Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə173/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   169   170   171   172   173   174   175   176   ...   205

Onların  bu  tip  həlledicilərdəki  məhlulları  açıq  havada 

asanlıqla  oksidləşir,  birbaşa  günəş  şüaları  altında  isə  tam 

dekarbonilləşməyə  məruz  qalırlar.  Termoqrafık  tədqiqatlara 

əsasən  məlum  olmuşdur  ki,  bir  nüvəli  klasterlər  200°S-dən 

yuxarı  temperaturda  dekarboııilləşərək  tam  parçalanmaya 

məruz qalırlar.

Beləliklə,  aparılmış  tədqiqatlar  nəticəsində  Ağdərə 

polimetallik 

konsentrantmdan 

istifadə  etməklə  sənaye 

əhəmiyyətli  sintez-qaz  prosesləri  üçün  katalitik  sistemlərin 

yaradılmasında  Mo-tərkibli  klaster  birləşmələri  əsas  xammal 

bazası rolunu  oynaya bilər.

Ə d ə b i y y a t :

1. Усятинский  А.Я.,  Махмудов  Ш.M.,  Сулейманов  Г.З.,  Белецкая 

И.П. Изд. РАН., сер. хим., 1993, №3, с.586

2.  Mahmudov Ş.M.  Kimya roblerr ləri jurnalı, 2003, №3.

3. Хартли Ф.  Закрепленные металлокомплексы -  новое  поколение 

катализаторов. М., Мир,  1989, с. 360

4. Методы  элементоорганической  химии,  Подгруппы  хрома, 

молибдена  и  вольфрома.  Под.ред.  А.Н.  Несмеянова,  К.А. 

Кочеткова. П-ая книга. М., Наука,  1974, с.874

5. Басоло Ф.,  Пирсон  Р.  Механизмы  неорганических реакций.  М., 

Мир,  1971,с.592

6. Губин  С.П.,  Микова  Н.М.,  Цыбенов  М.П.,  Лопатин  В.Е. 

Координ. Химия,  1984, Т.10, вып.5, с.625



M Ə M M Ə D   A Ğ  A S f  Y E  V  

A M  E A   N a x ç ıv a n   B ö lm ə s i 

T ə b ii E h tiy a tla r  İ n s titu tu

NAXÇIVAN  MR ƏRAZİSİNDƏ NEFT TƏZAHÜRLƏRİ

Naxçıvan  Dövlət  Arxivində  əldə  edilmiş  6  səhifəlik 

yazışmaya  əsasən  1868-ci  itidə  Pirdoudan  (indiki  Qaçaran) 

irihəcimli  mis-molibden  mədəninin  iş  icraçısı  Yakimidi 

Ordubad 


qəzasının 

Urumisçay 

hövzəsinin 

Yağıldərə

527



sahəsində  «aşkar  etdiyi  neft  yatağının»  kəşfiyyatı  və istismarı 

məqsədilə  Yerevaıı  qubernatorundan  və  Qafqaz  canişini 

Vorensov-Daşkovdan  lisenziya  istəmişdir.  Bu  məlumatı 

Ordubad  rayonunun  Üstüpü  kəndinin  qocaman  sakinləri  də 

təsdiqləmişlər.

Tiflis  arxivindən  əldə  edilmiş  7  səhifəlik  yazıda  və 

İvanovun  1902-ci  ildə  tərtib  etdiyi  1:100000  miqyaslı  geoloji 

xəritədə  bu  regionun  faydalı  qazıntıları  öz  əksini  tapmış  və 

yazıda  yataqların  filiz  ehtiyatı,  metalların  faiz  miqdarı  və 

onların  istismar  rentabelliyi,  yataqların  yer  səthində  çıxışları 

əsasında hesablanmışdır.  Yazıda  həmçinin  müşahidə etdikləri 

suların  yağlılığı  və  neft  iysi  verməsi  qeyd  olunmuşdur. 

Müəllifi  çarın  canişini  Semyonov  və  amerikalı  geoloq 

olmuşdur.  Yazı  II  Nikolaya  təqdim  edilmişdir.  Geoloqlar 

İvanov  və  Korjevski  1902-ci  ildə  filiz  yataqlarınım  istismarı 

məqsədilə  Qaradağı  arendaya  götürmüş  (70  il  müddətinə- 

1902-1972-  ci  illər)  və  bu  məqsədlə  də  II  Nikolay  Culfa- 

Mincivan  dəmiryolunun  çəkilməsinə  1914-cü  ildə  rəvac 

vermişdir.  Yolun  Qərçivandan-  Qaradağa  çəkilişinə  nəzərdə 

tutulmuşdur.  Yolun  iş  icraçısı  bu  yazının  müəllifinin  babası 

Hacı  Rzaqulu  və  atası  Əbülqasım  Ağasiyevlər  olmuşlar. 

Yolun  döşəməsi  1914-1917-ci  illərdə  tam  hazırlanmış,  relsləri 

isə  1940-1941 -ci  illərdə qoyulmuşdur.  Layihədə istifadə edilən 

kitablar Ağasiyevlər ailəsindədir.

Əldə  edilmiş,  geoloji  fond  və  mətbuatda  dərc  edilmiş, 

həmçinin  səxsən  topladığımız  geolojf.  geofiziki,  geokimyəvi 

və qazılmış quyuların geoloji materiallarına əsaslanaraq və bu 

məlumatları  ərazidəki  yertəki  çıxışları  ilə  müqayisələn- 

dirilərək,  Naxçıvan  MR  və  həmsərhəd  sahələrin  1:  50000 

miqyasda  geoloji  xəritəsi  tərtib  olunmuşdur.  Bununla  yanaşı 

yertəkinin  dərinliklərini  əks  etdirən  1:50000  miqyasda  16 

kəsiliş,  3  litoloji-stratiqrafık  sutun,  xəritənin  oxunması  üçün 

göstərici, 

yataqların 

irimiqyaslı 

xəritələri 

də 

tərtib


olunmuşdur.  1:  50000  miqyaslı  xəritənin  uzunluğu  2.5  m  və 

eni  1,5  m-dir.  Dəqiqliyinə  xələl  gətirmədən,  bu  xəritə 

1:200000 

miqyasa 


çevrilmiş 

və 


geoloji 

məlumatları

528



genişləndirmək  məqsədilə  ona  Dərələyəz-Zəngəzur,  Zəngilan- 

Qafan  əraziləridə  vacib  hesab  edilərək  əlavə  edilmişdir,  belə 

ki,  bu  ərazidə  istismara  cəlb  edilmiş  2  damar  tipli  və  7-i 

kvars-molibdeni  yatağı,  4  mis  molibden  porfir,  2  qızıl,  1 

kiılçədan-  mis  kabalt  yatağı  aşkar  edilmişdir.  2  damar  tipli 

kvars-molibden 

yatağı 

1952-91 -ci 



illərdə 

istismarda 

olmuşdur.

Tərtib  olunmuş  xəritələrin  hər  ikisində  bütüm 

təzahürləri,  yeraltı  su  mənbələri  yerləşən  sahələr,  mineral  su 

çıxışları,  filiz  və  qeyri  filiz  yataqları  və  təzahürləri,  kəsiliş 

xətləri, əsas dərinlik qırılmaları  və s.  öz əksini  tapmışdır.

Xəritələri tərtib edərkən Şərur rayanunda çıxışları olan 

perm  və  karbon  yaslı  əhəngdaşlarıııda  üst  təbaşirin  turon  və 

konyak,  kilit  və  kotam  kəndləri  ərazisiinin  əhəngdaşlarıııda 

(turon  alt-konyak  və  dokcmbri)  zəngin  bitum  aşkar 

edilmişdir.  Arpaçayda  bitumlu  əhəngdaşlarınm  qalınlığı  704- 

884  metrdir.  Onun  50-57  metri  karbon  yaşlı  əhəngdaşlarınm 

payına  düşür.  Arpaçay  ərazisiinin  bitumlu  əhəngdaşlarıııda  6 

lay dəstəsi  ayrılmışdır.  Onlardan  5-i  pernıdə,  1-i  isə  karbonda 

yerləşir.  Onların  qalınlığı  10  metrdən  271  metrə  qədərdir.  Bu 

lay  dəstələrinin  daxilində  kiçik  təbəqəli  nisbətən  zəngin 

bitumvardıı*.  Əhəngdaşları  tünd  qara  rənglidirlər  və  nisbən 

mərmərləşiblər.  Orada  karyerdə  vardır.  Kəsilmiş  qara 

mərməri günün  altında  bir  müddət  saxladıqda,  onun  ağardığı 

da müşahidə olunmuşdur.  Bitum buxarlanır və yanır.

Xalaç kəndindəki karyeıin yaxınlığında  aşkarladığımız 

əsas  tuflar  (vulkan  mənşəli)  neogen  yaşıldırlar.  Bu  tuflar  və 

onların  effuziv  analoqları  Vedi-Ordubad  dərinlik  qırılması 

(xəritədə  2N  saylı)  boyu  geniş  yayılmışdırlar.  Bu  baxımdan 

bitum  təzahürünü  neogendə  də  guman  olunur,  bu  isə 

bütövlükdə  geolojisütunun  bütün  kəsilişlərində  bitum-neft 

axtarışına imkanlar yaradır.

_ •   .

Xalaç  kəndində  aşkarladığımız  tuflar  iran  ərazisində 



də  perm  və  trias  çöküntülərinin  üstündə  yatırlar.  Bu 

süxurlarda bitum geniş yayılmışdır.

529



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə