Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə18/33
tarix30.12.2017
ölçüsü4,01 Kb.
#18332
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

67 
 
arasında  idi.  Dirək  yerlərinin  aşkar  olunması  qədim  Kültəpə  sakinlərinin  ilk 
vaxtlar yüngül konstruksiyalı evlərdən istifadə etdiyini təsdiq edir. Ehtimal ki, 
alt  qatlarda  tikinti  qalıqlarının  az  qalması  bununla  bağlı  olmuşdur.  Bu  tip 
yüngül konstruksiyalı evlər XX əsrin 60-70-ci illərinədək Naxçıvanda istifadə 
edilməkdə  idi.  Əkinçi-maldar  tayfalar  elə  indi  də  bu  tip  evlərdən  müvəqqəti 
yaşayış evi kimi istifadə edirlər. 
 
               
 
 
 
    Şəkil 47. 
Dirək  yerlərinin  yaxınlığında  oval  formalı  iki  ocaq  aşkar  olundu 
(E264, E270). Ocaqların üzəri gil qatı, yəni sonrakı döşəmə ilə örtülmüdü. Gil 
qatı götürülərkən ocağa  aid  daşlar üzə  çıxdı. Hər  iki ocaq  ensiz  badla  əhatə 
olunmuşdu. Ocaqların içərisi boz-qara rəngli kül və ağac kömürünün qalıqları 
ilə dolmuşdu.  


68 
 
 
Ocaqların ətrafındakı təbəqədən heyvan sümükləri, keramika, obsidian 
qəlpələri və alətlər aşkar olunurdu. E275-ci kompleksdən başlayaraq sahənin 
bəzi hissələrində ana torpağın izləri görünməyə başladı. 
 
Tədqiqat  zamanı  264  nömrəli  ocağın  altında,  E276  nömrəli  ocaq 
(diametri 40 sm), qazıntının cənub tərəfində 279-cu kompleksdə döşəməsinə 
çay  daşları  döşənmiş  oval  formalı  ocaq  aşkar  olundu  (Şəkil  47).  Bu  ocağın 
diametri 60-80 sm arasında idi (dərinlik 943.751).  Bu ocağın  ətrafında boz-
qara  rəngli  kül  layları,  keramika  parçaları,  obsidian  qəlpələri  və  heyvan 
sümükləri var idi. 
 
Bu  laylardan  aşağıda  olan  təbəqədə  tikinti  qalıqlarına  rast  gəlinmədi. 
Kül  yığınları,  keramika,  obsidian  parçaları  və  heyvan  sümükləri  aşkar 
olunurdu. Artıq ana torpaq bütün qazıntı sahəsi boyu çıxmağa başladı (Şəkil 
48).  Araşdırma  yaşayış  yerinin  salındığı  ərazinin  nahamar  olduğunu 
göstərirdi. 
 
Bu  sahədə  aparılan  tədqiqatlar  yaşayış  yerində  mədəni  təbəqənin 
formalaşması və insanların həyat tərzi ilə bağlı yeni məlumatlar əldə etməyə 
imkan verdi. 
               
 
              Şəkil 48. 
 


69 
 
J sahəsi (5x10) 
2016-cı  ilin  avqust-sentyabr  aylarında  I  Kültəpə  yaşayış  yerində  J 
sahəsi  açılmış  və  bu  sahədə  aparılan  tədqiqatlar  zamanı  3  tikinti  qatı  qeydə 
alınmışdır.  Birinci  tikinti  qatına  F  sahəsində  hələ  ötən  ildən  (2015)  üzə 
çıxarılmış dairəvi divarın J sahəsində davam edən hissələri aiddir (Şəkil 49). 
Sahənin  şimal  hissəsində  aşkar  edilən  divar  qalığı  şərq  kəsiyindən  qərb 
kəsiyinə  qədər  ovalvari  şəkildə  davam  edirdi  (010).  Divarın  şimal  hissəsi 
üzərində sonrakı dövrlərdə ocaq salındığı üçün divar kəsilmiş və dağıdılmışdı. 
Ensizləşmiş  divarın  salamat  qalan  hissəsinin  eni  20  sm  idi.  Sonrakı 
tədqiqatlar  zamanı  bu  divarın  planı  tamamilə  müəyyənləşdirildi.  Cənubdakı 
divar  daha  sağlam  qaldığından  kərpiclərin  forması  və  düzülüşü  aydın 
görünürdü.  Divarın  eni  36-45  sm,  kərpiclərinin  eni  7,  uzunluğu  isə16  sm-ə 
çatırdı (021). Divarın 35 sm-lik hündürlüyündə üst-üstə qoyulmuş 6 kərpicin 
hər  birinin  hündürlüyünün  5  sm  olması  aydın  müşahidə  olunurdu.  Bu  divar 
sahənin  şərq  kəsiyinə  1  m  qalmış  bitirdi.  Onun  paralelində  sahənin  şərq 
kəsiyinə  bitişik  halda  qeydə  alınmiş  dirək  çuxuru  (J-031)  aradakı  1  metrlik 
boşluğun qapı yeri olmasını düşünməyə əsas verir. Dirək çuxurunu əhatə edən 
aypara şəkilli, sarı  rəngli torpaq təbəqənin eni 8 sm olub içərisində bir neçə 
daş  dairəvi  formada  yerləşdirilmişdi.  Divarların  əmələ  gətirdiyi  ovalşəkilli 
tikilinin diametri 7 metrə yaxın idi. Onun içərisində insan skeleti bükülü halda 
aşkar  edildi  (018)  Kərpic  çöküntülərinin  altında  qalıb  əzilmiş  skeletin 
yerləşdiyi  çuxurun  ölçüsü  70x110  sm-ə  çatırdı.  Skelet  kərpic  platforma 
üzərində yerləşirdi. Platformanın eni 0, 9 m, uzunu 1, 2 m idi.  
Oval  tikilinin  içərisində  qeydə  alınan  3  ocaqdan  biri  mərkəz  hissədə 
yerləşirdi  (J-005).  Onun  diametri  50x70  sm  olub,  ətrafındakı  maili  formada 
düzülmüş kərpiclərdən ibarət divarının eni 12 sm, hündürlüyü 20 sm-ə çatırdı. 
İçərisi  qazılarkən  qum  qarışıqlı  kül,  döşəməsində  sarı-qırmızı  rəngli  ocaq 
badının  qalıqları  üzə  çıxarıldı.  İkinci  ocaq  (J-016)  sahənin  şərq  kəsiyinin 
yaxınlığında  yerləşirdi.  Diametri  75x88  sm  arasında  olan  ocağın  içərisində 
maral buynuzları, xeyli sümük qalığı, kömür qalıqları, qırmızı-narıncı rəngli 
saxsı  parçaları,  yanmış  torpaq  və  kül  qalıqları  qeydə  alındı.  Onun  cənub-
şərqində  üzə  çıxarılmış  üçüncü  ocağın  içərisində  də  xeyli  miqdarda  kül  və 
heyvan sümüklərinin qalıqları aşkar edildi. 
Oval  tikilinin  içərisindən  qara  rəngli  obsidian,  az  miqdarda  qırmızı 
rəngli,  qalın  divarının  (1,8  sm)  kəsiyində  boz  təbəqə  izlənilən  keramika 


70 
 
qalıqları  və  xeyli  miqdarda  uçularaq  dağılmış  kərpic  qalıqları  qeydə 
alınmışdır. Şərq hissədə döşəmədə  kərpic izləri daha aydın izlənilirdi. Sümük 
qalıqları hər tərəfə dağılmış olsa da, insan skeletinin şimal tərəfində yerləşən 
ocağın  (J-016)  içərisində  toplu  halda  aşkar  edilmişdir.  Lakin  onların 
içərisində diqqəti daha çox cəlb edən sümük alətlərin qalıqları və bir-birinin 
üstündə  yerləşmiş  maral  buynuzları  idi.    Sarı-çəhrayı  rəngdə  olan  birinci 
buynuzun uzunluğu 29, eni 3x1 sm arasında dəyişirdi (J-015). Onun yanında 
bir neçə  sümük alətin  sınmış hissələri ilə  birlikdə  üzə  çıxarılmış sümük alət 
heyvanın lülə sümüyündən hazırlanmış, sarı-çəhrayı rəngli, uzunluğu 16, eni 
1,2 sm olub,  aypara şəkilli ağız qurtaracağında işlənmə əlaməti izlənilirdi (J-
030).  İkinci  buynuz  (J-029)  əvvəlkindən  fərqli  olaraq  qoşa  və  yastı  formalı 
idi. Birləşmiş hissənin uzunluğu 13, eni 5 sm, tərəflərindən biri 13, digəri 10 
sm  uzunluqda,  4,  5  sm  enində  idi.  Buynuzun  alt  səviyyəsi:  949,12  olaraq 
müəyyənləşdirilmişdir. Onun  yerləşdiyi döşəməni insan skeletinin  yerləşdiyi 
döşəmə  ilə  birləşdirən  qırmızı-qəhvəyi  rəngli  təbəqə  lent  şəklində  oval 
tikilinin  içərisini  əhatə  edirdi.  Bu  izin  davam  etməsi  sahənin  şərq  kəsiyində 
çox  aydın  görünürdü.  Onun  altında  isə  kül  təbəqəsi  izlənilirdi.  Görünür, 
insanlar  yaşayış  evlərinin  döşəməsini  istiliyin  saxlanması  üçün  əvvəl  kül 
qarışıq  torpaqla  doldurmuş,  üstündən  isə  qırmızı-qəhvəyi  rəngli  məhlulla 
suvamışdılar.  
Oval  tikilinin  şimal  tərəfdən  xaricindəki  sahədən  xeyli  miqdarda  kül 
qalığı  əhatəsində  3  ocaq,  narıncı  rəngli  saxsı  fraqmentləri  (qalınlıq  1,5  sm), 
daş  alətlər,  həmçinin  qara  rəngli  obsidian  və  çaxmaqdaşı  qalıqları  aşkar 
edilmişdir.  Sahənin  şimal-şərq  küncündə  yerləşən  ocağın  (J-008)  diametri 
70x50  sm  olub,  içərisində  narıncı-qırmızı  rəngli  saxsı,  sümük,  kül  qalıqları, 
sarı  rəngli  ovulmuş  gil  qalığı  və  müxtəlif  ölçülü  daşlar  qeydə  alındı.  İkinci 
ocaq (J-011) 128x110 sm-lik ölçüyə malik olmaqla, içərisində 5 ədəd iri daş, 
narıncı  rəngli,  qalın  divarlı  saxsı  qalqları,  narıncı  və  tünd  qırmızı  rəngli  2 
ədəd  boyalı  keramika  nümunəsi,  həmçinin  qəhvəyi  rəngli  bişmiş  torpaq 
qalıqları  aşkar  edilmişdir.  Üçüncü  ocaq  isə  (J-012)  qazıntı  sahəsinin  şimal 
divarına bitişik halda aşkar edildi. Diametri  75x67 sm olan ocağın içərisində 
qırmızı  boyalı,  qalın  divarlı  (1-1,5  sm),  kəsiyində  boz  təbəqənin  izlənildiyi 
saxsı parçası, bir neçə orta ölçülü daş və kül qalıqları üzə çıxarıldı. 
Daha  bir  ocaq  isə  sahənin  cənub  kəsiyinə  bitişik  halda,  yer  səthindən 
20 sm dərinlikdə qeydə alınmışdır (J-023). Diametri 70x75 sm arasında olan 
ocaq  9-10  sm  enində  olan  kərpic  divarla  çevrələnmişdi.  Divarın  salamat 


Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə