Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə4/33
tarix30.12.2017
ölçüsü4,01 Kb.
#18332
1   2   3   4   5   6   7   8   9   ...   33

12 
 
Кикодзе, Коль, 1996: 257) kimi  uzaqda yerləşən obsidian yataqlarından da 
istifadə  etmişlər.  Kültəpə  obsidianının  böyük  hissəsi  Göyhasar  (50%)  və 
Sünikdən  (28%)  gəlmişdir.  Digər  yataqların  obsidianı  azdır.  Kültəpə 
Göyhasar  obsidianına  görə,  indiki  Ermənistan  abidələri  də  daxil  olmaqla, 
Araz  vadisində  üstün  mövqeyə  malik  olmuşdur.  Tədqiqatlar  göstərir  ki, 
Mərənd  yaxınlığında  yerləşən  Kültəpə  abidəsində    başlıca  olaraq  Sünik 
obsidianından  istifadə  olunmuşdur  (Farhang  Khademi  et  al.,  2013:  1964). 
Əliköməktəpəsi  obsidianının  böyük  bir  qismi  (85%)  Sünikdən  gətirilmişdir 
(Бадалян, Кикодзе, Коль, 1996: 259).  Urmiya hövzəsində  yerləşən  yaşayış 
yerləri  də  başlıca  olaraq  Sünik  obsidianından  istifadə  etmişdir.  Tədqiqatçılar 
Sünik  obsidianının  Naxçıvan  ərazisindən  keçərək  İrana,  həmçinin  Urmiya 
hövzəsinə  yayıldığını  düşünməkdədirlər  (Farhang  Khademi  et  al.,  2013: 
1964). Ehtimal ki, Kültəpə yaşayış yerinin strateji cəhətdən əlverişli mövqedə 
olması digər yaşayış yerlərini də obsidianla təmin etməyə imkan vermişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


13 
 
II FƏSİL. KÜLTƏPƏDƏ 2014-CÜ İLİN ARXEOLOJİ 
ARAŞDIRMALARI 
 
 
Qədim  arxeoloji  mədəniyyətlərin  yayılmasında  çay  vadiləri  mühüm 
əhəmiyyətə  malik  olmuşdur.    Naxçıvançay  vadisində  son  illərdə  silsilə 
şəklində  aşkar  edilmiş  abidələr  də  bu  fikri  təsdiq  edir.  Bu  abidələrdən  biri 
olan  I  Kültəpənin  tapıntıları  sadəcə  Azərbaycanın  qədim  mədəniyyətlərinin 
öyrənilməsi  ilə  məhdudlaşmayıb,  Urmiya  hövzəsi,  Şərqi  Anadolu,  Cənubi 
Qafqazda 
yayılmış 
qədim 
mədəniyyətlərin 
yayılma 
arealının 
müəyyənləşdirilməsində  də  mühüm  rola  malikdir.  Bu  səbəbdəndir  ki,  abidə 
dünya  arxeoloqlarının  diqqətini  cəlb  etmiş,  onun  yenidən  tədqiq  edilməsinə 
başlanmışdır. Bu baxımdan I Kültəpənin öyrənilməsini iki mərhələyə bölmək 
olar.  1951-1964-cü  illəri  əhatə  edən  [Həbibullayev,  1959]  birinci  mərhələdə 
abidə  dünya  miqyasında  elmə  tanıdılmışdırsa,  2013-cü  ildən  başlayan 
(Baxşəliyev və b. 2016: 193) ikinci mərhələdə Azərbaycan-Fransa beynəlxalq 
arxeoloji  ekspedisiyasının  burada  apardığı  qazıntılar  nəticəsində  abidənin 
tarixi  ilə  bağlı  yeni  tapıntılar  aşkar  edilmiş,  yaşayış  yerinin  tarixi 
dəqiqləşdirilmişdir.  
2014-cü  ildə  I  Kültəpədə  arxeoloji  tədqiqatlar  davam  etdirilmişdir. 
Məlum  olduğu  kimi,  bəzi  tədqiqatçılar  bu  abidənin  Neolit  dövrünə  aid 
olmasına  şübhə  ilə  baxırdılar.  Bu  məsələni  aydınlaşdırmaq  məqsədi  ilə  I 
Kültəpə  yaşayış  yerində  və  onun  ətrafında  araşdırmalar  aparılmışdır. 
Tədqiqatların nəticəsində Naxçıvanda Son Neolit və Eneolit dövrünə aid yeni 
abidələrin olduğu müəyyən edilmişdir. İlk tədqiqat işləri I Kültəpə abidəsində 
aparılmışdır. 2013-cü ildə yaşayış yerində aparılan qazıntılar müəyyən uğurla 
nəticələnsə  də  Sovet  dövründəki  qazıntının  dərinliyini  müəyyən  etmək 
mümkün  olmamışdır.  Odur  ki,  2014-cü  ildə  tədqiqatlar  davam  etdirilmiş, 
abidənin stratiqrafiyasını müəyyən etmək üçün C şurfu (2x5 m) qoyulmuşdur. 
Tədqiqat  zamanı  bu  sahədə  hələ  Sovet  dövründən  qalma  xeyli  məişət 
tullantılarının  olduğu  müəyyən  edilmişdir.  Tədqiqatın  gedişində  Sovet 
dövründəki  qazıntıların  dərinliyi  müəyyənləşdirilmiş,  abidənin  tarixini 
müəyyən  etmək  üçün  karbon  nümunələri  əldə  edilmişdir.    Tədqiqat  zamanı 
Son  Neolit  dövrünə  aid  maddi  mədəniyyət  nümunələri  əldə  edilmişdir. 
Aparılan  araşdırmalar  zamanı  O.H.Həbibullayevin  müəyyən  etdiyi  bəzi 


