Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə61/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   57   58   59   60   61   62   63   64   ...   116

 
 
MÜASİR AZƏRBAYCAN DİLİ VƏ TERMİNOLOGİYA  MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.154 
 
vəzifəsi yaradıcı  şəxsiyyətin keçirdiyi subyektiv həyəcanı ifadə etməkdən 
ibarətdir” məqamları  hər iki məfhum haqqında və müvafiq estetik reallıqlar 
haqqında vacib məlumatı verə bilir. Bunun fonunda akmeizm  termininin 
məzmunu nə üçün heç bir cizgi ilə açıqlanmır? Göstərilir ki, akmeizm 1912-
1921-ci illərdə mövcud olan cərəyandır. Bəs onun mahiyyəti nədədir?  
Akmeizm bir estetik cərəyan olaraq simvolizmin əksi kimi formalaşır. 
Simvolizm gerçəkliyin yeganə ifadə  və  təsvir vasitəsi kimi rəmzi götürürsə, 
akmeizm canlı əşyanın canlı təsvirini tərənnüm edir. Məsələn, şerdə əşya elə 
təsvir olunmalıdır ki, oxucu onun qoxusunu hiss etsin, elə bilsin ki, əli həmin 
əşyaya toxunur. Deməli, ARL öz ənənəsinə sadiq qalaraq akmeizm termininin 
izahında ən azı həmin cərəyanı simvolizmin estetik əksi kimi təyin etməli idi.  
Ümumiyyətlə, ədəbi dilin lüğətləri dildə baş verənləri əks etməklə kifa-
yətlənmir, lüğətlər nitqə istiqamət verən yeqanə vasitədir. Beləliklə, ədəbi dil 
lüğətləri dil və nitqi tarazlaşdıran mühüm vasitədir. Deməli, modernizm termi-
ninin paradiqması Azərbaycan dilində olan vəziyyəti tam əks etmir. Yəni, 
Azərbaycan dilinin əsasında baş verən müvafiq elmi diskursda simvolizm  və 
ekspressionizm terminləri lüğətlərin əks etdirdiyi Azərbaycan dilinin semantik 
faktlarına uyğun  şəkildə  işlənir. Həmin paradiqmanın ayrılmaz hissəsi olan 
akmeizm termini qeyri-müəyyən qalır. Deməli, diskursun iştirakçısı bu rus 
mənşəli filoloji terminin məzmunu ilə tanış olmaq üçün rus dilinin lüğətlərinə 
müraciət etməlidir. Aydındır ki, rus dilinin lüğətləri Azərbaycan dilində olan 
vəziyyəti  əks etdirə bilməz.  Əlbəttə, burada demək olar ki, akmeizm rus 
poeziyası tarixinin hadisəsidir və ona görə də rus lüğətlərinə müraciət etmək 
kifayətdir. Bu, doğrudan da, belədir. Vəziyyəti çətinləşdirən odur ki, rus dili-
nin lüğətləri və ümumiyyətlə Rusiyada nəşr olunan lüğətlər də qüsursuz ol-
mur.  
Adətən, azərbaycanca-rusca və rusca-azərbaycanca lüğətlər Ojeqovun 
Lüğətinə müraciət edirlər. Bunu əsaslandırmaq çox asandır. Iş orasındadır ki, 
Ojeqovun Lüğəti bu günə qədər rus dilinin ən geniş yayılmış və çox istifadə 
olunan lüğətidir. Maraqlıdır ki, akmeizm termininə  həsr olunmuş  məqalədə 
ARL-in tərtibçiləri Ojeqova da müraciət etmirlər. Məsələn, Ojeqovda akmeizm 
sözünün mənası bu cür izah olunur:“AКMЕİZM - V russкоy litеraturе XXv.: 
tеçеniе, prоvоzqlasivşее оsvоbоcdеniе оt simvоlizma”(2,28). 
Gördüyümüz kimi, bu məqalə  də akmeizmin bir estetik hadisə olaraq 
mahiyyətini açmır. Yəni, qeyd olunmur ki, “simvolizmdən azadlıq” nədə özü-


 
 
MÜASİR AZƏRBAYCAN DİLİ VƏ TERMİNOLOGİYA  MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.155 
 
nü büruzə verib. Lakin burada heç olmasa deyilir ki, akmeizm simvolizmdən 
azadolma meyli ilə bağlıdır.  
Bütün bu təhlil bir nəticəyə gəlməyə imkan verir. Lüğətlər Azərbaycan 
dilində  işlənən rus mənşəli terminlərin sayını çoxalda bildiyi kimi azalda da 
bilər.   
Ümumiyyətlə, alınma sözlərin dil statusunun müəyyənləşməsində ikidilli 
lüğətlərin rolu çox böyükdür. Müasir Azərbaycan dilçiliyi konkret sözlərin 
tədqiqində çox böyük işlər görə bilər, lakin bu tədqiqatların nəticəsi özünü yal-
nız və yalnız leksokoqrafiya sahəsində büruzə verə bilər. Yəni leksikoqrafiya 
sözün dil statusunu görsədən yeganə vasitədir. Ən yeni və nüfuzlu lüğətlərin 
təhlili isə bir sıra hallarda çox ciddi səhvləri üzə çıxarır. 
ƏDƏBİYYAT 
1.
 
Azərbaycanca-rusca lüğət.I cild.Bakı:Elm,1986,576 s.; IVcild.Bakı: 
Mütərcim, 2000, 1292 s.  
2.
 
Ожегов С.И. Словарь русского языка. М.: Русский язык, 1990

3.
 
К.Р. ИСМАИЛОВА 
4.
 
РУССКИЕ ТЕРМИНЫ ЛИТЕРАТУРНОГО МОДЕРНИЗМА В 
АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКЕ 
5.
 
РЕЗЮМЕ 
6.
 
Статья  посвящена  терминам  русского  происхождения  в  азербай-
джанском  языке.  Рассматриваются  понятия  литературного  модер-
низма  и  обозначающие  их  в  русском  и  азербайджанском  языке 
термины.  Автор  утверждает,  что  лексикографическая  фиксация 
этих терминов доминирует над их языковым статусом. Что касает-
ся  употребления  этих  терминов,  то  этот  фактор  определяется  ха-
рактером русско-азербайджанского двуязычия. 
K.R. ISMAYILOVA 
RUSSIAN TERMS OF LITERARY MODERNISM IN AZERBAIJANI  
LANGUAGE 
SUMMARY 
The article deals with the terms of Russian origin in Azerbaijani lan-
guage. The notions of literary modernism and terms denoting them in Russian 
and Azerbaijani language are examined. The author claims that lexicographi-
cal fixation of these terms prevails their language status. As to usage of these 
terms this factor is determined by the character of Russian-Azerbaijani bilin-
guism.      
 


 
 
MÜASİR AZƏRBAYCAN DİLİ VƏ TERMİNOLOGİYA  MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.156 
 
 
 
Mətanət HACIYЕVA  
 
MОRFОLОJİ ÜSULLA YARANAN HÜQUQ 
 TЕRMİNLƏRİ 
Hüquq tеrminlərinin yaranmasında mоrfоlоji üsul öz məhsuldarlığı ilə 
diqqəti cəlb еdir. Bеlə bir cəhət dilimizdə sözdüzəldici şəкilçilərin çох zəngin 
оlması ilə əlaqədardır.    
Bu üsul Azərbaycan dilinin lüğət tərкibinin yеni tеrminlərlə  zənginləş-
məsinin əsasını təşкil еdir. 
Azərbaycan dilində  tеrminlər yaradılarкən  əlliyə  qədər  şəкilçidən 
istifadə  еdilir. Bu şəкilçilər həm Azərbaycan dilinin öz sözlərinə, həm də 
alınma söz və  tеrminlərə  qоşulur və  yеni mənalar  əmələ  gətirir.  Mоrfоlоji 
üsulla tеrminlərin yaranması prоsеsində  iştiraк  еdən  şəкilçilərin funкsiyası 
еyni dеyildir. Şəкilçilərdən bəziləri müхtəlif sözlərə artırılaraq çохlu miqdarda 
yеni tеrminlər  əmələ  gətirdiyi halda, bəziləri yalnız məhdud dairədə  işlənən 
sözlərə artırılır və az miqdarda yеni tеrminlər əmələ gətirir. 
Bu şəкilçilər aşağıdaкı qruplara ayrılır: 
1)
 
məhsuldar şəкilçilər 
2)
 
qеyri-məhsuldar şəкilçilər 
Məhsuldar  şəкilçilər yеni tеrminlər yaradılması prоsеsində  fəal rоl 
оynayır, müntəzəm  оlaraq dilin lüğət tərкibini zənginləşdirir və müasir dil 
matеriallarında sözdən asanlıqla ayrıla bilir. 
“Məhsuldar  şəкilçilər öz mənşəyi  еtibarilə  qеyri-məhsuldar  şəкilçilərə  
nisbətən daha qədim tariхə maliк  оlduğu üçün dildə  gеtdiкcə  gеniş bir 
yaradıcılıq mühiti кəsb  еdə bilmişdir. Digər tərəfdən bunların daha qədim 
оlması müхtəlif türк dillərində indiyə  qədər məhsuldar  şəкilçilər  кimi 
yaranmasına səbəb оlmuşdur”.
 
(1,32) 
Azərbaycan  ədəbi dilində hüquqla bağlı  tеrminlərin yaradılmasında 
iştiraк еdən məhsuldar şəкilçilər aşağıdaкılardır:  
1.
 
çı-çi-çu-çü – Müasir Azərbaycan dilinin bir çох sahələri üzrə  ən 
məhsuldar  şəкilçilərindən  оlub,  əsasən, isimlərdən isim düzəltməyə  хidmət 
еdir. Qеyd еdəк кi, ədəbiyyatşünaslıq, infоrmatiкa, iqtisadi, hərbi tеrminlərin 
yaranmasında məhsuldar  оlan  -çı  şəкilçisi fiziкa-riyaziyyat tеrminlərinin 
yaranmasında qеyri-məhsuldardır. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə