15
zamanı dairəvi, oval və dördkünc formalı binaların qalıqları aşkar olundu.
Evlərin yaxınlığında dairəvi formalı iş yerlərinin qalıqları, əmək alətlərinin
olduğu müəyyən olundu.
Birinci divar qalığı yer səthindən 5 sm dərinlikdə, qazıntı sahəsinin
cənubunda aşkar olundu. Divar yarımdairəvi formalı idi. Böyük bir hissəsi
sahədən kənara çıxırdı. Onun planını izləmək üçün qazıntı sahəsi cənuba
doğru genişləndirildi (1x5 m). Nəticədə divarın böyük bir hissəsi aşkar
olundu. Binanın diametri 3, 29 m idi. Dairəvi formalı binanın içəri tərəfində
diametri 0,7 m olan ocaq var idi. Ocaq təmizlənərkən keramika və heyvan
sümüyünün qalıqları aşkar olundu. Dairəvi formalı binanın yaxınlığında, onun
şərq tərəfində dördkünc formalı otağın qalıqları da aşkar olundu. Bu otağın
uzunluğu 2, 7 m, salamat qalan hissəsinin eni 65-70 sm idi. Onun da mərkəzi
hissəsində dairəvi formalı ocaq var idi. Ocağın diametri 1, 9 m idi. Ocaq
təmizlənərkən keramika, heyvan sümükləri və obsidian alətlərin qalıqları
aşkar olunmuşdur.
Araşdırmalar bu böyük divarın bir neçə tikinti dövrü ərzində istifadə
olunduğunu və yaşayış binalarını əhatə etdiyini göstərir. Onun cənub-qərb
tərəfində arakəsmə divarlarla seqmentşəkilli bölüm yaradılmışdı. Ehtimal ki,
bu bölüm ərzaq ehtiyyatı saxlamaq üçün istifadə olunmuşdur. Bu hissədən gil
qab parçaları aşkar olunmuşdur.Bu hissədə həmçinin dairəvi formalı iş
yerinin qalıqları da aşkar olunmuşdur. Ocağın içərisində bir neçə yerdə kiçik
həcmli, dairəvi formalı ocaqların da aşkar olunması yaşayış sahəsinin tez-tez
dəyişdiyini göstərir. Bu evin ətrafında aparılan tədqiqatlar zamanı dairəvi
formalı ocaqlar aşkar olunmuşdur. Qazıntı sahəsinin şimal tərəfində bir yerə
yığılmış iri həcmli dən daşları onun yaxınlığında isə dairəvi formalı iş
yerininin olduğu müəyyən edilmişdir.
İkinci tikinti qatı qazıntı sahəsinin şimal yarım hissəsində, bəzən düz,
bəzən də oval planlı olan kərpic divarların qalıqlarından ibarətdir. Divar
qalıqlarının eni 25-45 sm arasında dəyişir. Bu sahədə dairəvi formalı iş
yerlərinin və ocaqların qalıqları, həmçinin dən daşları aşkar olunmuşdur. Bu
hissənin qədim insanlar tərəfindən istifadə olunan iş sahəsi olduğunu demək
olar.
Ehtimal ki, bu divar iş yerlərini və yaşayış sahəsini əhatə etmişdir.
Üçüncü tikinti qatı qazıntı zamanı iri dairəvi binanı iki hissəyə bölən
kərpic divarın qalıqları aiddir. Yarım dairəvi divarla bu divar arasında
ocaqlara və dairəvi formalı iş yerlərinə rast gəlindi. Digər qismdə isə
keramika parçaları və əmək alətlərinin qalıqları aşkar olunurdu.