Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 4,01 Kb.

səhifə1/33
tarix30.12.2017
ölçüsü4,01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   33



 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NAXÇIVAN BÖLMƏSİ 
TARİX, ETNOQRAFİYA VƏ ARXEOLOGİYA İNSTİTUTU 
 
 
 
VƏLİ BAXŞƏLİYEV, CATHERİNE MARRO, REMİ BERTHON, 
ZEYNƏB QULİYEVA, SAVAŞ SARIALTUN 
 
 
 
KÜLTƏPƏDƏ ARXEOLOJİ TƏDQİQATLAR (2013-2016) 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı-Nurlan-2017 



 
Kitab AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 18 noyabr 2016-cı il 
tarixli, 10/10 №-li qərarı ilə nəşr olunur. 
 
     Elmi redaktor:                              Qüdrət İsmayılzadə  
                                                              tarix üzrə elmlər doktoru,  professor  
     Rəyçilər:                                         Abbas Seyidov 
                                                              tarix üzrə elmlər doktoru, professor  
                                                             Abuzər Ələkbərov  
                                                              tarix üzrə fəlsəfə doktoru  
 
İSBN 
 
Vəli  Baxşəliyev,  Catherine  Marro,  Remi  Berthon,  Zeynəb  Quliyeva,  Savaş 
Sarialtun. Kültəpədə arxeoloji araşdırmalar (2013-2016). Bakı: Nurlan, 2017, 
164 s. 
 
Kitabda  Azərbaycan  Respublikasının  Naxçıvan  Muxtar  Respublikası  ərazisində 
yerləşən  I  Kültəpə  yaşayış  yerində  və  onun  ətrafındakı  abidələrdə  2013-2016-cı 
illərdə aparılan arxeoloji tədqiqat işlərinin nəticələri ümumiləşdirilmişdir. Arxeoloji 
tədqiqatlar Kültəpədə Neolit dövrünün varlığını təsdiq etmiş, onun Cənubi Qafqazın 
ən qədim Neolit məskənlərindən biri olduğunu təsdiq etmişdir. Kitab mütəxəssislər 
və Universitet tələbələri üçün nəzərdə tutulmuşdur. 
 
 
                                                   

 Vəli Vaxşəliyev, Catherine Marro,  
                                                              Remi Berthon, Zeynəb Quliyeva,  
                                                              Savaş Sarialtun 
 



 
MÜNDƏRİCAT 
Giriş...................................................................................................................4 
I Fəsil. Kültəpədə 2013-cü ildə aparılmış arxeoloji tədqiqatlar........................6 
II Fəsil. Kültəpədə 2014-cü ilin arxeoloji araşdırmaları.................................13 
III Fəsil. Kültəpə yaşayış yerində 2015-ci ildə aparılan arxeoloji 
araşdırmalar.....................................................................................................30 
IV Fəsil. Kültəpə yaşayış yerində 2016-cı ildə aparılan axeoloji 
araşdırmalar.....................................................................................................50 
V Fəsil. Kültəpə ətrafında arxeoloji araşdırmalar...........................................77 
VI Fəsil. Kəşfiyyat xarakterli araşdırmalar.....................................................83 
VII Fəsil. Şorsuda 2016-cı ilin qazıntıları.......................................................89 
Nəticə............................................................................................................119 
Введение.......................................................................................................143 
Археологические раскопки  2013-2016  года в Кюльтепе………….......144 
Заключение………………….………………………………………….…149 
İntroduction...................................................................................................151 
Archeological excavations at the settlement Kültepe in 2013-2016.............152 
Conclution………………….……………………………………………....160 
Ədəbiyyat......................................................................................................162 
 
 
 
 
 
 



 
GİRİŞ 
2013-2016-cı  illərdə  AMEA  Naxçıvan  Bölməsinin  arxeoloji 
ekspedisiyası  Fransa  Milli  Elmi  Araşdırmalar  Mərkəzinin  arxeoloqları  ilə 
birlikdə  I  Kültəpə  yaşayış  yerində  tədqiqat  işlərinə  başlamışdır.  Tədqiqat 
işləri  400  kv.  m.  ərazidə  davam  etdirilmişdir.  Arxeoloji  tədqiqatlarla  yanaşı 
Kültəpə  yaşayış  yeri  ətrafında  arxeoloji  araşdırmalar  da  aparılmışdır. 
Ekspedisiyanın  əsas  məqsədi,  Neolit  dövrünün  sonuna  aid  olan  I  Kültəpə 
yaşayış yerində məskunlaşmanın tarixi və qədim Naxçıvan sakinlərinin ətraf 
aləmlə  əlaqələrini  öyrənmək,  köçmə  maldarlıqla  bağlı  abidələri  tədqiq 
etməkdən ibarət olmuşdur. Tədqiqatlar göstərir ki, Kültəpə və onun ətrafında 
yaşayan  insanlar  əkinçiliklə  və  köçmə  maldarlıqla  məşğul  olmuşlar.  Köçmə 
maldarlıq insanların müxtəlif faydalı qazıntılar, o cümlədən mislə tanışlığına 
səbəb  olmuşdur.  Araşdırmalara  əsasən  demək  olar  ki,  Eneolit  dövrünə  aid 
mövsümi  yaşayış  yerləri  məhz  qədim  Naxçıvan  sakinlərinin  Zəngəzur 
dağlarının  zəngin  metal  yataqlarına  gedən  yollar  üzərində  salınmışdır. 
Araşdırmalar zamanı bu mövsümi yaşayış yerlərinin bir qismi qeydə alınaraq 
tədqiq  edilmişdir.  Digər  yaşayış  yerlərini  müəyyənləşdirmək  və  qədim 
kommunikasiya  xətlərinin  keçdiyi  yerləri  təsbit  etmək  ekspedisiyanın  əsas 
vəzifələrindən biri olmuşdur. Bu illər ərzində aparılan araşdırmalar ölkəmizin 
qədim  sakinlərinin  miqrasiyasının  arealını,  onların  qədim  Şərq  ölkələri  ilə 
iqtisadi-mədəni əlaqələrini öyrənməyə imkan vermişdir. 
Kültəpə yaşayış yerində və onun ətrafında aparılan araşdırmalar iqlim 
dəyişiklikləri  ilə  bağlı  olaraq  qədim  insanların  yaşayış  yerlərini  dəyişməyə 
məcbur olduğunu təsdiq edir. I Kültəpə yaşayış yerində həyat e.ə.VI minillik 
boyu  davam  etsə  də  e.ə.V  minillikdə  burada  həyat  kəsilmişdir.  Kültəpədən 
tapılan  bəzi  keramika  məmulatı  e.ə.  V  minillikdə  burada  həyatın  epizodik 
xarakter daşıdığını, daimi məskunlaşma olmadığını göstərir. Bununla belə e.ə. 
V  minilliyin  birinci  yarısında  Kültəpə  ətrafında  yaşayış  davam  etmişdir. 
Uzunoba və Uçan Ağıl yaşayış yerlərində aparılan araşdırmalar zamanı e.ə. V 
minilliyin birinci yarısına aid maddi mədəniyyət nümunələri əldə edilmişdir. 
2016-cı ildə Naxçıvançay vadisində Eneolit dövrünə aid yeni bir yaşayış yeri 
Naxçıvan yaşayış yeri  aşkar olunmuşdur.  Sirabçay vadisində  yerləşən Uçan 
Ağıl,  Naxçıvançay  vadisində  yerləşən  Uzunoba  və  Naxçıvan  yaşayış 
yerlərinin  araşdırılması  e.ə.  V  minilliyin  əvvəllərində  qədim  insanların  çay 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə