Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə39/80
tarix31.10.2018
ölçüsü2,35 Mb.
#77208
1   ...   35   36   37   38   39   40   41   42   ...   80

TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
deyil, 
əsasdır  (düzəltmə  köklərdir), həm də  çoxu feildən 
düz
ələnlərdir (22,  27).  O  yazır:  “Müşahidələr və  faktlar 
göst
ərir ki, hətta fonetik hadisələr (səs  yerdəyişməsi, səs-
düşümü)  türk  dillərində  söz  yaradıcılığına,  yəni leksik və 
qrammatik vahidl
ərin formalaşması prosesinə biganə deyil-
dir, ilkin kökl
ərin  araşdırılması  nəticəsində  meydana  çıxa-
rılan bir çox faktlar bunu bir daha sübut edir” (24, 49).  
B
ir  faktı  nəzərdən keçirək:  *ya-  “işıqlanmaq,  parla-
maq” morfemind
ən törəmiş yarın sözünün tərkibində qoru-
nan v
ə y samitinin reduksiyası nəticəsində yaranan ar // er 
allomorfundan sonralar  erk
ən,  ertə  kökləri yaranmışdır. 
Dilimizd
əki alış- feili ya+l- “yanmaq, parlamaq” kök yuva-
sından törəmişdir,  anlautdakı  (söz  əvvəlində)  y  samiti re-
duk
siyaya uğramışdır. Yəni alış- feili tarixən *yıl- // *yal
“parlamaq, yanmaq” gövd
əsindən törəmiş düzəltmə feildir. 
Bu feild
ə (y)al hissəsi etimoloji cəhətdən gövdədir, -ış isə 
daşlaşmış  şəkilçidir.  Bəzən söz köklərində  samit reduksi-
yası  dillərin  fonotaktika xüsusiyyətləri ilə  bağlı  yaranmış-
dır. Məsələn, Azərb. sıx- (maq),  dolq. ık- “sıxmaq” (CДР, 
83), türk.dil. 
kuş // quş, şum. us “ev qazı və ya ördəyi” (SL, 
7). Burada dilin q
ənaət prinsipini də nəzərə almaq lazımdır, 
çünki dild
ə qənaət qanunu, ilk növbədə, fonoloji sistemdə 
özünü göst
ərir. Linqvistik qənaət nəzəriyyəsinin banisi 
A.Mar
tine yazır ki, məhz qənaət prinsipi dilin fonoloji sis-
teminin funksional
laşmasını  idarə  edir (213,  16). Reduk-
siya müxt
əlifsistemli dillərdə  söz yaradıcılığına  səbəb ol-
muşdur. Məsələn, hind-Avropa dillərindəki aqon “od-alov” 
sözünün kökünd
ə y samitinin reduksiyası nəticəsində yara-
nan  *aq  gövd
əsi türk dillərindəki yak- “yanmaq” kökünün 
müqayis
əsində  ortaya çıxır.   
 
123 


BABA MƏHƏRRƏMLİ 
 
 
Türk söz kökünün ikihe
calılığa doğru morfoloji inkişa-
fında  səciyyəvi  əlamətlərdən biri də  sonradan ikihecalı  və 
t
əkhecalı köklərdə səs reduksiyasının baş verməsidir. Məsə-
l
ən: tarığ - tarı // darı, kıtığ - kıtı // kıyı, kuyuğ - quyu, tiriğ - 
tiri  v
ə  s. Azərbaycan dilində    ünsürlü sözlərin morfoloji 
inki
şafından  danışan  S.Əlizadə  müasir Azərbaycan dilində 
indi ikihec
alı işlənən bəzi sözlərin vaxtilə abidələrdə qapalı 
heca
da işləndiyini göstərir: ağrıq, ayrıq və s. (23, 12). Tari-
x
ən açıq hecalı köklərin qapalıya, eyni zamanda qapalı hecalı 
kökl
ərin  açıq  hecalı  köklərə  keçməsi prosesləri  baş  ver-
mişdir.  Həmin fonoloji hadisələr bir çox halda söz 
yara
dıcılığı funksiyası daşıyaraq türk dillərində yeni köklərin 
forma
laşmasına səbəb olmuşdur. Ümumiyyətlə, kök sözlərin 
anlautunda (söz 
əvvəlində)  samit  düşməsi çox səciyyəvidir. 
Bu s
əciyyəvi xüsusiyyət  əksər kök sözlərin fonosemantik 
inki
şafında özünü  göstərir. Altayşünaslıqda  Ramstedt-Pellio 
qanununa gör
ə, Altay dillərində söz əvvəlində bəzi samitlər 
sonradan fonoloji d
əyişmələr nəticəsində  reduksiyaya 
uğramışdır: p~f~b~w~v>h~x~g~γ~q>0 (115, 106). 
F.Ağasıoğlu qeyd edir ki, türk dillərində saitlə başla-
yan b
əzi sözlərin q, k, x, h ilə başlanan variantları da vardır. 
Doğrudur, belə sözlərdə bəzi variantlar arasında qrammatik 
v
ə  ya semantik fərq yaranmışdır, lakin onların eyni  yuva-
dan tör
əməsi şübhə doğurmur. Türk dillərində aş- as // kaş, 
uç  // 
uş // quş (3, 214) diferensiallıqları reduksiyanın deri-
vatoloji proses ol
masını sübut edir. A.Vamberinin etimoloji 

ğətində  söz kökləri fonovariantlar  şəklində  verilmişdir. 
M
əsələn, A.Vamberi türk dillərində as- // kas- // kaz- // kar- 
kökl
ərinin müxtəlif sözlərin yaranması üçün özül rol oyna-
dığını  göstərir.  O,  uyğur  dilindəki  asıkmak  “cızmaq”, 
 
124 


TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI 
 
 
 
cağatay dilindəki esmek “qazmaq”, kasımak “qaşımaq”, ya-
kut dilind
əki kas- “qazmaq” sözlərinin homogen olduğunu 
qeyd edir. A.Vamberi  k anlautunu ilkin hesab ed
ərək, son-
radan quttural 
samitin düşdüyünü bildirir (EWTTS, 22). 
Türk dill
ərində protetik səslər mövcuddur. Səsartımı 
(proteza) hadis
əsinə müasir dövrdə kombinator xarakterli 
hadis
ə  kimi  yanaşılır, dilin  əski dönəmlərində  isə  səs 
protetikliyi yeni kökl
ərin formalaşmasına  zəmin yarat-
mışdır. Tarixən kök sözlərdə proteza, yəni səsartımı  yeni 
kökl
ərin  yaranması  üsullarından  biri  olmuşdur.  Bu  faktı 
ax- // ak- “axmaq” v
ə yağ- “yağmaq” feillərinin etimoloji 
t
əhlilini aparmaqla müəyyənləşdirmək mümkündür.  Yağ- 
feilind
ə ax- feilinin semantikasından bir qədər uzaqlaşma 
müşahidə  edilir.  Ax-  feilinin qədim variantının  aq-  //  ak
şəklində  olmasını  (ДТС,  48;  ПДП,  359)  nəzərə  alsaq, 
h
əmin sözün qədim  *ka  “su” kökündən metateza nəticə-
sind
ə  yarandığını  ehtimal etmək olar. Ş.B.Nafikov  *ak
“axmaq”  feili il
ə  *ka  “su” kökünün homogenliyi fikrini 
q
əbul edir (227, 214). Doğrudur, bu feilin mənşəyi haq-
qında digər fikirlər də  var. Məsələn, B.Xəlilov bu feilin 
amorf quru
luşlu a- kökünün “ayırmaq” mənasından yaran-
dığını  ehtimal edir (32, 83). Həmin feil  türk və  türkmən 
dill
ərində  ak-  variantındadır.  Azərbaycan dilindəki  ax
feili k // x refleksini 
əks etdirir. N.A.Baskakov aq- feili ilə 
yaq~ya
γ~yaw- “yağmaq” köklərində y reduksiyasının söz 
yara
dıcılığına səbəb olduğunu göstərir və y anlautunu ilkin 
hesab edir (113, 175). Hal
buki bizim araşdırmamız sübut 
edir ki, 
yağ- feili, əslində, ak “su” kökündən y protetikliyi 
il
ə formalaşmışdır. E.Z.Kajibəyov da yağ- feili ilə ax- feil-
l
ərinin homogenliyini  göstərir. O, həmçinin türk dillərin-
 
125 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə