Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 4,01 Kb.

səhifə11/33
tarix30.12.2017
ölçüsü4,01 Kb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

34 
 
 
İkinci  tikinti  mərhələsində  bu  dövrün  xarakterik  xüsusiyyətlərindən 
biri  olan  arxitektura  qalıqlarının  bir-birini  izləməsi  müşahidə  olunurdu.  Bu 
proses  qazıntının  şimal-qərb  divarının  altında  yeni  divar  qalığının  aşkar 
edilməsində  özünü  biruzə  verirdi.  Yalnız  bu  divar  üstdəkindən  qalınlığı  ilə 
fərqlənirdi.  Onun  eni  45-50  sm  idi.  İkinci  divar  qalığı  cənubdakı  ümumi 
divara  bitişik  olub  şimal-şərq  istiqamətində  uzanırdı.  Eni  55-40  sm  olan  bu 
kiçik  divar  qalığını  şimal-qərbdəki  divarla  birləşdirən  ensiz  sərt  təbəqələr 
arasında  trapes  formalı  çuxur  qeydə  alındı.  Üçüncü  divar  qazıntı  sahəsinin 
şərqində üzə çıxarıldı. Buradakı ovalvari divar qalığı birinci mərhlənin tikinti 
qalıqlarının  altından  çıxdı.  Divarın  eni  60  sm  idi.  Bu  mərhələnin  spesifik 
xüsusiyyətlərindən biri üzərinə müxtəlif ölçülü daşlar qoyulmuş ovalşəkilli iş 
yerlərinin  üzə  çıxarılması  idi.  Onlar  qazıntı  sahəsinin  cənubundan  şimala 
doğru  sıralanmış  halda  qeydə  alındı.  Daş  alətlərin  yığıldığı  iş  yerlərindən 
ikisinin  diametri 60-65 sm, üçüncünün diametri  35x40 sm idi. İkinci tikinti 
mərhələsinin  əsas  tapıntıları  qırmızı-qəhvəyi  rəngli  keramika  nümunələri, 
qara  rəngli  obsidian,  ağ  rəngli  şəffaf  gips  parçaları,  müxtəlif  heyvan 
sümüklərinin qalıqları, ağ rəngli kiçik ölçülü mərmər alət, həmçinin müxtəlif 
ölçülü  daş  alətlərlə  təmsil  olunurdu.  Bu  mərhələyə  aid  kasa  tipli  qablardan 
birinin  fraqment  sarı  rəngli,  qum  qarışıq  gildən  hazırlanmış,  az  miqdarda 
samanlı idi (KT-15, №F045).  
 Üçüncü tikinti mərhələsinə təqribən 75 sm dərinlikdə olan cənub-qərb 
istiqamətində uzanan yarımdairəvi divar qalığı aiddir. Eni 40 sm, hündürlüyü 
20  sm  olan  bu  divar  cənub  hissədə  kiçik  ocaq  divarı  ilə  birləşirdi.  Ocağın  
divarının eni 15 sm, diametri isə 50x65 sm idi. İkinci ocaq narıncı rəngli oxra 
qalıqlarının olması ilə  digərlərindən fərqlənirdi. Sahənin cənub-şərqində  üzə 
çıxarılan bu ocağın diametri 50 sm olub, cənub qurtaracağında obsid formalı 
idi. İçərisi qazılarkən sümük alət, çaxmaqdaşı, açıq qəhvəyi rəngli obsidianın 
kiçik hissələri üzə çıxdı. Üçüncü ocaq divarın qərbində olub buta formasında 
idi. Diametri 30x40 sm idi. Onun içərisindən qızarmış torpaq və kül qalıqları 
toplandı.  Bu  mərhələdə  diqqəti  cəlb  edən  xüsusiyyətlərdən  biri  də  daş 
döşəməli ocaq və  iş  yerlərinin üzə  çıxarılması oldu. Onlardan  biri  kvadratın 
şərqindəki evin cənubunda aşkar edildi. Daşlar götürülərkən altından narıncı, 
qəhvəyi  rəngli,  qalın  divarlı  saxsı  fraqmentləri  üzə  çıxarıldı.  Qəhvəyi  rəngli 
saxsı fraqmentlərindən birinin ağız kənarında 1 sm enində relyefik qurşaq var 
idi.  Bu  evin  şərq  hissəsində  üçbucaq  şəkilində  gil  platforma  və  həsir  izləri 
olan  döşəmə  qalıqları  da  qeydə  alındı.  Döşəmənin  cənub-şərq  hissəsində  iri 


35 
 
ölçülü,  qabarıq-silindirik  formalı  saxsı  qabın  gövdəsi  aşkar  edildi.  Onun 
diametri  30,  oturacağın  hündürlüyü  5  sm,  divarın  salamat  qalan  hissəsinin 
hündürlüyü 8 sm idi. 
Divarın  qərb  tərəfində  qeydə  alınan  təsərrüfat  çuxuru  əvvəlki  tikinti 
mərhələsinə  aid  olan  trapes  formalı  təsərrüfat  çuxurunun  altından  üzə 
çıxarıldı.  Diametri  62-63  sm,  dərinliyi  20  sm  olan  təsərrüfat  quyusunun 
döşəməsində  və  silindirik  formalı  divarında  yanmış  saman  qalıqları 
izlənilirdi.  Şimal  divarında  iri  təsərrüfat  küpəsinin  boğaz  və  ağız  fraqmenti 
qalmışdı.  İçərisində  təxminən  3  sm  qalınlığında  ağ  rəngli  küllü  döşəmənin 
altından  yeni döşəmə izlənilirdi (Şəkil 19). Maraqlı tapıntılardan biri qazıntı 
sahəsinin  cənubunda  qeydə  alınan  dağ  keçisi  buynuzu  idi.  Uzunluğu  30  sm,  
eni 1- 4 sm arasında dəyişən buynuz ağ rəngli olub yarı hissədən uclara doğru 
üzəri  nahamar-tilifli  idi.    Narıncı  rəngli,  bəzən  relyef  ornamentli  saxsı 
nümunələri,  qəhvəyi,  qara,  boz-şəffaf  rəngli  obsidian,  çaxmaqdaşı  və  az 
miqdarda  sümük  alətlər  bu  mərhələnin  tapıntılarına  daxildir.  Üfüqi  formalı 
çıxıntı ilə təmsil olunan  ornamentlərə Şomutəpənin Neolit keramikasında [5, 
tablo  155]  da  rast  gəlinmişdir.  Lakin    I  Kültəpənin  Son  Neolit  keramikası 
üzərindəki relyef çıxıntılar qabı tam çevrələməsi, bəzi hallarda qulpa bənzər 
olması  və  digər  xüsusiyyətləri  ilə  lokal  xüsusiyyətləri  özündə  ehtiva  edir 
(Şəkil 14). 
Üçüncü  mərhələnin  xarakterik  xüsusiyyətlərindən  biri  narıncı  rəngli 
qabların  çoxluq  təşkil  etməsidir.  Əsasən  kasalarla  təmsil  olunan  bu  qabları 
oturacaq  formasına  görə  2  tipə  bölmək  olar:  küncdə  maili  şəkildə 
dəyirmiləşdirilmiş  olanlar  və  silindirik  dabanlı  olanlar.  Birinci  tipə  aid  olan 
kasalardan  biri  kiçik  həcmli,  nazik  divarlı  və  qalın  oturacaqlı  idi  (KT-15, 
№E47). Narıncı rəngli keramika məmulatları üzərində rast gəlinən yuvarlaq, 
bəzən  də  konusşəkilli  qabarıq  ornamentlər  də  diqqətçəkicidir.  Neolit 
keramikası  üçün  xarakterik  olan  bu  tip  bəzəmələrə  vaxtı  ilə  eyni  abidədə 
O.H.Həbibullayevin  qazıntıları  zamanı  “1a”  və  “1b”  təbəqələrində 
[Həbibullayev, 1959: 47], həmçinin Şomutəpənin Neolit keramikası arasında 
rast gəlinmişdir [Ахундов, 2012: tablo 151]. 
 
Dördüncü  tikinti  mərhələsinə  aid  olan  ev  yuvarlaq  şəkilli  divarının 
interyerinə  şimaldan  nizamlı  şəkildə,  qərbə  doğru  dağınıq  halda  olan  daş 
düzümləri  ilə  diqqəti  cəlb  edirdi.  Diametri  2  metrə  çatan  evin  şimal  divarı 
həm  də  ocağa  aid  olduğundan  nizamlı  halda  daşlarla  çevrələnmişdi.  Lakin 
evin  möhrədən  tikilmiş  divarının  qərbə  doğru  davam  edən  hissəsində  də 




Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə