8
İkinci qazıntı sahəsi (
B kvadratı, sahəsi 5x5m ) yaşayış yerinin
toxunulmamış hissəsində, mədəni təbəqənin varlığı ehtimal olunan yerdə
qoyuldu
5
. Abidənin bu hissəsində məscid tikildiyi üçün qazıntı aparmaq çətin
idi. Buna baxmayaraq seçilən sahədə tədqiqat başlandı. Bu sahədəki
araşdırmalar yaşayış yerinin orijinal meylini müəyyən etməyə imkan verirdi.
Təpənin ətəyində Erkən Tunc dövründə və müasir dövrdə məskunlaşma
olduğu üçün bu dövrə aid maddi-mədəniyyət qalıqları Neolit və Eneolit
materialları ilə qarışmışdı. Qarışıq təbəqə sahənin cənub-qərb hissəsində 1,2
m dərinliyədək davam edirdi. Sahənin digər hissəsində isə yalnız Neolit
dövrünə aid maddi-mədəniyyət qalıqları aşkar olunurdu. Bu hissədə kül
yığınları və kərpic tikintilərin qalıqlarına rast gəlinirdi. Tədqiqat zamanı 0, 3
m dərinlikdə düz kərpic divarın qalığı aşkar olundu. Divarın eni 0, 4 m,
qalınlığı 0, 2 m, uzunluğu 1, 8 m idi. Lakin sahənin kiçikliyi və layların
incəliyi tikintilərin planını müəyyən etməyə imkan vermirdi. Qazıntının
kəsiyində bir-birini əvəz edən dörd tikinti qatının olduğu aydın seçilirdi.
Lakin tikintilər güclü dağıntıya uğradığından və başlıca olaraq qazıntı
sahəsindən kənarda qaldığından onların planını izləmək mümkün deyildi.
Qazıntı 1,7 m dərinliyə çatdıqda kərpic divar qalığı aşkar olundu.
Bu divar da
əsasən sahədən kənarda qaldığı üçün onun ölçülərini müəyyən etmək
mümkün olmadı. Divarın eni 0, 3 m idi. Bu dərinlikdə artıq bütün sahədə
Neolit dövrünə aid qarışıq olmayan təbəqə aşkar olundu. Bu təbəqədə aşkar
olunan keramika məmulatı Neolit dövrünün sonu və Eneolit dövrünün
əvvəlləri üçün xarakterik idi. Araşdırmalar Neolit dövrünə aid təbəqələrin
yaxşı saxlandığı yerləri müəyyən etməyə imkan verdi.
Kültəpə yaşayış yerinin köhnə qazıntı sahəsində aparılan təmizləmə
işləri mədəni təbəqənin xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verdi.
Birinci kəsik təmizləməsi abidənin qərb hissəsində idi. Burada aparılan
təmizləmə işləri Kür-Araz mədəniyyətinə aid təbəqələrin tükəndiyini, qalan
təbəqənin yalnız Neolit dövrünə aid olduğunu göstərdi. İkinci sahədə 3 m
hündürlükdə təmizləmə aparıldı.
5
Kənd sakinlərinin verdiyi məlumata görə abidənin bu hissəsində vaxtilə həyətyanı
sahə olmuşdu.