Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə38/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   34   35   36   37   38   39   40   41   ...   80

BABA MƏHƏRRƏMLİ 
 
 
bu cür fonoloji diferensial
lıq  türkologiyada farinqallaşma 
hadis
əsi ilə  izah olunur. Müqayisə  edək: Azərb.  ad, dolq. 
aat  “ad” (
CДР, 11), Azərb.  aş-  “aşmaq”,  dolq.  aas-  “aş-
maq” (
CДР, 11). G.Klausonun etimoloji lüğətində də tək-
hecalı kök sözlərin bir qismi uzun variantda verilir: kaar
“qarışdırmaq”, kaan “qan” (GC, 629) və s. 
Əski uyğur yazısında, yəni brahmi əlifbasında uzun və 
qısa  saitləri ifadə  edən  ayrı-ayrı  hərflər  olmuşdur.  Həmin 
fakt da bir daha q
ədim türk dilində uzun saitli kök morfem-
l
ərin mövcudluğunu təsdiq edir. Nəzərə alsaq ki, yazıyaqə-
d
ərki kök dildə – prototürkdə supraseqment vahidlər (yəni 
s
əsin tonu, tembri, intonasiya,  vurğu)  fonematik  funksiya 
daşımışdır, o zaman ilkin söz köklərində bu hadisənin möv-
cudluğu və  söz  yaradıcılığı  üsulu  kimi  çıxış  etməsi  şübhə 
doğurmamalıdır. 
 Q
ədim türk dilində ad - feil omonimliyini fərqləndir-
m
ək üçün də ilkin uzanmadan istifadə edilmişdir. Məsələn, 
tāt- // dāt- “dadmaq” - tat // dad “dad, ləzzət” (92, 67). Mü-
asir türk dill
ərində də bu izlər qorunmuşdur. Beləliklə, biz 
ilkin uzan
manı qədim türk sözünün əlaməti kimi qəbul edi-
rik. Y
əni  ilkin  uzanma  faktı  ulu dilin morfonoloji relikt-
l
ərindən biri kimi mühafizə olunmuşdur. 
Türk dill
ərində  qədim  söz  yaradıcılığı  vasitələrindən 
biri d
ə  səs reduksiyasıdır.  Tarixən fonetik yolla söz  yara-
dıcılığı  vasitələrindən biri olan səs reduksiyası  ilə  onlarla 
yeni söz yaran
mışdır. Araşdırmalar göstərir ki, qədim dövr-
l
ərdə  söz kökünün əvvəlinə  (yəni  anlautuna)  samit  artır-
maqla, h
əmçinin söz kökünün sonunda samit reduksiyası 
il
ə  yeni sözlər təşəkkül  tapmışdır.  F.Ağasıoğlu  kök söz-
l
ərdəki  k=o  fərqini qədim dialekt fərqi kimi izah edir (3, 
 
120 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
213-216). Türk dill
ərində kol // ölkur // uran- // qan-us 
// huş, in // hin paralellikləri də bu faktlara misal ola bilər. 
H
əmin nümunələr söz köklərində səs reduksiyasının və ya-
xud s
əsartımının söz yaradıcılığına səbəb olduğunun sübu-
tudur. N.A.Baskakov türk dill
ərində  reduksiyanı, xüsusilə 
söz 
əvvəlində  samit  düşməsinin köməyi ilə  yeni köklərin 
forma
laşmasını ən məhsuldar söz  yaradıcılığı üsullarından 
biri adlan
dırmışdır. O, türk söz köklərinin formalaşmasında 
bu tipli fonetik hadis
ələrin əhəmiyyətli rol oynadığını göstərir 
(113, 175). S
əsdüşümü prosesində sadə quruluşlu sözlər daha 
da sad
ələşdiyi  kimi,  mövcud ikihecalı  sözlərin təkheca-
lılaşması, bilavasitə aqlütinasiya ilə bağlı olaraq şəkilçinin söz 
kökün
ə yanaşması ilə səciyyələnən fuziya hadisəsi və s.-də öz 
əksini tapır.  Türk  dillərində, o cümlədən  oğuz  qrupu  türk 
dill
ərində  səsdüşümü prosesində  samitlərin  düşməsi daha 
qabarıq şəkildə özünü göstərir (76, 80). 
Vaxtil
ə  türk dillərində  kombinator xarakterli fonetik 
hadis
ələr söz köklərində semantik diferensiallaşmaya gəti-
rib  çıxartmışdır.  Kök  sözlərdə  reduksiyanın  derivatoloji 
funksiya daşımasından danışarkən biz təkhecalı qədim söz 
kökl
ərini nəzərdə tuturuq. Əslində, kök sözlərdə samit dü-
şümü həm söz əvvəlində, həm də söz sonunda tarixən kom-
binator hadis
ə səciyyəsini də daşımışdr. Yıl-il, yut-ud-, yız-
iz, yit-it-  v
ə  s.  tipli  misalların  timsalında  bu  faktı  görmək 
müm
kündür. Araşdırmalar sübut edir ki, türk dillərində kar 
samitl
ərə  nisbətən,  cingiltili samitlər təkhecalı  kök  mor-
feml
ərdə daha çox reduksiyaya məruz qalmışdır (76, 112). 
M
əlumdur ki, söz əvvəlində  y-  anlautu qədim türk söz-
l
ərinin xüsusiyyətidir. Ancaq sonradan Azərbaycan dilində 
bir çox sözl
ərin əvvəlində y samiti düşmüşdür. Müasir türk 
 
121 


BABA MƏHƏRRƏMLİ 
 
 
dili is
ə bu fonetik əlaməti indi də qorumaqdadır. Türk dili 
il
ə Azərbaycan dilindəki təkhecalı sözləri müqayisə etdikdə 
h
əmin sözlərdəki ilkin samitin Azərbaycan dilində  reduk-
siyaya uğramasını görürük: türk. yit- Azərb. it-, türk. yut-, 
Az
ərb. ud-, türk. yüz-, Azərb. üz- və s. Digər türk dillərində 
d
ə  bu fonoloji əlamət mühafizə  olunmuşdur.  Bu  fərqlən-
dirici fonetik xüsusiyy
ətlər türk dillərinin fərdi inkişafının 
n
əticəsi ilə  bağlı    yaranmışdır  və  yaxud da qədim dialekt 
f
ərqlərinin göstəricisidir. 
Türkologiyada söz 
əvvəlində  samit  düşməsindən 
N.A.Baskakov,  E.V.Sevortyan, 
A.M.Şerbak  və  B.M.Yu-
nus
əliyevin tədqiqatlarında  ətraflı  bəhs olunmuşdur  (251, 
148). N.A.Baskakov  CV  (samit+sait)  quru
luşlu  köklərin 
tarix
ən  CVC  (samit+sait+samit) tipli köklərdən sonuncu 
samitin reduk
siyası  nəticəsində  yarandığını  qeyd  edir.  O 
h
əmçinin  VC  (sait+samit) tipli  sözlərin  (C)VC  (samit+ 
sait+samit
quruluşlu  köklərdən  söz  başındakı  samitin  re-
duk
siyası nəticəsində formalaşdığını iddia edir ( 115,  61). 
S
əsdüşümü  (reduksiya)  hadisəsi dilin fonoloji sis-
teminin inkişafı ilə bağlıdır və kombinator mahiyyət daşı-
yır. Lakin dilin  ilkin mərhələsində səsdüşümü derivatoloji 
funksiya da daşımışdır. Azərbaycan dilçiliyində səs reduk-
siyası ilə söz yaradıcılığı məsələlərindən ilk dəfə geniş şə-
kild
ə  S.Əlizadə  bəhs  etmişdir  (22, 28-29).  S.Əlizadə  çox-
hecalı köklərdə səs reduksiyasının söz yaradıcılığına səbəb 
oldu
ğunu  göstərmişdir.  Yəni  onun  araşdırmalarında  təkhe-
calı kök morfemlərdən bəhs olunmamışdır. Müəllifin göstər-
diyi iki
hecalı köklərdə səsdüşümü ilə bağlı söz  yaradıcılığı 
sonrakı prosesdir. S.Əlizadə qeyd edir ki, belə sözlərin ək-
s
əriyyəti 2, 3 hecalıdır; yəni morfoloji cəhətdən tarixən kök 
 
122 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə