Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə10/33
tarix30.12.2017
ölçüsü4,01 Kb.
#18332
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

32 
 
F sahəsindəki F-056 nömrəli ocaq təmizlənərkən D sahəsində 2014-cü 
ildə aşkar olunan olunan dairəvi formalı otağa aid divarların davamı da aşkar 
olundu.  Dairəvi  formalı  bu  otaq  təmizlənərkən  mərkəzi  hissəsində  oval 
formalı  ocaq  qalıqları  aşkar  olundu.  Ocağın  divarları  və  döşəməsi  odun 
təsirindən qızarmışdı (Şəkil 17). Araşdırmaya əsasən deyə bilərik ki, bu otaq 
dördüncü  tikinti  qatına  aid  edilə  bilər.  Dördüncü  tikinti  qatına  həmçinin  D 
sahəsində  aşkar  olunan  dairəvi  formalı  iri  binanın  qalıqlarını  da  aid  etmək 
olar (D-153). Bu binanın divarları 30-40 sm hündürlükdə qalmışdı. Divarların 
bəzi  qismləri  güclü  aşınmaya  məruz  qalmışdı.  Bu  binanın  içərisi 
təmizlənərkən  bəzi  hissələrdə  gil  döşəmənin  qalıqları  və  döşəməyə 
basdırılmış  iri  gil  qab  aşkar  edildi.  Bu  binanın  içərisindən  çəhrayı  rəngli, 
saman  qarışıq  gil  məmulatı,  heyvan  sümükləri  və  obsidian  parçaları  aşkar 
olundu.  Bu tikinti qatına həmçinin F sahəsində aşkar olunan dairəvi formalı 
ocağın  qalıqlarını  da  aid  etmək  olar  (F-077).  Ocağın  diametri  110  sm  idi. 
Ocaq təmizləndikdən sonra altdakı təbəqələrdən eni 37 sm olan kərpic divarın 
qalıqları  aşkar  olundu  (F-106).  Bu  divarın  əksər  hissəsi  digər  tikintilərin 
altında qaldığından onun planını tamamilə müəyyən etmək mümkün olmadı. 
Onu beşinci tikinti qatına aid etmək olar. Araşdırma zamanı divarın ətrafında 
keramika məmulatı, obsidian parçaları və sümük alət aşkar olunmuşdur. 
D  sahəsində  2014-cü  ildə  aşkar  olunan  tikinti  qalıqları  götürüldükdən 
sonra yalnız sahənin cənub-qərb hissəsində dairəvi formalı bina qalığı (Şəkil 
16),  onun  içərisində  döşəməyə  basdırılmış  çanaq  (Şəkil  23)  aşkar  olundu. 
Digər  sahələrdə,  xüsusilə  şimal  tərəfdə  tikintilər  erroziyaya  uğradığından 
onları təsbit etmək mümkün olmadı. Bu hissədə yalnızca qalın kül qatlarının 
olduğu  müəyyənləşdirilmiş,  heyvan  sümükləri,  obsidian  parçaları  aşkar 
olunmuşdur. Qazıntı mövsümünün sonunda sahənin şərq hissəsində iki divar 
qalığı aşkar olundu. Lakin divarlar üst təbəqələrin altında qaldığından onların 
planını tam müəyyən etmək mümkün olmadı.  
E  sahəsinin  ölçüsü  5x10  m  idi.  Tədqiqat  zamanı  buradan  beş  tikinti 
qatı aşkar olundu. I tikinti mərhələsinin arxitektura qalıqları Eneolit dövrünə 
aid 2 ev və ocaqlarla təmsil olunurdu (Şəkil 18). Künclərdə yuvarlaqlaşdırılan 
dördkünc  formalı  birinci  evin  ümumi  uzunluğunun  3,  80  m  olduğu 
müəyyənləşdirildi.  Onun  cənub-qərb  divarı  müasir  təndirin  divarı  ilə 
kəsilmişdi. Qərb divarına bitişik sahədə skelet qalıqları qeydə alındı. Qazıntı 
sahəsinin cənubundan qərbinə doğru uzanan əsas divarın uzunluğu 2, 80 sm, 
eni 60 sm idi.  Ona interyer hissədən bitişik olan ikinci divar qalığı şimal-şərq 


33 
 
istiqamətində  kiçik  çıxıntı  şəklində  uzanır  və  uzunluğu  71,  eni  30  sm-ə 
çatırdı.  Üçüncü  divar  sahənin  şimalında  olub  şərqə  doğru  küncdə 
yuvarlaqlaşdırılmışdı. Eni 50-55 sm olan bu divarı cənubdakı ümumi divara 
birləşdirən  qərb  divarının  bir  hissəsi  yaxşı  qalmadığından,  sağlam  hissəsinin 
eninin 26 sm olduğu müəyyən edildi.  
 
İkinci  ev  kvadratın  şərqində  qeydə  alındı.  Diametri  şimal-şərq 
istiqamətində  3,  10  m,  cənub-qərb  istiqamətində  isə  2,  80  m  olan  ovalşəkilli 
evin yalnız şimal-qərb divarı yaxşı saxlanmış, şərq divarının isə yarısı qazıntı 
sahəsinin  altında  qalmışdı.  Divarın  eni  55  sm  idi.  Bu  mərhələyə  aid  5  ocaq 
qeydə  alındı.  Onlardan  biri  qərbdəki  evin  şimal  qərb  küncündə  aşkar  edildi. 
Dağıntıya məruz qalması ocağın ölçüsünü dəqiqləşdirməyə çətinlik törədirdi. 
Onun içərisindən xeyli miqdarda kül qalığı götürüldü, az miqdarda isə sümük 
və  keramika  hissələri  əldə  edildi.  İkinci  və  üçüncü  ocaqlar  kvadratın 
şərqindəki evin içərisində idi. Onlardan birinin diametri 40-55 sm, digərininki 
isə 45 sm idi. Qazıntı zamanı ocaqların içərisindən oddan qızarmış torpaq, kül 
qalığı, həmçinin bir neçə kiçik parça heyvan sümüyü götürüldü. Dördüncü və 
beşinci  ocaq  kvadratın  şimal  divarı  ilə  I  evin  şimal  divarı  arasındakı  ensiz 
sahədə  qeydə  alındı.  Diametrləri  55-65  sm  arasında  dəyişən  bu  ocaqların 
digərlərindən  fərqi  keramikanın  daha  çox  üzə  çıxarılması  idi.  Görünür  ki, 
onlardan əsasən saxsı qabların bişirilməsində istifadə edilmişdir. 
Bu  mərhələnin  əsas  tapıntıları  kvadratın  qərbində  qeydə  alınan  insan 
skeleti,  şərq  hissədə  tapılan  daş  alətlər  toplusu,  qırmızı-qəhvəyi  rəngli 
keramika,  çaxmaqdaşı  və  müxtəlif  heyvan  sümüklərindən  ibarət  idi.  Aşkar 
edilən  materiallar  Neolit  keramikasının  əsas  əlamətlərindən  olan  saman 
qarışıqlı,  həmçinin  sarı-çəhrayı,  qırmızı  rəngli  və  qalın  divarlı  olması  ilə 
fərqlənirdi.  Birinci  mərhələdə  aşkar  edilən  saxsı  fraqmentlərindən  biri  qalın 
divarlı (1, 5 sm), qırmızı rəngli olub  oturacaqla divar maili şəkildə birləşirdi. 
Diametri  30  sm  olan  oturacaq  hissə  hisdən  qaralsa  da  bu,  interyerindəki  sarı 
anqobu  və  səthindəki  cilanı  izləməyə  maneçilik  törətmirdi  (KT-15,  №E42). 
Tünd qırmızı keramika parçaları üstünlük təşkil edirdi. Onlar əsasən qum və 
saman  qarışıqlı  idi,  həmçinin  yaxşı  bişirilmişdilər.  Sarı-çəhrayı  rəngli  saxsı 
nümunələrindən birinin üzərindəki qulp şəkilli çıxıntı diqqəti cəlb edirdi (KT-
15,  №A087).  Bu  tip  ornamentlərə  vaxtı  ilə  Yeni  yol  yaşayış  yerindən, 
Qafqazdakı  Aruxlo  [Kushnareva,  1997:  figure  9,  1-2]  həmçinin,  Arataşen 
abidəsindən  aşkar  edilən  keramika  nümunələrində  rast  gəlinmişdir  [Palumbi, 
2007: table 1, 6]. 


Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə