2007-CI İLDƏ
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN
ASPİRANT VƏ DİSSERTANTLARININ DİSSERTASİYA
MÜDAFİƏLƏRİ
______________________________________________________
_________________________________________________________________________________
«Tədqiqlər», 2008, №1, səh. 287
Elnarə ƏLƏKBƏROVA
filologiya elmləri namizədi
AZƏRBAYCAN DİLÇİLİYİNİN YENİ UĞURLARI
Əziz
oxucular, bildiyiniz kimi, hər il “Tədqiqlər” toplusunun 1-ci sayında
AMEA Nəsimi adına Dilçilik İnstitutunun nəzdində elmlər doktoru və elmlər
namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların
müdafiəsini keçirən (D.01.141) Dissertasiya Şurasının hesabatını sizə təqdim
edirik. Həmin şurada bu il 31 dissertasiya işi müzakirə olunmuş, bunlardan 5-i
doktorluq, 24-ü isə namizədlik dissertasiyası olmuşdur. Ötən illə müqayisədə
İnstitut əməkdaşları bu il daha şanslı olmuşlar. Belə ki, əgər ötən 2006-cı ildə
institutmuzun 7 əməkdaşı müdafiə etmişdirsə, 2007-ci ildə onların sayı 12-yə
çatmışdır. Son dövrlərdə Müdafiə Şurasının elmi seminarında müdafiəyə təq-
dim olunmuş doktorluq və namizədlik dissertasiyalarının müzakirələrinin
obyektiv keçirilməsi nəticəsində
(xüsusən vaxtilə mövcud olan süründür-
məçilik və süni əngəllərin aradan qaldırılması sayəsində) Müdafiə Şurasına
gedən yollar bir qədər təmizlənmiş, qapılar aspirant və dissertantların üzünə
tam açılmış, onların daha tez uğur əldə etmələri, layiq olduqlarına vaxtında
nail olmalarına şərait yaradılmışdır.
Beləliklə, Nəsimi adına Dilçilik İnstututunun 2007-ci ildə müdafiə etmiş
əməkdaşlarının siyahısını sizə təqdim edirik:
SIRA
№№
SOYADI,ADI,
ATASİNİN ADI
İXTİSAS
ŞİFRİ
MÜDAFİ
Ə TARİXİ
MÖVZU
1. Hacıyeva
AytənYunis q.
10.02.19
(f.e.n)
9.01.07 Dil
sistemində tipoloji
sapmalar (aqlütinativ
dillərdə flektiv təma-
yüllü elementlər)
2. Abdullayeva
Sənubər
Əlövsət q.
10.02.01.
(f.e.d.)
2.02.07 Azərbaycan nağıl və
dastanlarının dili
3. Hacıyeva Aygül
Ağamusa q.
10.02.06
(f.e.n.)
27.03.07 Türk
və Azərbaycan
dillərində gül adları
4. Mahmudova
Qətibə
Çingiz q.
10.02.06
(f.e.n.)
27.03.07 Qıpçaq qrupu türk
dillərinin
frazeologiyası
2007-CI İLDƏ
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN
ASPİRANT VƏ DİSSERTANTLARININ DİSSERTASİYA
MÜDAFİƏLƏRİ
______________________________________________________
_________________________________________________________________________________
«Tədqiqlər», 2008, №1, səh. 288
5. Qədimalıyeva
Aynur Famil q.
10.02.01
(f.e.n.)
10.04.07 Qazi
Bürhanəddin
dilinin leksikası
6. Abışov Elşad
Şərəfxan oğ.
10.02.01
(f.e.n.)
30.04.07 Laçın
rayonu onomas-
tik vahidlərinin linq-
vistik təhlili
7. Bəylərova Aytən
Müslüm q.
10.02.01
(f.e.n.)
8.05.07 Azərbaycan bədii
dilində sintaktik
üslubi vasitələr
8.
İslamzadə Məsudə
İslam q.
10.02.01
(f.e.n)
8.05.07 1960-90—cı illərin
Azərbaycan nəsr dili
9.
İbrahimova Səidə
İbrahim q.
(f.e.d.) 5.06.07 Modallıq
dilçilik
kateqoriyası kimi
10. Qasımova Xanım
Ağasəf q.
10.02.01
(f.e.n.)
25.06.07 Müstəqillik illərində
Azərbaycan dilində
termin yaradıcılığının
əsas istiqamətləri
11.
İsmayılzadə
Gülbəniz
Məhəmməd q.
10.02.06
(f.e.n.)
2.07.07 Türk
dillərində
modallıq və onun
leksik yolla ifadə
vasitələri
12. Orucova
Şəkər
Əbdülkərim q.
10.02.06
(f.e.n.)
6.11.07 Türk
dillərində xitab
DİSSERTASİYALARIN XÜLASƏSİ
Aytən Hacıyeva. Dil sistemində tipoloji sapmalar (aqlütinativ dillərdə
flektiv təmayüllü elementlər).
Dissertasiya işində “türkologiyada
ilk dəfə olaraq, dil sistemində tipoloji
sapma elementlərinin yeri və qrammatik determinantaya münasibətdə
mövqeyi məsələsi monoqrafik tədqiqat çərçivəsində sistemli şəkildə öyrənil-
miş, tipoloji anomaliyaların yaranma səbəbləri araşdırılmış, habelə aqlütinativ
və flektiv təmayüllərin delimitasiyası problemi kontekstində mövcud faktların
adekvat definasiyasına mane olan faktlar izlənilmişdir”(avtoref. s. 5).
Dissertasiya giriş, 2 fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahı-
sından ibarətdir.
2007-CI İLDƏ
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN
ASPİRANT VƏ DİSSERTANTLARININ DİSSERTASİYA
MÜDAFİƏLƏRİ
______________________________________________________
_________________________________________________________________________________
«Tədqiqlər», 2008, №1, səh. 289
Tədqiqat işinin
I fəslində aqlütinativ və flektiv təmayüllü
dil probleminə
toxunulmuş;aqlütinativ dillərdəki flektiv təmayüllü elementlər morfonologiya
problemi kimi şərh edilmişdir. Aqlütinativ dillərdəki flektiv elementlərin
mahiyyəti açılmış, bu dillərdə sinharmonizm hadisəsi və onun rolu izah
olunmuşdur.
Dissertasiyanın
II fəslində aqlütinativ quruluşlu
türk dillərindəki bəzi
tipoloji sapma faktlarının yaranma səbəblərindən, özəlliklərdən və flektiv tə-
mayülə uyğunluq məsələlərindən bəhs olunur. Fəsil 9 yarımfəsildən ibarətdir.
Tədqiqatın sonunda araşdırma nəticəsində dissertantın gəldiyi elmi
qənaətlər ümumiləşdirilmiş şəkildə verilmişdir.
Sənubər Abdullayeva. Azərbaycan nağıl və dastanlarının dılı.
Tədqiqat işində nağıllar, “Koroğlu”, “Qaçaq Nəbi”, “Tahir və Zöhrə”,
“Əsli və Kərəm”, “Aşıq Qərib”, “Qurbani”, “Şah İsmayıl və Gülzar”, “Alı
Xan və Pəri”, “Valeh və Zərnigar”, “Xan Çoban”, “Məhəmməd və Güləndam”
və s. kimi dastanların fonetik, leksik, semantik, morfoloji və sintaktik xüsu-
siyyətləri öyrənilmişdir.
Dissertasiya giriş, 3 fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahı-
sından ibarətdir.
“Milli dil sistemində folklor dilinin yeri” adlanan
“Giriş”də folklor
dilinin
tədqiqinin əhəmiyyətindən, onun ədəbi dil, danışıq dili və dialektlə ox-
şar və fərqli cəhətlərindən bəhs olunur. Burada, həmçinin dastanların tədqiqi
tarixindən danışılmış, nağıl və dastanların dili müqayisəyə cəlb olunmuşdur.
Dissertasiyanın
I fəsli “Nağıl və dastan dilinin leksik-semantik xüsusiy-
yətləri” adlanır. Burada nağıl və dastan dilinin lüğət tərkibi haqqında ümumi
qeydlər, köhnəlmiş sözlər, leksik-semantik söz qrupları və onomastik vahid-
lərin təhlili öz əksini tapmışdır.
Dissertasiyanın
II fəsli “Nağıl və dastan dilinin morfoloji xüsusiyyətləri”
adlanır. Bu fəsildə əsas və köməkçi nitq hissələrinin qrammatik
və üslubi
xüsusiyyətləri, müxtəlif qrammatik kateqoriyaların arxaik formaları araşdırıl-
mışdır.
III fəsil “Nağıl və dastan dilinin sintaktik xüsusiyyətləri” adlanır. Burada
nağıl və dastan dili üçün səciyyəvi olan formulların şərhi, xitab və bədii təyin-
lərin təhlili aparılmışdır.