BABA MƏHƏRRƏMLİ
şimal” anlamlarını ifadə etmişdir (EUTS, 219). Deməli,
dağ sözünün qədim məna variantlarından biri “şimal”dır.
Qeyd etdiyimiz kimi, h
əmin məna çağdaş çuvaş dilində
mühafiz
ə olunur.
XV
əsrdə özbək şairi Ə.Nəvainin dilində doğ forma-
sında işlənmişdir:
Ey Navoiy, telba kunqlum itti, emdi istamon,
Neça doğu daştdin istab keturqaymen oni (AN, I, 508).
Çağdaş özbək dilində isə toğ variantındadır. Əski türk
yazılı abidələrindən olan Tonyukuk yazısında “dağ” anla-
mında işlənmişdir:
Jänčü ügüzüg käčä
Tinäsi oγly jatyγma
Baŋligäk taγyγ...
Tämir Qapyγqa tägi irtimiz.
“Biz Yençi çayını keçərək Tinesi-oğlu adlı yaşayış
m
əntəqəsində, Benqliqek dağında düşməni Dəmir qapıya
q
ədər qovduq” (257, 92).
“Kitabi-D
ədə Qorqud”da tağ variantındadır: Köksü
göz
əl qaya tağlara gün dəgəndə, bəy yigitlər cılasınlar bir-
birin
ə qoyulan çağda (KDQİL, 165). G.Klauson bu sözün
XIII
əsrdə türk dillərində ta:g şəklində olduğunu qeyd edir
(GC, 463). XI-XIV
əsrlərdə türkmən dilində daaq fono-
varian
tında işlənmişdir (222, 85).
Dağ sözü B.A.Serebrennikov və N.Z.Hacıyevanın bir-
g
ə yazdıqları “Türk dillərinin tarixi qrammatikası” əsərində
188
TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI
*ta:ğ şəklində rekonstruksiya olunur (66, 58). Ulu türk
dilind
əki kar başlanğıc bəzi türk dillərində qorunmuşdur.
Bu morfemd
ə anlautdakı d samiti sonradan cingiltiləşmə
hadis
əsinin nəticəsində yaranmışdır.
Dağ morfemi türk toponimlərində aktiv işlənən kom-
ponentl
ərdən biridir. Məsələn, Qırğızıstanda Alatau, Baş-
qırdıstanda Yamantau, Qazaxıstanda Amantau, Babatau,
Aktau, Karatau toponiml
əri var (177, 35, 45).
Ç.Qaraşarlı Trakiyada etruskların dövründə yaşamış dak
tayfa adının “dağ ilə bağlı olan” mənasında izah edildiyini
göst
ərir. Etruskların dilində dak adlı tayfa olmuşdur (44, 21).
“Kutadqu bilik”d
ə taq biçimindədir: elig sunsa erdem bile er
tegip, uluq taq başın yirke ildrür egip (KB, I, 277): “Kim
f
əzilət ilə əlini uzadırsa, uca dağların başını əyərək yerə
endirir” (KB, II, 196). XII
əsrə aid Ə.Yəsəvinin “Divani-hik-
m
ət” əsərində də kar variantlı – tağ biçimindədir:
Tağ ilə taşka başın urup bixod bolup
Əhl ü iyal xanumandın ötər, dostlar (ƏY, 48).
Bu sözün müxt
əlif dillərdə derivatları var: çuv. tuxi
“dağ, təpə”, mon. taq “yayla”, kalm. taq “dağ başı”,
q
əd.yap. takyo “dağ” (262, 69), şor. tegey “dağ zirvəsi”, xak.
tigey “t
əpə, zirvə”, “dağın ən yüksək nöqtəsi”, mon. degde
“qalxmaq”, degedü “yu
xarı”, or. deqde “yüksəklik”, manc.
deken “yüks
əklik, təpəlik” (264, 81). N.A.Sıromyatnikov
q
əd.yap. taka “hündür”, takyo “dağ”, kor. txok “təpə”, indo-
nez. daki
“dağa qalxmaq” sözlərinin eynimənşəli olduğunu
göst
ərir (260, 51-65). Çin dilində dakuai (“torpaq, ana
189
BABA MƏHƏRRƏMLİ
t
əbiət”) leksik paraleli var (БКРС, 93). Türk dillərində toqai
// tuqay
sözü “meşə ilə örtülmüş dağ” mənasındadır.
Dig
ər dillərdə olduğu kimi, türk dillərində də bu mor-
fe
min inkişafı nəticəsində “dağ” → “meşə” semantik keçidi
baş vermişdir. Yəni dağ məfhumu bildirən söz sonradan
me
şə məfhumu bildirən sözə çevrilmişdir. Müqayisə üçün
göst
ərək ki, hind-Avropa, dravid, Baltik, slavyan, sami dil-
l
ərində də “ dağ-meşə-ağac” semantik keçidi səciyyəvidir.
Bu fakt da ümumi insan t
əfəkkürünün universallığı ilə bağ-
lıdır. Yəni dildə baş verən bu cür analogiyalar, semantik
paralellikl
ər insan təfəkküründə anlayışların eyni cür dife-
rensial
laşması ilə bağlıdır. Dünya dillərindəki analoji fakt-
lara baxaq: drav.: kann. mel
“dağ, yüksəklik”, telu. mel “ta-
la, me
şə”, tod. mas “dağ, meşə”, tam. malou “dağ” (ОСНЯ,
II, 51), q
əd.yap. yama “meşə”, “dağ” (262, 28), rus. гора
“dağ”, qəd.hind. giri, alb. gur “qaya, daş”, litv. giria // gire
“me
şə”, latış. dzira “meşə”, saam. varr “dağ, meşə”, mord.
vir “
meşə” (139, II, 666), bol. qora “meşə”, serb. qora “dağ
me
şəsi”, litv. qiria “meşə”, qəd.yap. yata “dağ”, “meşə”
(262, 51-53), vaar
“dağ, meşə”, mord. vir “meşə” (139, II,
666), sam. dabr
“dağ”, dur // debr “meşə”. S.S.Mayzel bu
cür uy
ğunluqları izosemantik cərgələr adlandırır (193, 196).
Hind-Avropa dill
ərində kök sözlərin geniş semasioloji
şərhini verən M.M.Makovski yazır ki, “yuxarı, hündür”
seman
tikası “yaratmaq, etmək” - “cadu etmək” mənaların-
dan yaran
mışdır. Bu cür semantik inkişaf qədimdə insan-
ların hər hansı predmeti və ya heyvanı ağacdan asması ritu-
alı ilə bağlıdır. O, hind-Avropa dillərinə aid zəngin nümu-
n
ələr verərək bunu sübut etməyə cəhd edir. Məsələn, rus.
гора “dağ”, isv. qora “etmək” və s. (197, 48).
190
Dostları ilə paylaş: |