Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə8/33
tarix30.12.2017
ölçüsü4,01 Kb.
#18332
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

22 
 
izlənmişdir  [Mаrrо,  Bаkhchaliyev  and  Ashurov,  2009:  54].  Araşdırmalar 
Neolit  dövründə  bu  tip  ornamentin  geniş  yayıldığını  göstərir.  Bu  tip 
bəzəmələr  I  Kültəpənin  «1а»  təbəqəsindən,  Şomutəpə  və  Xatunarxdan 
məlumdur. 
Bəzi 
tədqiqatçıların, 
o  cümlədən  O.H.Həbibullayevin 
[Həbibullayev,  1959:  74]  fikrinə  görə,  erkən  mərhələdə  qabların  tipləri 
məhdud sayda olmuş, daha sonra isə onlar çoxalmışdır. Araşdırmalara əsasən 
demək  olar  ki,  Neolit  dövrünə  aid  keramika  məmulatının  bütün  formaları 
hələlik  məlum  deyil.  Neolit  dövrünün  keramika  ilə  xarakterizə  edilən 
mərhələsi  tədqiqatçılar  tərəfindən  e.ə.  VI  minilliyin  hüdudlarında 
dövrləşdirilmişdir  [Connor,  Sagona,  2007:  29;  Badalyan  et  al.,  2010:191]. 
Eneolit dövrünün əvvəlləri isə e.ə. V minilliyin birinci yarısı (Palumbi, 2007: 
74),  bəzən  isə  e.ə.  V  minilliklə  [Connor,  Sagona,  2007:  30] 
tarixləndirilmişdir.  Nəzərə  alsaq  ki,  Şorsu  keramikasının  bir  qisminin 
bənzərləri  Neolit  abidələrindən  məlumdur,  o  zaman  Şorsu  yaşayış  yerində 
həyatın  başlanmasını  V  minilliklə  tarixləndirmək  olar.  Ehtimal  ki,  yaşayış 
yerində məskunlaşma müxtəlif dövrlərdə olmuşdur.  
Beləliklə,  Şorsuda  aparılan  araşdırmalar  göstərir  ki,  buranın  qədim 
sakinləri  ətraf  mühitlə  yaxşı  tanış  imişlər  və  ehtimal  ki,  köçəri  həyatı 
mənimsəmişdilər. Xatunarx yaşayış yerinin tədqiqi zamanı köçmə maldarlığa 
keçidlə  bağlı  faktlar  aşkar  olunsa  da  [Badalyan  et  al.,  2010:  186,  205], 
Şorsuda  hələlik  maldarlıqla  bağlı  maddi-mədəniyyət  nümunələri  aşkar 
olunmamışdır.  Ehtimal  ki,  istehsal  təsərrüfatının  mövcudluğu  şəraitində 
yığıcılıq da təsərrüfatda əsas rol oynamışdır. Naxçıvan ərazisinin yabanı taxıl 
növləri [Абибуллаев, 1982: 206; Мустафаев, 1961: 56] ilə zəngin olması da 
bunu təsdiq edir. 
 
Zirincli yaşayış yeri Sirab kəndindən şimalda, Sirabçayın sol sahilində 
dağ ətəyində yerləşmişdir.  Yaşayış yeri sel sularının yuyub açdığı yarğanlarla 
bir neçə hissəyə bölünmüşdür. Keramika məmulatı və əmək alətlərinin xeyli 
hissəsi  eroziya  nəticəsində  yer  səthinə  çıxmışdır.  Yaşayış  yerində  200  kv  m 
sahədə  tədqiqat  aparılmışdır.  Sahələrin  birində  (10x10  m)  aparılan  tədqiqat 
zamanı mədəni təbəqənin eroziya nəticəsində dağıldığı, olduqca az saxlandığı 
müəyyən  olunmuşdur.  Araşdırma  zamanı  xeyli  miqdarda  keramika 
nümunələri aşkar olunmuşdur. İkinci sahədə aparılan araşdırmalar zamanı da 
mədəni  təbəqənin  sel  suları  tərəfindən  yuyulduğu  müəyyən  olunmuşdur.  Bu 
sahədə  yarımqazma  tipli  evin  qalıqları,  torpağa  basdırılmış  iri  küplər  aşkar 
olunmuşdur.  


23 
 
 
Tablo 1. Naxçıvanın Neolit və Eneolit  yaşayış  yerlərindən götürülən karbon 
nümunələrin analizinin nəticələri. 
 
Tədqiqatlar  zamanı  abidənin  üzərindən  həmçinin  bütöv  qablar,  əmək 
alətlərinin parçaları, obsidian və çaxmaqdaşından hazırlanmış oraq  dişləri də 
aşkar olunmuşdur. 
I  Kültəpə  yaşayış  yerinin  yaxınlığında  Uzunoba
7
 adlandırılan  yeni 
yaşayış  yeri  aşkar  olunmuşdur.  Yaşayış  yerinin  bir  hissəsi  təsərrüfat  işləri 
görülərkən  traktor  tərəfindən  dağıdılmışdır.  Yaranan  kəsikdə  döşəməyə 
basdırılmış  iri  küplər,  obsidian  alətlər,  keramika  və  osteoloji  qalıqlar 
görünməkdədir.  Keramika  məmulatı  arasında  boya  ilə  və  daraqvari  alətlə 
naxışlanan  nümunələr  də  vardır.  Geomorfoloji  araşdırmalar  nəticəsində  bu 
                                                           
7
 Bu yaşayış yeri bəzən III Kültəpə də adlandırılmışdır 
 
 
Sampl İD 
Sample
 
Radiocarbon 
Age 
(BP)
 
δ
13
C (
‰) 
Date 
BC 
(95,4%)
 
1
 
Kultepe-2013- B-035
 
LTL14889A
 
6374 ± 50 
-
24.4 ±
 0.4
 
5473-5293 BC
 
2
 
Kultepe-2013- B-006
 
LTL14890A
 
6926 ± 45 
-
18.6 ± 0.2 
5903-5720 BC
 
3
 
Kultepe14-P1,002
 
LTL14935A
 
6477 ± 45 
-
21.3 ± 0.6 
5520-5341 BC
 
4
 
Kultepe14-D004
 
LTL14936A
 
7042 ± 45 
-
22.8 ± 0.6 
6014-5836 BC
 
5
 
Kultepe14-C021
 
LTL14937A
 
6548 ± 45 
-
19.6 ± 0.5 
5616-5466 BC
 
6
 
Kultepe14-A057
 
LTL14939A
 
6420 ± 45 
-
25.5 ± 0.3 
5475-5320 BC
 
7
 
Kultepe14-A072
 
LTL14940A
 
6355 ± 45 
-
23.9 ± 0.6 
5468-5399 BC
 
8
 
Kultepe13 AO12
 
LTL14035A
 
6462 ± 45 
-
26.6 ± 0.5 
5490-5320 BC
 
9
 
Kultepe14-C034
 
LTL15113A
 
7099 ± 50 
-
21.1 ± 0.6 
6070-5880BC
 
10
 
Kultepe14-C032
 
LTL15114A
 
7065 ± 50 
-
19.9 ± 0.5 
6040-5840BC
 
11
 
Deyirman Yeri
 
LTL14886A
 
5011 ± 45 
-
26.4 ± 0.3 
3946-3701 BC
 
13
 
Yeni Yol 2013
 
LTL14894A
 
5063 ± 45 
-
22.1 ± 0.5 
3965-3761 BC
 
14
 
Yeni Yol 2014-1007
 
LTL14895A
 
4853 ± 45 
-
17.1 ± 0.4 
3712-3622 BC
 
15
 
Serin Bulaq 2013-1
 
LTL14892A
 
4953 ± 40 
-
20.7 ± 0.4 
3902-3880 BC
 
16
 
Ucan Agil 2013
 
LTL14893A
 
5585 ± 45 
-
21.9 ± 0.7 
4497-4344 BC
 
17 
Sorsu 2013: 1008
 
LTL14063A
 
4945 ± 45 
-
27.7 ± 0.5 
3910-3870 BC
 
18 
Uzunoba 15- 010 
LTL16019A 
5674 ± 45
 
-
20.3 ± 0.5
 
4620-4370 BC 
19 
Uçan Agıl 15
-2019 
LTL16009A 
5713 ± 45
 
-
23.4 ± 0.4
 
4690-4450 BC 


Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə