Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə59/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   55   56   57   58   59   60   61   62   ...   116

 
 
MÜASİR AZƏRBAYCAN DİLİ VƏ TERMİNOLOGİYA  MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.149 
 
 
 
İSTIFADƏ ОLUNMUŞ ƏDƏBIYYAT. 
1. Məhərrəmli Q. Tеlеviziya rекlamlarının dili. Tədqiqlər, 2000, № 1, s. 58-65 
2. Морозова И. Слагая слоганы. Москва, изд.  Агар, 2003, 67 с. 
 
 
К.А.ГАБИБОВА 
РЕКЛАМЫ И КУЛЬТУРА ПИСЬМА 
 
РЕЗЮМЕ 
 
Сегодня  мы  очень  часто  сталкиваемся  с  различными  рекламными 
текстами.  Но  к  сожалению  в  большинстве  этих  реклам  мы  наблюдаем 
различные  лингвистические  ошибки  рекламодателей.  В  связи  с  этим  в 
статье рассматриваются орфографические ошибки в рекламных текстах, 
а также в различных брендах, торговых марках, названий фирм и т.д. 
 
K.A.HABIBOVA 
ADVERTISMENTS AND WRITING CULTURE 
SUMMARY 
Today we often meet various advertising texts. But unfortunately in the 
majority of these texts we observe various linguistic mistakes of advertizers. 
In according 
 
with it in this article are considered spelling mistakes in advertis-
ing texts, and also in various brands, trade marks, names of firms and etc. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
MÜASİR AZƏRBAYCAN DİLİ VƏ TERMİNOLOGİYA  MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.150 
 
 
 
 
 
Könül İSMAYILOYA 
 
AZƏRBAYCAN DİLİNDƏ RUS MƏNŞƏLİ ƏDƏBİ 
MODERNİZM TERMİNLƏRİ 
ARL-də  futurizm termini verilir və “napravlеniе v еvrоpеysкоm isкus-
stvе 10-х–20-х qq. ХХ v., оtvеrqavşее кulğturnое i хudоcеstvеnnое naslеdiе 
prоşlоqо, prоpоvеdоvavşее urbanizm, razruşеniе fоrm i uslоvnоstеy isкusstva 
radi sliəniə еqо s usкоrеnnım ciznеnnım prоüеssоm ХХ v.”(1,4,730) kimi izah 
olunur.  Əlbəttə, bu növ təyinlər izahlı lüğət təyinlərindən çox ensiklopedik 
təyinin qısa formasını xatırladır. Bu cür estetik cərəyan bildirən terminlər ayrı 
cür verılə  də bilməz, lakin belə lüğət məqalələri də qüsurlu görünür. Iş 
orasındadır ki, onlar cərəyanın mahiyyətini açmağa calışır. Lakin hər bir 
estetik cərəyanın  əsasını  fəlsəfi konsepsiya təşkil edir. Fəlsəfi konsepsiyalar 
isə dolğun izahat tələb edirlər, çünki hər hansı bir məhdud təyin onlar 
haqqında yanlış  təsəvvür yaradır. Deməli, estetik cərəyanın məzmununu 
açmaqdansa, həmin sözün siqnifikatını  təqdim etmək daha düzgün olar. Hər 
halda futurizm terminini ARL-də  əks etdirməklə lüğətin tərtibçiləri 
Azərbaycan dilində belə bir filoloji terminin olmasını təsdiqləyir.  
Futurizm termini, həqiqətən də, bütün mədəni dillərdə olduğu kimi müa-
sir Azərbaycan dilində  də var. Bunun XX əsrin  əvvəllərində real ictimai və 
mədəni səbəbləri mövcud olub. Qeyd etdiyimiz kimi, estetik hadisənin əsasını 
fəlsəfi konsepsiya təşkil edir, yəni konseptual səviyyədə formalaşmış müəyyən 
dünyagörüşü təşkil edir. Futurizmin fəlsəfi əsasını XX əsrin əvvəlini səciyyə-
ləndirən siyasi, iqtisadi, elmi və s. inqilabi hadisələr təşkil etmişdir. Məsələn, 
A.Eynşteynin zaman, məkan və kainat haqqında mülahizələri, Z.Freydin insan 
psixikası haqqında yaratdığı nəzəriyyə, nəhayət, insan cəmiyyətini alt-üst edən 
sosializm və faşizm ictimai konsepsiyaları XX əsrin əvvəllərində bütün dün-
yada insan şüurunda inqilabi çevrilişlərə  səbəb oldular. Incəsənətdə klassik 
estetik normaları inkar edən futurizm məhz bu fəlsəfi və elmi zəmində yaranır. 
Bu, danılmaz həqiqətdir. Eləcə də danılmaz həqiqətdir ki, Azərbaycan Rusiya-
nın və böyük dünyanın ayrılmaz hissəsi olub bütün göstərilən proseslərə XX 
əsrin əvvəlində məruz qalıb.  


 
 
MÜASİR AZƏRBAYCAN DİLİ VƏ TERMİNOLOGİYA  MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.151 
 
Reallıq sistem təşkil etdiyi kimi, təfəkkür və yaranan konseptual baxışlar 
da sistem təşkil edir. Bunun dildə bilavasitə nəticəsi kimi müvafiq terminlərin 
sistem şəklində əks olunmasıdır. Yəni XX əsrin əvvəlini səciyyələndirən hadi-
sələr çoxşaxəli olub, dildə ayrı-ayrı termin və sözdə yox – sistematik şəkildə 
əks olunmuşdur. Deməli, Azərbaycan dilində  futurizm  termini mövcuddursa, 
avanqardizm,  abstraksionizm  və s. terminlər də mövcuddur. Lakin ARL-də 
futurizm termini əks olunduğu halda nə abstraksionizm, nə avanqardizm söz-
ləri yoxdur.  
Məsələn, ARL-də  abstraksiya,  abstrakt, abstraktlaşdırılma, abstraklaş-
dırılmaq, abstraklaşdırma, abstraklaşdırmaq, abstraklaşma, abstraktlaşmaq, 
abstraktlıq sözləri qeydə alınıb(1,37-38), lakin futurizm termini ilə eyni leksik-
semantik paradiqmaya daxil olan abstraksionizm termini verilmir.  
Futurizm tipli yeni cərəyanların ümumi adı kimi dünyanın bütün dillə-
rində  avanqardizm termini işlənir. Terminin daxili formasından göründüyü 
kimi, onun etimoloji mənası öz aktuallığını itirmir və  həqiqətən “avanqard” 
məfhumunun əsasında bu qəbildən olan istənilən terminin ümumi adı kimi bu 
gün də çıxış edə bilir. Qeyd edək ki, avanqardizm termini bütün dillərdə çox 
işləkdir və həm də ən əlverişlidir. Onun bütün konkret substitutları dar məna-
lara malikdir, avanqardizm isə ümumi ad olaraq fəlsəfə, psixologiya və mədə-
niyyətin bütün sahələri ilə assosiasiya olunur.  
ARL-də  avanqardizm terminin nədənsə qeydə alınmır. Bu kökə malik 
iki söz verilir: “AVANQARD... AVANQARDLIQ” (1,1,39).  
Maqaqlıdır ki, hər iki sözün mənaları da, verilən illüstrativ material da 
kommunizmə və kommunist partiyasına aiddir. Bunun sosiolinqvistik əsasları 
bəllidir, “avanqard” məfhumu ilk növbədə kommunist partiyasının cəmiyyətdə 
avanqard rolu ilə assosiasiya olunurdu.  
Lüğətdə  futurizm termini ilə yanaşı  sürrealizm termini də haqlı olaraq 
verilir. Terminin mənası belə izah olunur: “SÜRREALİZM I suh. Sörrеalizm 
(avanqardistsкое napravlеniе v burcuaznоy litеraturе i isкusstvе  ХХ v., 
оtriüaöhее rоlğ razuma i оpıta v isкusstvе i ihuhее istоçniкi tvоrçеstva v sfеrе 
pоdsоznatеlğnоqо). II. pril. Sörrеalistiçеsкiy.  Sürrealizm cərəyanı  
sörrеalistiçеsкое tеçеniе (napravlеniе)” (1,4,294). 
Bununla kifayətlənməyib Lüğət sürrealist sözünü də verir.  
Sürrealizm termini futurizm termini ilə vahid faktoloji, elmi və leksik-
semantik paradiqma yaradır, ona görə heç ola bilməz ki, bir dildə  futurizm 
sözü olsun, sürrealizm sözü – olmasın. Qeyd etdiyimiz kimi, Lüğət tamamilə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə