TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI
t
ərəfindən əsası qoyulan, sonradan isə Y.Kuriloviç və
E.Benvenistin t
əkmilləşdirdikləri larinqal nəzəriyyə dildə
ilkin s
əslərin dilarxası, qırtlaq samitləri olduğunu isbatlayır.
H
əmin larinqal samitlərin dil önünə keçməsi, yəni artikul-
yasiya baza
sının tədricən dəyişməsi, yeni artikulyasiya im-
kan
larının genişlənməsi samit səslərdən sait səslərin törə-
m
əsinə səbəb olmuşdur. Əslində, larinqal nəzəriyyə ilkin
s
əslər haqqında nəzəriyyə olsa da, eləcə də söz köklərinin
yaranma mexanizmi
nin izahı üçün mühüm istinad mənbə-
yidir. Bu n
əzəriyyə sait səslərin mənşə baxımından samit
s
əslərin müxtəlif reflekslərindən yarandığını təsdiqləyir.
Müasir tuva v
ə xakas dillərində farinqal saitlərin mövcud-
lu
ğu sübut edir ki, larinqal nəzəriyyə etimoloji araşdırmada
yal
nız hind-Avropa dilləri üçün deyil, eyni zamanda türk
dill
əri üçün də tətbiq edilməlidir. Doğrudur, bəzən türk dil-
l
ərində farinqal saitlərin mənşəyi səsartımı amilləri və ya-
xud substrat hadis
əsi ilə əlaqələndirilir (255, 51). Sarı uy-
ğur, tuva, xakas dillərində məhz qədim dil elementləri kimi
farinqal saitl
ər qorunmuşdur. Həmin farinqal səslər də qə-
dim larinqal samitl
ərin müxtəlif reflekslərinin nəticəsi kimi
yaran
mışdır. Tarixən ilkin söz köklərinin yaranmasında sa-
mit s
əslər əsas rol oynamışdır. Sait səslər sami dillərində
ol
duğu kimi fonematik yük daşımış, yəni söz kökünə məna
fonu ver
mişdir. Semitoloqların fikrincə, sami dillərində söz
kökl
əri iki samitin əsasında yaranmışdır (193, 99).
Müasir türk dill
ərində sinxronik baxımdan quruluşca
sad
ə hesab edilən təkhecalı onlarla söz kökü var ki, onlar
diaxronik baxımdan düzəltmə köklərdir. Söz köklərinin inki-
şafındakı müxtəlif transformasiyalar, semantik divergen-
siyalar fonoloji v
ə morfonoloji təsirlərin nəticəsində yaran-
133
BABA MƏHƏRRƏMLİ
mışdır. Tarixən söz köklərinin morfoloji inkişafı bir neçə
m
ərhələdən keçmişdir. Birinci mərhələdə bir sıra təkhecalı
kökl
ərdə ilkin şəkilçi daşlaşması baş vermiş, sonradan isə
b
əzi köklər yenidən ikinci daşlaşmaya, bəzən isə hətta üçün-
cü daşlaşmaya məruz qalmışdır. Nəticədə, türk dillərində bir,
iki v
ə yaxud da üçhecalı fuzial köklər formalaşmışdır.
Müasir türk dill
ərində bu proses daha çox çoxhecalı kök-
l
ərdə nəzərə çarpır. Türk söz köklərinin yaranma və inkişaf
m
ərhələlərini izah etmək üçün, ilk növbədə, fonoloji və
morfonoloji prosesl
ərin mahiyyəti dərk olunmalıdır. Türko-
logi
yada işlədilən ilkin kök termini də nisbi səciyyə daşıyır.
Türk dill
ərinin yaranması və təşəkkül tapması proto-
di
lin sonrakı mərhələsidir. Prototürk dilinin yaranması kök
dilin, y
əni nostratik mərhələnin davamıdır. Buna görə də
müasir türk dill
ərində protodilə məxsus bəzi köklər qorunsa
da, h
əmin sözlərin bir çoxu morfonoloji və fonosemantik
d
əyişmələrə məruz qalmışdır. Türk söz kökləri dilin amorf-
luq m
ərhələsindən iltisaqi quruluşa doğru inkişaf mərhələsi
keç
mişdir. Bu inkişaf mərhələsində türk söz köklərinin
strukturu müxt
əlif deformasiyalara uğramış, morfonoloji
s
əviyyələrdə fərqlənmələr semantik parçalanmalara yol aç-
mışdır. Bugünkü türk söz köklərinin ən azı 2-3 minillik ta-
rixi var. Türkoloqlar qeyd edirl
ər ki, türk dillərində ilkin
kökl
ərin müəyyənləşdirilməsi çox çətin, lakin vacib proble-
min h
əlli ilə əlaqədardır (24, 47). Türk söz köklərinin for-
malaşması prosesinin öyrənilməsi üçün şumer dilindəki
sözl
ərin müqayisəyə cəlb olunması xüsusi önəm daşıyır.
Az
ərbaycan dilçiliyində A.Məmmədov (207, 6; 50, 5-24),
F.C
əlilov (19, 39), T.Hacıyev (27, 25-34) və Q.Kazımovun
(40, 99-141) bu sah
ədəki tədqiqatları həmin faktı təsdiq
134
TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI
edir. N
əzərə alsaq ki, şumer dilinin tarixi beş minillik bir
zamanı əhatə edir, o zaman söz köklərinin hansı dəyişmələ-
r
ə məruz qala biləcəyini təxmin etmək mümkündür.
A.M
əmmədov şumer dili ilə türk dillərinin tarixi əlaqəsinin
öyr
ənilməsinin əhəmiyyətindən bəhs edərək yazır ki, şumer
dili il
ə türk dilləri arasındakı leksik və qrammatik eyniyyət-
l
ər, bir tərəfdən, şumer dilinin genetik və həm də tipoloji
m
ənşəyini daha obyektiv şəkildə öyrənməyə şərait yaradır-
sa, dig
ər tərəfdən də, türk dillərinə məxsus sözlərin tərki-
bind
ə daşlaşmış bəzi köklərin arxetiplərini bərpa etməyə tu-
tar
lı əsas verir (50, 6). Doğrudur, şumer dili ilə türk dilləri-
nin genetik
əlaqəsi hələ tam sübut olunmamışdır. Həmçinin
şumer dilinin mənşəyini digər dil ailələrinə bağlamaq cəhd-
l
əri də var, ancaq bunlara baxmayaraq, türk dillərinin ilkin
söz kökl
əri fonoloji və semantik cəhətdən şumer dilindəki
leksik vahidl
ərlə çox uyğundur. Məsələn, türk dillərindəki
qur- “qurmaq” feilinin kökünün *qu-
şəklində olmasını şu-
mer dilind
əki analoji fakt təsdiqləyir: şum. ku- “tikmək,
qurmaq” (SL, 12). Sonradan r sonoru kök
ə qoşulmuş və
daşlaşmış, fuziallaşmışdır. Başqa bir nümunəyə nəzər sa-
laq. Türk dill
ərində işlənən kəs- // kes- “doğramaq, ayır-
maq” feili
şumer dilində ku (“kəsmək”) formasındadır (SL,
47). Bu cür ox
şar faktlar yüzlərlədir. Həmin analogiyalar
sübut edir ki, türk dill
ərindəki bir çox təkhecalı sözlər, hətta
monosillabik feil kökl
əri etimoloji baxımdan sadə deyil,
düz
əltmədir. Türk dillərində digər dillərlə müqayisədə söz
kökl
ərinin ilkin formalarının daha çox mühafizə edilməsi
onla
rın iltisaqi quruluşu ilə bağlıdır. Türk dillərinin qədim
qay
naqlarında, əski yazılı abidələrində həm təkhecalı, həm
d
ə çoxhecalı sözlər işlənmişdir. Bunlardan hansının daha
135
Dostları ilə paylaş: |