, Ukrayna isə UKRMARC milli formatla-
rını hazırladılar. Həmin milli kommuikativ formatlann ha-
zırlanma alqoritmlərinin əsasmı UNIMARC-a məxsus al-
qoritmlər təşkil edirdi.
MARC kommunikativ formatınm yaradıcıları və on-
ların xələfləri (Konqres Kitabxanasımn əməkdaşları) milli
kommunikativ formatların mövcudluğuna heç vaxt birmə-
nalı yanaşmayıblar. Onlara görə, UNIMARC varkən, milli
kommunikativ formatlarm yaradılmasına ehtiyac yoxdur
(Biz, bu iddiamn yanlışlığı ilə bağlı fıkirlərimizi monoqra-
fıyanın növbəti bölməsində əsaslandırmışıq). Həmin mütə-
Kıtabxana-informasiya xidmətində elektron kataloq
| 101
Dostları ilə paylaş: |