Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə16/33
tarix30.12.2017
ölçüsü4,01 Kb.
#18332
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

59 
 
 
Şəkil 39. 
Qazıntı bir qədər dərinləşdikdən sonra insan skeletinə aid qalıqlar (E-
182)  aşkar  olundu.  Onların  biri  qazıntı  sahəsinin  şərq  divarının  içərisinə 
keçərək qazıntı sahəsindən kənara çıxırdı. Odur ki, onun yalnız sahədə qalan 
hissəsini  tədqiq  etmək  mümkün  oldu.  Tədqiqat  zamanı  kəllənin  yuxarı 
hissəsində oxra, üzərində kərpic qalıqları olduğu müəyyən olundu. 
Tədqiqat  zamanı  qazıntı  sahəsinin  cənub-qərbində  içərisi  boz  rəngli 
küllə dolmuş dairəvi formalı ocaq yeri aşkar olundu. Ocağı çevrələyən ensiz 
bad  (qalınlığı  10  sm)  odun  təsirindən  qızarmışdı.  Ocaq  təmizlənərkən 
keramika, heyvan sümüyünün qalıqları, ağac kömürü aşkar olundu. Bu ocağın 
yaxınlığında  mis  filizinin  mineralı  olan  azurit  parçaları  da  aşkar  olundu. 
Qazıntı  sahəsinin  şərq  tərəfində  isə  dağ  keçisinin  kəlləsinə  aid  qalıqların 
olduğu  müəyyən  olundu  (947.42).  Onun  yaxınlığında  mərkəzi  hissəsində 
oyuq olan qapı daşı (Şəkil 42) aşkar olundu (947.44). Oval formalı bu daşın 
uzunluğu 25 sm, eni 17 sm, ortasındakı oyuğun dərinliyi 2 sm idi.   
 


60 
 
                
  
                Şəkil 40. 
 
                 
 
                 Şəkil 41. 
 
Bu laydan aşağıda aparılan tədqiqat zamanı ağ rəngli çürüntü qarışmış 
döşəmə  qalıqları,  qazıntı  sahəsinin  şimal  tərəfində  oval  formalı  ocağın  bir 


61 
 
qismi (E194) aşkar olundu. Ocaq 10 sm qalınlığı olan torpaqdan hazırlanmış 
badla əhatələnmiş, içərisi boz-qara rəngli küllə dolmuşdu. Diametri 60-84 sm 
idi  (947.31).  Qazıntı  sahəsinin  şərq  hissəsində  içərisinə  iri  çay  daşları 
döşənmiş ocaq (E196) aşkar olundu (947.34; 947.26). Ocağın ətrafında xeyli 
kül yığınları aşkar olunmuşdu.  
Bu  sahənin  ən  maraqlı  tapıntısı  obsidian  emalı  emalatxanasının  aşkar 
olunması idi (Şəkil 41; Şəkil 43). Sahənin bir neçə yerində obsidian emalı ilə 
bağlı  qalıntılar,  obsidian  özəklər,  qəlpələr,  alətlər,  istehsal  çıxarları  aşkar 
olundu  (E195,  E197,  E198).  Bu  tapıntılar  obsidian  emalının  Kültəpədə 
olduğunu təsdiq edən tutarlı faktlardan biridir. Məlum olduğu kimi, obsidian 
özəklər,  əmək  alətləri  və  yarımfabrikat  obsidian  lövhələr  Osman 
Həbibullayevin  qazıntıları  zamanı  da  aşkar  olunmuşdu  (dərinlik  947.25). 
Tədqiqat zamanı qazıntı sahəsinin qərb tərəfində də obsidian emalı ilə bağlı iş 
yeri  aşkar  olundu  (alt  səviyyə  947.27).  Sahənin  mərkəzi  hissəsində  oval 
formalı qapı daşı aşkar olundu (947.29). Araşdırmaya  əsasən demək olar ki, 
bu sahə müxtəlif dövrlərdə obsidian emalı üçün istifadə olunmuşdur. 
       
 
       Şəkil 42.  


62 
 
                
 
                Şəkil 43. 
 
Bu  səviyyədən  aşağıda  qazıntı  sahəsinin  şərq  tərəfində  böyük  oval 
ocağın qalıqları, cənub tərəfdə isə kiçik həcmli dairəvi ocağın bir hissəsi aşkar 
olundu.  Ocağın  diametri  40  sm-idi.  Hər  iki  ocağın  müəyyən  hissəsi  qazıntı 
sahəsindən kənara çıxdığı üçün onların tam planını müəyyən etmək mümkün 
olmamışdır.  İkinci  ocağın  (E206)  kənarları  ensiz  badla  əhatə  olunmuş  və 
odun  təsirindən  qızarmışdı.  Sahənin  qərb  tərəfində  oval  formalı  iri  ocağın 
qalıqları  da  aşkar  olundu.  Onun  diametri  1,  2  m  idi.  İçərisi  boz  rəngli  küllə 
dolmuşdu. 
Sahədə  aşkar  olunan  döşəmə  qalıqları  və  qapı  daşı  götürüldükdən 
sonra,  sahənin  mərkəzi  hissəsində  diametri  45  sm  olan  ocaq  aşkar  olundu 
(E210).    İçərisi  boz  rəngli  kül  və  kömür  qalıqları  ilə  dolmuşdu.  Ocağın 
ətrafında  döşəmə  üzərində  müxtəlif  keramika  nümunələri  var  idi.  Keramika 
çəhrayı rəngdə bişirilmiş qabın parçalarından ibarət idi. Qazıntı sahəsinin şərq 
və qərb divarı yaxınlığında kiçik həcmli ocaqların qalıqları qeydə alındı.  
Tədqiqat  zamanı  947.06  m  dərinlikdə  insan  skeletinin  skelet  qalıqları 
(E214), onun ətrafında həsir qalıqları aşkar olundu (Şəkil 44). Skeletin kəlləsi 
qərb,  ayaqları  şərq  istiqamətində  idi.  Bükülü  halda  əlləri  üzünə  qaldırılmış 
halda  dəfn  edilmişdi.  Skeletin  boğaz  hissəsində  muncuqlardan  ibarət 
boyunbağı,  kəlləsinin  altında  oxra  olduğu  müəyyən  olundu.  Skeletin 
sümükləri qırmızı rəngdə idi. Ehtimal ki, dəfn zamanı mərhumun üzərinə də 
oxra  səpilmişdir.  Onun  yaxınlığında  sahənin  şimal  tərəfində  buynuzdan 


63 
 
hazırlanmış iki əmək aləti aşkar olunmuşdur (E211). Onun yaxınlığında qara 
rəngli  böyük  obsidian  parçası  var  idi.  Sahənin  cənub  tərəfində  isə  in  situ 
vəziyyətdə  bir  yerə  toplanmış  keramika  parçaları  üzə  çıxarıldı  (dərinlik 
947.04).  Həsirə  bükülmüş  skeletlər  və  skeletlərin  oxra  ilə  boyanmasına 
O.H.Həbibullayevin qazıntıları zamanı da rast gəlinmişdir. 
Bu laylardan aşağıda (dərinlik 946.91) sahənin şimal  yarımhissəsində 
döşəməsinə daş döşənmiş dairəvi formalı ocaq aşkar olundu. Ocağın diametri 
50-60 sm idi. Onun üzəri və ətrafı boz rəngli kül qatı ilə örtülmüşdü. Ocağın 
ətrafından  keramika  parçaları,  heyvan  sümükləri,  sümük  alətlər  və  obsidian 
parçaları aşkar olundu. 
                           
 
 
                           Şəkil 44. 
 
Qazıntı  zamanı  sahənin  cənub-qərbində,  dairəvi  formalı  ocağın 
ətrafında  dairəvi  formalı  evə  aid  divar  qalıqları  aşkar  olundu  (dərinlik 


Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə