Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə20/33
tarix30.12.2017
ölçüsü4,01 Kb.
#18332
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

74 
 
Bu  sahə  kərpic  divarların  uçulmuş  qalıqları  ilə  müşayiət  olunur.  Mərkəz 
hissədə  yerləşən  ocağın  içərisində  kül  qalıqları,  daş  hissələri  və  tur  buynuzu 
heyvan  sümükləri  ilə  birlikdə  qeydə  alındı.  Buynuzun  salamat  qalmış 
hissəsinin  uzunluğu  22,5,  eni  isə  10-0,7  sm  idi.  Bu  tikinti  qatında  diqqəti 
çəkən  cəhətlərdən  biri  də  döşəmənin  birinci  tikinti  qatında  olduğu  kimi 
qırmızı-qəhvəyi  rəngli  gilli  torpaqla  deyil,  ağ  rəngli  əhəng  tipli  məhlulla 
suvanması idi. 
 
 
 
           Şəkil 50. J sahəsində ikinci tikinti qatı. 
 
Üçüncü tikinti qatına aid təbəqə 65 sm dərinlikdə üzə çıxarıldı (Şəkil 
51).  Bu  mərhələdə  artıq  dairəvi  tikilinin  divarları  başa  çatmış,  yerini  kül 
qatlarından ibarət təbəqə tutmuşdu. Bu tikinti qatına aid iki divar qalığı qeydə 
alınmışdır.  Divarlardan  biri  (J-094)  oval  formalı  olub,  kvadratın  şərq 
kəsiyindən  cənub-şərq  istiqamətində  uzanırdı.  Divarın  eni  45  sm  idi.  Onun 
içərisi sarı rəngli gillə suvanmış, üzərində ağ cürüntü izləri qalmışdı. Yalnız 
bir hissəsi salamat qalan bu divarın  ətrafında dairəvi və oval formalı ocaqlar 
aşkar  olundu  (J-087,  J-097,  J-099,  J-100,  J-102).  Ehtimal  ki,  iri  həcmli 
təsərrüfat küpünün (J-087), qalıqları da bu mərhələyə aiddir. Təsərrüfat küpü 
dairəvi evin şimal-şərq hissəsində aşkar edildi. Sərt təbəqə ilə çevrələnmişdi. 
(Şəkil 51).  


75 
 
  
İkinci divar qalığı isə cənubda əvvəlki tikinti qatlarında mövcud olmuş 
ovalşəkilli divarın bitdiyi yerdən başlayaraq şimala doğru uzanırdı.  
Ocaqların tez-tez dəyişməsi şübhəsiz ki, bu tikinti qatında aralıq  
 
                   Şəkil 51.   J sahəsində III tikinti qatı. 
 
mərhələlərin  olduğunu  göstərir.  Ocaqlardan  biri  qərb  tərəfdən  aypara 
formasında yastı daşlarla çevrələnmişdi (J-088). İkinci ocaq ona bitişik olub, 
qəhvəyi-qırmızı  rəngli  bişmiş  torpaq  təbəqə  ilə  örtülmüşdü.  Ocaqların 
çevrəsində  relyef  qurşaqlı  narıncı  rəngli  keramika,  sümük,  kül  və  dağılmış 
kərpic qalıqları qeydə alındı. 
J  kvadartından  aşkar  edilən  tikinti  qatlarına  aid  materialların  ilkin 
təhlili  onların  fərqli  xüsusiyyətlərə  malik  olduğunu  göstərməkdədir.  Birinci 
mərhələdə  qeydə  alınan  insan  skeleti,  maral  buynuzları,  qırmızı-qəhvəyi 
rəngli  döşəmə  qalıqları  sonrakı  mərhələlərdə  izlənilmir.  Yalnız  dairəvi 
tikilinin  istifadə  olunması,  mərkəz  hissədə-kvadratın  şərq  kəsiyinə  bitişik 
kərpic  platforma,  həmçinin  narıncı-qırmızı  rəngli  keramika,  qara-qəhvəyi 
rəngli obsidian qalıqları hər iki mərhələnin oxşar xüsusiyyətlərindəndir. Lakin 
ikinci tikinti qatı iki fərqli mədəni təbəqənin olması ilə də diqqət çəkir. Kül 
qarışıq qumlu təbəqə ocaq yerləri və onların içərisində aşkar edilən keramika, 
obsidian  və  sümük  qalıqlarının  çox  olması  ilə  diqqət  çəkir.  Bu  sahə 
dulusçuluq  və  obsidian  emalatxanalarını  xatırladır.  Saxsı  parçaları  və 
obsidian,  çaxmaqdaşı  qalıqlarının  əsasən  bu  sahədəki  ocaqların  içərisində, 


76 
 
yaxud ətrafında qeydə alınması bu fikrə stimul verir. İkinci təbəqənin isə sarı 
rəngli torpaq və uçulub dağılmış kərpic qalıqları ilə təmsil olunması buradan 
yaşayış bölməsi kimi istifadə edildiyini düşünməyə əsas verir. Üçüncü tikinti 
qatı  isə    təsərrüfat  çuxuru,  daş  çevrəli  ocaq  və  nisbətən  kiçik  ölçülü  tikili 
qalıqları  ilə  digərlərindən  fərqlənir.  Evlərin  divar  və  döşəmələrinin 
suvanmasında  da  bu  fərqlilik  nəzərə  çarpır:  birinci  mərhələdə  qırmızı, 
ikincidə ağ-əhəng qarışıqlı məhluldan istifadə edilmişdir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


77 
 
V FƏSİL. KÜLTƏPƏ ƏTRAFINDA ARXEOLOJİ ARAŞDIRMALAR 
         Uçan Ağıl    
Uçan Ağıl yaşayış yeri Araz çayı vadisini Sirab dağlarının ətəkləri ilə 
birləşdirən  dərənin  sonundakı  burunda  yerləşir  (Şəkil  52).  Bu  yaşayış  yeri 
2010-2013-cü  illərin  tədqiqatları  zamanı  qeydə  alınmış,  2013-cü  ildə  burada 
kəşfiyyat  qazıntısı  aparılmışdır.  2014-cü  ildə  isə  Duzdağ  tipli  mədən 
alətlərinin, Eneolit və Kür-Araz mədəniyyətinə aid keramikanın tapılması bu 
yaşayış  yerinin  köçmə  maldarlıq,  həmçinin  mədənçiliklə  bağlı  mövsümi 
məskən olduğunu deməyə imkan vermişdi.  
     
 
     Şəkil 52. Uçan Ağıl yaşayış yerində qazıntılar. 
2016-cı  ildə  10  gün  (12-21sentyabr)  davam  edən  arxeoloji  qazıntılar 
başlıca olaraq 1-ci və 2-ci sahələrdə cəmləşdirilmişdi (Şəkil 53). 2015-ci ildə 
5x5  m  sahəni  əhatə  edən  2-ci  sahə  2016-cı  ildə  genişləndirildi  və  sahənin 
həcmi  10x10  m  oldu  (Şəkil  54).  Bu  il  Uçan  Ağıl  yaşayış  yerinin  köçmə 
maldarlıq  və  mədənçiliklə  bağlı  köçərilər  tərəfindən  məskunlaşdırılması 
hipotezini  sübut  edən  bir  neçə  tapıntı  aşkar  olundu.  2-ci  sahədə  böyük  mis 
filizi(166  q)    parçası  (Şəkil  55)  2045-ci  kompleksdə  Eneolit  dövrünə  aid 
ocağın  kənarında  2012-ci  ildə  Duzdağda  Kür-Araz  mədəniyyətinə  aid 


78 
 
materiallarla  aşkar  olunan  sferik  formalı  daş  əmək  alətlərinə  bənzəyən 
alətlərin  aşkar  olunması  bu  faktlardandır.  Duzdağdan  toplanmış  mədənçilik 
alətləri  Kür-Araz  komplekslərinə  əsasən  etibarlı  şəkildə  tarixləndirilir  (Şəkil 
56).  
  
 
  Şəkil 53. Uçan Ağıl yaşayış yerində qazıntılar.  
Eneolit  təbəqəsinə  gəldikdə  isə  2015-ci  ilin  tədqiqatları  zamanı  2019-
cu  kompleksdən  keramika  məmulatının  təhlili  və  kömür  qalıqlarının  analizi 
e.ə.4690-4450-ci  illəri  göstərmişdir.  Bu  həmçinin  Ovçular  Təpəsi  yaşayış 
yerindən  alınmış  tarixlərlə  də  uyğundur.  Belə  ki,  Uçan  Ağıl  yaşayış  yeri 
xronoloji baxımdan  Ovçular Təpəsindən əvvəlki dövrə aiddir.  
Uçan Ağıl yaşayış yerində Eneolit təbəqəsinin aşkar olunması Ovçular 
Təpəsi  mədəniyyətinin  mənşəyi  ilə  bağlı  məsələlərin,  Mesopotamiya  ilə 
əlaqələrin,  I  Kültəpənin  Neolit  mədəniyyəti  ilə  Eneolit  mədəniyyətləri 
arasındakı əlaqələrin öyrənilməsi baxımından böyük perspektivlər açır.  
 


Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə