22
izlənmişdir [Mаrrо, Bаkhchaliyev and Ashurov, 2009: 54]. Araşdırmalar
Neolit dövründə bu tip ornamentin geniş yayıldığını göstərir. Bu tip
bəzəmələr I Kültəpənin «1а» təbəqəsindən, Şomutəpə və Xatunarxdan
məlumdur.
Bəzi
tədqiqatçıların,
o cümlədən O.H.Həbibullayevin
[Həbibullayev, 1959: 74] fikrinə görə, erkən mərhələdə qabların tipləri
məhdud sayda olmuş, daha sonra isə onlar çoxalmışdır. Araşdırmalara əsasən
demək olar ki, Neolit dövrünə aid keramika məmulatının bütün formaları
hələlik məlum deyil. Neolit dövrünün keramika ilə xarakterizə edilən
mərhələsi tədqiqatçılar tərəfindən e.ə. VI minilliyin hüdudlarında
dövrləşdirilmişdir [Connor, Sagona, 2007: 29; Badalyan et al., 2010:191].
Eneolit dövrünün əvvəlləri isə e.ə. V minilliyin birinci yarısı (Palumbi, 2007:
74), bəzən isə e.ə. V minilliklə [Connor, Sagona, 2007: 30]
tarixləndirilmişdir. Nəzərə alsaq ki, Şorsu keramikasının bir qisminin
bənzərləri Neolit abidələrindən məlumdur, o zaman Şorsu yaşayış yerində
həyatın başlanmasını V minilliklə tarixləndirmək olar. Ehtimal ki, yaşayış
yerində məskunlaşma müxtəlif dövrlərdə olmuşdur.
Beləliklə, Şorsuda aparılan araşdırmalar göstərir ki, buranın qədim
sakinləri ətraf mühitlə yaxşı tanış imişlər və ehtimal ki, köçəri həyatı
mənimsəmişdilər. Xatunarx yaşayış yerinin tədqiqi zamanı köçmə maldarlığa
keçidlə bağlı faktlar aşkar olunsa da [Badalyan et al., 2010: 186, 205],
Şorsuda hələlik maldarlıqla bağlı maddi-mədəniyyət nümunələri aşkar
olunmamışdır. Ehtimal ki, istehsal təsərrüfatının mövcudluğu şəraitində
yığıcılıq da təsərrüfatda əsas rol oynamışdır. Naxçıvan ərazisinin yabanı taxıl
növləri [Абибуллаев, 1982: 206; Мустафаев, 1961: 56] ilə zəngin olması da
bunu təsdiq edir.
Zirincli yaşayış yeri Sirab kəndindən şimalda, Sirabçayın sol sahilində
dağ ətəyində yerləşmişdir. Yaşayış yeri sel sularının yuyub açdığı yarğanlarla
bir neçə hissəyə bölünmüşdür. Keramika məmulatı və əmək alətlərinin xeyli
hissəsi eroziya nəticəsində yer səthinə çıxmışdır. Yaşayış yerində 200 kv m
sahədə tədqiqat aparılmışdır. Sahələrin birində (10x10 m) aparılan tədqiqat
zamanı mədəni təbəqənin eroziya nəticəsində dağıldığı, olduqca az saxlandığı
müəyyən olunmuşdur. Araşdırma zamanı xeyli miqdarda keramika
nümunələri aşkar olunmuşdur. İkinci sahədə aparılan araşdırmalar zamanı da
mədəni təbəqənin sel suları tərəfindən yuyulduğu müəyyən olunmuşdur. Bu
sahədə yarımqazma tipli evin qalıqları, torpağa basdırılmış iri küplər aşkar
olunmuşdur.
23
Tablo 1. Naxçıvanın Neolit və Eneolit yaşayış yerlərindən götürülən karbon
nümunələrin analizinin nəticələri.
Tədqiqatlar zamanı abidənin üzərindən həmçinin bütöv qablar, əmək
alətlərinin parçaları, obsidian və çaxmaqdaşından hazırlanmış oraq dişləri də
aşkar olunmuşdur.
I Kültəpə yaşayış yerinin yaxınlığında Uzunoba
7
adlandırılan yeni
yaşayış yeri aşkar olunmuşdur. Yaşayış yerinin bir hissəsi təsərrüfat işləri
görülərkən traktor tərəfindən dağıdılmışdır. Yaranan kəsikdə döşəməyə
basdırılmış iri küplər, obsidian alətlər, keramika və osteoloji qalıqlar
görünməkdədir. Keramika məmulatı arasında boya ilə və daraqvari alətlə
naxışlanan nümunələr də vardır. Geomorfoloji araşdırmalar nəticəsində bu
7
Bu yaşayış yeri bəzən III Kültəpə də adlandırılmışdır
Sampl İD
Sample
Radiocarbon
Age
(BP)
δ
13
C (
‰)
Date
BC
(95,4%)
1
Kultepe-2013- B-035
LTL14889A
6374 ± 50
-
24.4 ±
0.4
5473-5293 BC
2
Kultepe-2013- B-006
LTL14890A
6926 ± 45
-
18.6 ± 0.2
5903-5720 BC
3
Kultepe14-P1,002
LTL14935A
6477 ± 45
-
21.3 ± 0.6
5520-5341 BC
4
Kultepe14-D004
LTL14936A
7042 ± 45
-
22.8 ± 0.6
6014-5836 BC
5
Kultepe14-C021
LTL14937A
6548 ± 45
-
19.6 ± 0.5
5616-5466 BC
6
Kultepe14-A057
LTL14939A
6420 ± 45
-
25.5 ± 0.3
5475-5320 BC
7
Kultepe14-A072
LTL14940A
6355 ± 45
-
23.9 ± 0.6
5468-5399 BC
8
Kultepe13 AO12
LTL14035A
6462 ± 45
-
26.6 ± 0.5
5490-5320 BC
9
Kultepe14-C034
LTL15113A
7099 ± 50
-
21.1 ± 0.6
6070-5880BC
10
Kultepe14-C032
LTL15114A
7065 ± 50
-
19.9 ± 0.5
6040-5840BC
11
Deyirman Yeri
LTL14886A
5011 ± 45
-
26.4 ± 0.3
3946-3701 BC
13
Yeni Yol 2013
LTL14894A
5063 ± 45
-
22.1 ± 0.5
3965-3761 BC
14
Yeni Yol 2014-1007
LTL14895A
4853 ± 45
-
17.1 ± 0.4
3712-3622 BC
15
Serin Bulaq 2013-1
LTL14892A
4953 ± 40
-
20.7 ± 0.4
3902-3880 BC
16
Ucan Agil 2013
LTL14893A
5585 ± 45
-
21.9 ± 0.7
4497-4344 BC
17
Sorsu 2013: 1008
LTL14063A
4945 ± 45
-
27.7 ± 0.5
3910-3870 BC
18
Uzunoba 15- 010
LTL16019A
5674 ± 45
-
20.3 ± 0.5
4620-4370 BC
19
Uçan Agıl 15
-2019
LTL16009A
5713 ± 45
-
23.4 ± 0.4
4690-4450 BC
Dostları ilə paylaş: |