Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə19/33
tarix30.12.2017
ölçüsü4,01 Kb.
#18332
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

71 
 
qalmış  hissəsi  20-23  sm  hündürlükdə  idi.  Ocağın  içərisi  qazılarkən  xeyli 
miqdarda kül götürülərək döşəməsinin yer səthindən 50 sm dərinlikdə olduğu 
müəyyənləşdirildi. Onun ətrafında narıncı rəngli saxsı, daş alət, boz-qəhvəyi 
rəngli  obsidian  və  sümük  qalıqları  qeydə  alındı.  Buradan  tapılan  daş  alət 
boşqab  formalı  olub,  mərkəz  hissədə  nazik,  kənarlara  doğru  qalınlaşır. 
Diametri 17,5, qalınlığı 4,5, mərkəzdə isə tədricən nazilərək 2,5 sm-ə çatırdı 
(J-027).  Ocağın  çevrəsində  kül  qarışıq  qumlu  torpaq,  az  miqdarda  saxsı, 
sümük qalıqları və ceyran buynuzu qeydə alındı. Buynuzun (J-033) uzunluğu 
17, eni 3,5 sm-ə çatırdı. 
 
                 
 
                 Şəkil 49. J sahəsində I tikinti qatı. 
 
Bu  mərhələnin  tapıntıları  qırmızı,  narıncı  rəngli,  qalın  divarlı 
keramika,  skelet  qalığı,  qara-qəhvəyi  rəngli  obsidian,  çaxmaqdaşı,  həmçinin 
daş alətlər və buynuzlarla təmsil olunur. Diqqəti cəlb edən xüsusiyyətlərdən 
biri  də  həsir  izləri  ilə  müşayiət  olunan  küllü  döşəmənin  üzərində  izlənən 
çəhrayı-qəhvəyi  rəngli  bişmiş  torpaq  qatı  idi.  Qazıntılar  davam  etdirilərkən 
həmin  o  qəhvəyi  rəngli  bişmiş  torpaq  qatı  (1  sm)  və  qalın  kül  təbəqəsinin 
altından  çıxan  yeni  ocaq  yerləri    ikinci    tikinti  mərhələnin  başlanmasını 
göstərirdi. 
Araşdırma  zamanı  müəyyən  edildi  ki,  oval  bina  ondan  altda  yerləşən 
eyni  formalı  divarın  üzərində  inşa  olunub.  Eyni  planlı  oval  tikilini  ikinci 
tikinti  qatı  kimi  götürürük  (Şəkil  50).  Bu  tikilinin    şimal  divarı  interyerə 
doğru maili forma almış (15 sm) və içəri tərəfdən ağ rəngli gips yaxud əhəng 


72 
 
məhlulu  ilə  suvanmışdı.  Divarın  bəzi  qismləri  eroziya  nəticəsində  əyilmişdi. 
Tikilinin  içərisi  qazılarkən  yanmış  saman  izləri  olan  küllü  döşəmə  qalığı, 
onun üzərində narıncı, sarı, qəhvəyi rəngli keramika qalıqları və 4 ocaq qeydə 
alındı.  Onlardan  biri  şimal-şərqdə  (J-042)  yerləşib,  diametri  65x70  sm-ə 
çatırdı.  İçərisində  müxtəlif  ölçülü  daş  parçaları,  az  miqdarda  qəhvəyi-qara 
rəngli  obsidian  qırıqları,  çaxmaqdaşı  və  sümük  qalıqları  aşkar  edildi.  İkinci 
ocaq sahənin qərbində qeydə alındı (J-043). Onun bir hissəsi F sahəsi qazılan 
zaman dağıntıya məruz qaldığından salamat qalan hissəsi aypara şəklində idi. 
İçərisi qazılarkən 7 ədəd müxtəlif ölçülü daş parçası, sümük və kül qalıqları 
üzə  çıxarıldı.  Üçüncü  ocaq  tikilinin  mərkəzində  aşkar  edildi  (J-049).  Böyük 
ölçülü  olan  bu  ocağın  içərisi  qazılarkən  xeyli  miqdarda  sümük  qalıqları,  bir 
neçə kiçik obsidian qalığı və kiçik saxsı hissələri aşkar edildi. Dördüncü ocaq 
ikincinin  cənubunda  olub  çox  hissəsi  F  sahəsinə  düşdüyü  üçün  ötən  ilin 
qazıntıları zamanı tədqiq edilmişdi. Diametri 80 sm olan ocağın dərinliyi 20-
24  sm-ə  çatırdı.  Onu  çevrələyən  divar  qalığında  kərpiclərin  maili  düzülüş 
forması izlənilirdi. Kərpiclərin eni 10x14 sm, hündürlüyü 10 sm idi (J-050). 
Ocağın  içərisində  12x3/5  sm  ölçüsündə  sınmış  buynuz  qalığı,  kiçik  biz, 
qırmızı gil kütləsi və kül qalıqları üzə çıxarıldı. Kərpic platforma bu təbəqədə 
də  davam  edirdi  (J-048).  Onun  üst  qatı  təmizləndikdən  sonra  (yer  səthindən 
22  sm  dərinlikdə)  kül  qatı,  onun  altında  isə  12  sm-lik  sərt  təbəqə  içərisində 
kərpic  qatı  izlənilirdi.  Bu  təbəqədə  narıncı  rəngli  keramika,  qara  rəngli 
obsidian və sümük qalıqları üstünlük təşkil edir. 
Bu tikinti qatına aid ikinci divar qalığı sahənin cənubundan şimal-şərq 
istiqamətində uzanaraq böyük dairəvi tikilinin cənub divarının qurtaracağı ilə 
birləşirdi (J-038). Aypara formasında olan bu divarın uzunluğu 90, eni 30 sm 
idi  və  ortasında  yumşaq  torpaqla  dolmuş  dairəvi  çuxur  yerləşirdi.  Divarın 
şərqində  ovalvari  formada  qırmızı  sərt  təbəqə  ilə  çevrələnmiş  ocaq  aşkar 
edildi  (J-039).  Onun  diametri  42x90  sm,  divarın  eni  isə  6  sm  idi.  Onun 
çevrəsində  narıncı rəngli saxsı  məmulatı, çaxmaqdaşı, az  miqdarda  obsidian 
və sümük qalıqları aşkar edildi.                         
Sahənin  cənub-qərb  küncündə  aşkar  edilən  ocaq  dağıntıya  məruz 
qaldığından  diametrini  dəqiqləşdirmək  mümkün  olmasa  da,  içərisində  xeyli 
miqdarda kül, bir neçə iri ölçülü daş və qırmızı sərt gil parçaları qeydə alındı 
(J-046).                         
Bu  mərhələnin  tapıntıları  içərisində  sarı-çəhrayı  rəngli  qabın  ağız 
fraqmenti (d/q-1,5-1,9 sm, möhkəm),  həmçinin sarı, boz, qəhvəyi rəngli saxsı 


73 
 
qalıqları, qara-qəhvəyi obsidian və çaxmaqdaşları üstünlük təşkil edir. Diqqəti 
cəlb  edən  xüsusiyyətlərdən  biri  də  çəhrayı  rəngli  təbəqə  ilə  suvanmış  küllü 
döşəmənin  bu  mərhələdə  də  izlənilməsi  idi.  İkinci  tikinti  qatı  bu  təbəqədən 
sonra  başa  çatır  və  yerini  yeni  ocaqlar  və  fərqli  rənglə  təmsil  olunan  digər 
təbəqəyə verirdi. 
 
Bu  təbəqə  əsasən  qum  qarışıq  torpaq  və  kül  layları  ilə  müşaiyət 
olunurdu.  Bu  xüsusiyyət  sahənin  cənubundakı  ensiz  sahədə  daha  dəqiq 
izlənilirdi.  Belə  ki,  2x5  metrlik  ensiz  zolaqdan  ibarət  olan  bu  sahənin 
qərbindəki  təbəqə  küldən  (1x2  m),  şərqindəki  təbəqə  isə  sərtləşmiş  boz-sarı 
rəngli  torpaq  laylarından  ibarət  idi.  Qərb  tərəfdəki  təbəqədə  kiçik  ocaq  (J-
059-diametri=31x40 sm), sümük qalıqları və xeyli miqdarda kül qeydə alındı. 
Şərqdəki təbəqədə isə yastı daşların düzülüşü ilə yaradılmış kiçik oval-trapes 
şəkilli  döşəmə  (J-062),  ocaq  (J-061)  üzə  çıxarıldı.  Diametri  70x88  sm  olan 
ocağın  içərisində    qumla  qarışmış  kül  təbəqəsi  və  sümük  alət  aşkar  edildi. 
Alətin  uzunluğu  9,5,  eni  0,5/1,2  sm  arasında  idi.  Bu  sahədən  ağız  kənarında 
dairəvi deşikli keramika parçası (d/q-1 sm), qara rəngli obsidian, çaxmaqdaşı, 
sümük qalıqları, həmçinin ağ  rəngli daş alət  üzə  çıxarıldı.  Bu sahənin şimal 
hissəsi (2,20x5) qazılarkən xeyli miqdarda qum qarışıq kül təbəqəsi içərisində 
dən daşının alt (67) və üst (68) hissələri, iri həcmli qab (69), obsidian, sümük 
qalıqları və qırmızı rəngli bişmiş torpaq qeydə alındı. 20 sm qalınlığında kül 
qatı  altında  döşəmə  izləri,  onun  üzərində  isə  qırmızı  rəngli  yanmış  torpaq 
izləri  ilə  birlikdə  xeyli  saxsı  hissəsi,  qəhvəyi  rəngli  obsidian  və  sümük 
qalıqları  aşkar  edildi.  Bu  sahə  oval  evin  içərisindən  fərqli  olaraq,  qumlu 
yumşaq torpaq və kül qatı ilə örtülüb, həmçinin keramikanın çox olması ilə də 
diqqət  çəkirdi.  Buradan  üzə  çıxarılan  qab  qırmızı  rəngli,  qalın  divarlı  olub 
(d/q-1,8-2 sm), oturacaq diametri 35 sm-dir. 
Dairəvi tikilinin içərisində də iki fərqli təbəqə izlənilir. Şimal tərəfdəki 
təbəqə  kül  və  qum  qarışıqlı  yumşaq  olması  ilə  diqqəti  cəlb  edir  (2x5  m). 
Dairəvi  tikilinin  divarları  bu  mərhələdə  artıq  başa  çatır.  Onun  üzərində 
divarın  interyerində  izlənilən  ağ  rəngli  eyni  məhlulla  suvaq  çəkilmişdir  (yer 
səthindən  60,  divarın  üstündən  48  sm  aşağıda).  Döşəmənin  üzərində  qabın 
ağız  fraqmenti,  onun  yaxınlığında  isə  qəhvəyi-qara  rəngli  obsidian  qalıqları 
qeydə  alındı.  Obsidianlardan  biri  qəhvəyi-qara  rəngli  nukleusdur.  Uzunluğu 
4,2,  eni  2,2,  qalınlığı  2,5-dən  0,5-dək  nazilir.  İkincisi  isə  5,5x3,2/0,5sm 
ölçüsündə  olan  və  hər  iki  tərəfi  retuşlanmış  alətdir.  Onun  yarısı  sınmışdır. 
Cənub hissəyə doğru küllü təbəqə sarı rəngli torpaq təbəqəsi ilə əvəz olunur. 


Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə