DİL ƏLAQƏLƏRİ MƏSƏLƏLƏRİ
____________________________________________________________________
__________________________________________________________________________________
«Tədqiqlər», 2008, №1, səh.260
isə təsrif olunmuş fel yaxud təşkilində təsriflənmiş felin iştirak
etdiyi söz bir-
ləşməsi formasında olur. Fel xəbər rolunda çıxış edərkən mübtədadan daha ar-
tıq başqa sözlərlə birləşmək imkanı əldə edir. Odur ki, cümlənin quruluşu və
sərhədləri fel-xəbərin birləşmək imkanlarından çox asılı olur. Heç də təsadüfi
deyildir ki, bir çox müasir tədqiqatçılar cümlənin struktur tiplərini ayırd edər-
kən hər şeydən əvvəl verbal düyünündən çıxış edirlər(Валяева İ.М.Особен-
ности структуры предложения, свазанные с семантикой и валентностью
глагола//Структура предложения и классы слов в романо-германских
языках. вып. 4. Калинин, 1975,с.119).
Bu səbəbdən, İ. M. Valyayeva
hesab edir ki, felin strukturunu onun zəruri
üzvlərinin olması ilə bərabər, cümlənin minimal strukturuna mütabiq tutmaq,
felin yanındakı zəruri iştirakçıları isə cümlənin zəruri iştirakçıları kimi qiy-
mətləndirmək olar. Felin strukturunun fakültativ üzvləri cümlədə onun kom-
munikativ məzmununu genişləndirməkdən zühur edirlər. Belə ki, onları cüm-
lənin məna həcminin genişləndirilməsinə xidmət edən ünsür kimi götürmək
olar[2,s.120].
Felin valent xüsusiyyətləri eyni və müxtəlif strukturlarda özünü büruzə
verir. İ.M.Valyayevanın bu barədə son qənaəti belədir: “Cümlənin
strukturu,
onun sərhədləri ilk növbədə cümlənin struktur nüvəsi olan felin valent xüsu-
siyyətlərindən asılıdır. Cümlənin müəyyən mənada fellə müəyyən edilən mini-
mal strukturu bütün hallar üçün yox, əksər hallar üçün eynidir. Lakin eyni mə-
nada olan fellə müəyyən edilən müxtəlif minimal strukturlar da ola bilir. Bu-
nun əksinə olaraq, vahid minimal strukturlu cümlələrdə nüvə kimi müxtəlif
mənalarda olan eyni fel də çıxış edə bilər”[2,s.125].
Bura qədər deyilənlər roman dilləri, alman dili(Valyayeva) materiallarına
əsaslanır.
Bəs Azərbaycan dilində, ümumiyyətlə, türk dillərində vəziyyət ne-
cədir? Türk dillərində sadə cümlənin öz tərkib hissələri ilə ifadəsi məsələsi iki
fundamental əsərdə nəzərdən keçirilmişdir.Bunlar N.Z.Hacıyevanın “Türk dil-
lərinin sintaktik strukturunun inkişafının əsas yolları” və yenə də onun B.A.
Serebrennikovla birlikdə hazırladığı “Türk dillərinin müqayisəli-tarixi qram-
matikası. Sintaksis” əsərləridir.
Həmin əsərlərdə böyük faktiki materiala əsaslanan qənaət belədir:
Sadə cümlə istənilən tipoloji quruluşdan olan dillərdə - iltisaqi, flektiv,
analitik – aparıcı kəmiyyət
olan mübtəda və xəbər, subyekt və predikat ay-
rılmaz sintezidir. Türk dillərində subyekt və və predikat cümlənin bir üzvündə
DİL ƏLAQƏLƏRİ MƏSƏLƏLƏRİ
____________________________________________________________________
__________________________________________________________________________________
«Tədqiqlər», 2008, №1, səh.261
təqdim oluna bilər (müq. et:
aldım =
mən aldım). Özü də cümlədə predikatın
olması məcburidir. Cümlə üçün predikativlik əsas şərtdir[3,s.155; 4, s.74].
N.Z.Hacıyeva göstərir ki, mübtəda sahəsi türk dillərinin tarixi inkişafı
boyu nisbətən sabit qalmışdır. Mübtəda bütün türk dillərində bütün tarixi
dövrlərdə, demək olar ki, bütün ad sinifləri(razrəd) ilə, əvəzliklərlə və başqa
nitq hissələrindən substantivləşənlərlə ifadə olunmuşdur.
Bunun əksinə olaraq, xəbər sahəsində başqa bir mənzərə ilə qarşılaşırıq.
Burada həm inkişaf edən fel zamanları, həm də bağlayıcı vasitələr hesabına
tarixi dəyişikliklər müşahidə olunur.
Xəbərin qrammatik ifadəsi cümlənin tipini(ismi və yaxud feli) müəyyən-
ləşdirir. Bu iki tipin qarşılıqlı nisbəti türk dillərinin qrammatikasından
ötrü çox
mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, cümlə strukturunun genezisi
problemini bir çox türkoloqlar xəbərin təbiəti ilə bağlamışlar[3,s.155; 4,s.74].
N.Z.Hacıyeva yanaşma üsulunu sadə cümlələrin ən qədim əlaqəsi üsulu
kimi götürür. O, göstərir ki, türk dillərinin inkişafının bütün dövrlərində qoşul-
muş sadə cümlələr strukturu səciyyəvi olmuşdur. Bunlar arasında
münasibət
onların bilavasitə olaraq bir-birinə yanaşması ilə ifadə olunmuşdur. Yanaşma
sintaktik münasibətlərin ən qədim ifadə üsulu olmuşdur. Sadə cümlə türk
ümumiliyinin ən ilk dövrlərinə aid edilə bilər. Mürəkkəb cümlənin tarixi inki-
şafında ən erkən mərhələ, görünür, sadə cümlənin mütləq üstünlüyü ilə səciy-
yələnmişdir [3,s.207; 4, s.99].
Beləliklə, görürük ki, müxtəlif dillərin materialları sadə(müxtəsər) cüm-
ləni ən qədim cümlə forması hesab etməyə əsas verir.
Cümləyə verilən təriflər
sadə cümlənin mahiyyətini ifadə edir. Cümlənin mahiyyəti müxtəlif tədqiqat
əsərlərində cümlənin bitmiş bir fikir ifadə etməsi ilə əlaqələndirilir. Nəzərdən
keçirdiyimiz əsərdə də bu, qeyd edilir və cümlənin tərkib hissələrinin ifadəsi
ilə əlaqələndirilir. Müəlliflər “cümlə üçün ən zəruri olan nədir?” deyə sual
verir və özləri də ona cavab verirlər. Hətta yalnız
mübtəda və xəbərdən ibarət
olan ən kiçik cümlə məntiqi olaraq tam bitmiş fikir ifadə etməlidir. Hər bir
cümlə əlamətin açılmasından başqa bir şey deyildir. Felin şəxsli forması təkcə
əlaməti adlandırmağa imkan vermir. O həm də əlaməti müəyyən tərzdə onun
daşıyıcısına nisbət verməyə də imkan verir. Ona görə də felin şəxsli formaları
məntiqi cəhətdən bitmiş fikrin ən yaxşı ifadə vasitələridir[4,s.97]. Sadə cümlə
ilkin cümlə tipi kimi meydana gəldikdən sonra bir sıra kəmiyyət və keyfiyyət
dəyişikliklərinə uğramışdır.
Həmin dəyişikliklər həm sayca, həm ifadə üsulla-
rının sayına görə, həm də nəticələrinə görə diqqəti cəlb edir. Məqalənin həmin