14 
 
səviyyələri müəyyənləşdirmək mümkün olmuşdur ki, bu da abidənin yenidən 
tarixləndirilməsi üçün olduqca əhəmiyyətlidir. 
2014-cü  ildə  C  sahəsi  ilə  yanaşı  A  sahəsində  qazıntılar 
genişləndirilmişdir  (10x10m).  Bu  sahədə  aparılan  qazıntılar  zamanı  Son 
Neolit dövrünə aid əmək alətləri, keramika məmulatı və tikinti qalıqları aşkar 
edilmişdir.  Divar  qalıqlarının  bəzisi  düz,  bəzisi  oval  planlıdır.  Araşdırma 
zamanı  döşəmə  qalıqları,  onun  üzərində  toplanmış  keramikaya  təsadüf 
edilmişdir. Divarlar güclü eroziyaya uğradığından yaşayış binalarının planını 
müəyyənləşdirmək mümkün olmamışdır. Lakin döşəmələrin altında bir neçə 
skelet qalığı aşkar olunmuşdur. Skeletlər bükülü vəziyyətdə  dəfn edilmiş və 
çox pis saxlanmışdı. 
 
2014-cü  ildə  qazıntılar  B  sahəsində  (5x5  m)  də  davam  etdirilmişdir. 
Sahədə  tədqiqatların  2  m  dərinliyə  çatmasına  baxmayaraq  müasir  dövrə  aid 
məişət  qalıqları  aşkar  olunmaqda  idi.  Lakin  sahənin  şimal-şərq  hissəsində 
sağlam  təbəqənin  olduğu  müəyyən  edilmişdi.  Bu  hissədə  aparılan  qazıntılar 
zamanı  Son  Neolit  dövrünə  aid  tikinti  qalıqları,  əmək  alətləri  və  keramika 
məmulatı  aşkar  olunmuşdur.  Qazıntı  1,8  m  dərinliyə  çatdıqda  divar  qalığına 
rast gəlindi. Divarın eni 50 sm idi. Divarın şimal tərəfində 1,5x1,5 m sahədə 
döşəmə  qalıqları,  döşəmənin  üzərində  keramika  parçaları  aşkar  olundu. 
Tədqiqat  zamanı  kiçik  bir  hissəsi  saxlanılan  divar  qalığının  dairəvi  formada 
olduğu  müəyyənləşdirildi.  Lakin  bu  divar  tamamilə  erroziyaya  uğrayaraq 
dağılmışdı.  Dairəvi  formalı  evin  içərisindən  obsidiandan  hazırlanmış  əmək 
alətləri aşkar olundu. 
İkinci divar qalığı qazıntı sahəsinin cənub hissəsində aşkar olundu. Bu 
divar düz planlı idi. Divarın saxlanmış hissəsinin qalınlığı 10 sm, eni 0, 4 m, 
uzunluğu  1,  8  m  idi.  Onun  içəri  tərəfində  iki  ədəd  dördkünc  formalı  çıxıntı 
var  idi.  Divarın  ətrafında  aparılan  təmizləmə  işləri  zamanı  əmək  alətlərinin 
parçaları və bir bəzək əşyası aşkar olunmuşdur. 
Qazıntı zamanı müəyyən edildi ki, bu hissə təpənin ətəyi olduğundan 
sonrakı  dövrlərdəki  məskunlaşma  zamanı  təbəqə  bu  hissədə  qarışmışdır. 
Sahənin kiçik olması isə məişət təsərrüfat komplekslərini müəyyənləşdirməyə 
çətinlik  törədirdi.  Odur  ki,  mədəni  təbəqənin  sağlam  olduğu  hissədə  yeni 
qazıntı  sahəsi  qoymaq  qərarlaşdırıldı.  Yeni  qazıntı  sahəsi  D  kodu  ilə 
işarələndi. 
 D sahəsində tədqiqatlar 6x10 m ərazidə davam etdirildi və  Son Neolit 
dövrünə aid  yaşayış binalarının qalıqları əldə edildi (Şəkil 3).  Araşdırmalar 


Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə