Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə55/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   51   52   53   54   55   56   57   58   ...   116

 
 
MÜASİR AZƏRBAYCAN DİLİ VƏ TERMİNOLOGİYA  MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.140 
 
yərli  şeylər satılan bazarlarda alıcılarla satıcılar arasında saziş bağlayan 
vasitəçilər. 
   Dividend  – səhmdar cəmiyyətin gəlirinin bir hissəsi, vergilər ödənil-
dikdən, istehsalın genişləndirilməsinə vəsait ayrıldıqdan, ehtiyat artırıldıqdan, 
istiqrazların faizi ödənildikdən və direktorlar mükafatlandırıldıqdan sonra hər 
il səhmdarlar arasında bölüşdürülən gəlir...”. 
   Bu illərdən Azərbaycan dilçiliyində mətnlərin avtomatik işlənməsi sa-
həsi də meydana gəlmişdir. Bu sahə ilə V.Pines, K.Vəliyeva, M.Mahmudov 
kimi tanınmış dilçilər məşğul olmuş və dilçiliyimizdə mətnlərin avtomatik iş-
lənməsi sahəsinin əsasını qoymuşlar. Onlar hələ XX əsrin 70-80-ci illərində bu 
sahə ilə bağlı namizədlik dissertasiyaları müdafiə etmiş, 90-cı illərdə isə bu 
istiqamətdə daha intensiv araşdırmalar aparan M.Mahmudov və K.Vəliyeva 
uğurlu tədqiqat  əsərlərini - doktorluq dissertasiyalarını  meydana qoymuş, 
müvafiq olaraq 1994-cü və 1997-ci illərdə müvəffəqiyyətlə  müdafiə etmişlər. 
Bununla da, dilçiliyin inkişafında keyfiyyətcə yeni bir mərhələ - riyaziy-
yatın, kibernetika elmləri komplekslərinin, hesablama texnikasının nüfüzü ilə 
səciyyələnən kompüter dilçiliyi mərhələsi başlandı  
Hazırda informasiya texnologiyasının, kompüter, telekommunikasiya və 
s. sahələrin inkişaf etməsi ilə  əlaqədar dildə yeni-yeni terminlər də meydana 
gəlmişdir.   
   Azərbaycanda müstəqillik  əldə edildikdən, respublikamız suverenlik 
qazandıqdan sonra, sosializm ictimai-iqtisadi formasiyasının süqutundan sonra 
ölkəmizdə yeni quruluş, yeni milli təfəkkür oyanışı özünü göstərdi. Xüsusən 
də 90-cı illərin II yarısından başlayaraq elm sahəsində də millilik, milli men-
talitetlik hiss olunmağa başladı, milli-mənəvi dəyərlər inkişaf etməyə doğru 
irəlilədi. Milli iqtisadiyyatımızı, beynəlxalq, yeni xarici və daxili siyasətimizi 
əks etdirən yeni-yeni əsərlər meydana gəldi, elmdə milli yeniliklər, milli şüur 
hissləri mətbuatda da özünü göstərdi və kütləvi informasiya vasitələri ictimai 
elmlər üslubunun funksionalizmini artırdı. Bütün bunları rəğmən həyatda 90-
cı illərdə,  ələlxüsus da 1995-ci ildən sonra həyatda ziyalıların rolu artmağa 
başladı, elmi tədqiqat işlərinin həcmi milli xüsusiyyətlər çərçivəsində geniş-
ləndi. 90-cı illərin  əvvəllərindən başlayaraq hal-hazıra kimi beynəlmiləl ter-
minlərin işlənmə tezliyi də artmağa başları. 
   Bütün  bunlarla  yanaşı, dövlətimiz Azərbaycan dilinin inkişafı üçün 
hərtərəfli qayğı göstərir. Bu, milli Konstitusiyamızda da öz əksini tapmışdır. 
Belə ki, Azərbaycan dilinin respublikamızda dövlət dili kimi hüquq qazan-


 
 
MÜASİR AZƏRBAYCAN DİLİ VƏ TERMİNOLOGİYA  MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.141 
 
ması, bu haqda qanun çıxması  və ölkə Prezidenti Heydər  Əliyev tərəfindən 
fərman verməsi bunun bariz nümunəsidir. 
Konstitusiya əsasında Dövlət dili statusu aldıqdan sonra Azərbaycan di-
linin ünsiyyət vasitəsi kimi işlənmə dairəsi xeyli genişlənmişdir. Hazırda küt-
ləvi-informasiya vasitələrində, nəşriyyatlarda, elmi-tədqiqat müəssisələrində, 
təhsil bə tərbiyə ocaqlarında – uşaq bağçaları,orta və ali məktəblərdə, bir söz-
lə, ictimai həyatımızın ən müxtəlif sahələrində Azərbaycan dili maneəsiz tət-
biq olunur. 
Beynəlxalq əlaqələr genişlənib böyük vüsət aldıqca elm, təhsil, iqtisadiy-
yat və  mədəniyyət, dövlət quruculuğu, daxili və xarici siyasət məsələləri ilə 
bağlı dilimizdə yeni söz və ifadələrin işlədilməsi də genişlənir. 
Ölkə Prezidentinin fəaliyyəti nəticəsində Azərbaycan dilinin adı da, sta-
tusu da yenidən bərpa olunmuş, onun hərtərəfli inkişafı üçün geniş imkanlar 
əldə edilmişdir. Bu isə ana dilimizin, xüsusən dilimizin terminologiyasının 
zənginləşməsinə, təkmilləşməsinə və sabitləşməsinə yetirilən böyük diqqətdir. 
Azərbaycan dilinin ümumi inkişaf istiqaməti onun terminologiyasının da 
formalaşmasıdır. İndiyə qədər, demək olar ki, Azərbaycan dilinin terminologi-
yasının yaradılması ilə əlaqədar mühüm işlər görülmüşdür. Bununla belə, dili-
mizin imkanlarından kifayət qədər istifadə olunmadığına görə, lüğətlərdə, elmi 
əsərlərdə, ali və orta məktəb dərsliklərində, tərcümədə rus dilindəki hazır 
sözlər götürülüb işlədilirdi. Hazırda isə proses başqa cürdür. İndi dilimizdə ye-
ni sözlər və çox vaxt bəzi terminlərin qarşılığı olmadığı halda dilimizdə birba-
şa alınıb işlədilməsi müəyyən çətinlikləri aradan qaldırır. Bununla belə, hər 
hansı sahədə olursa-olsun, yeni terminlər yaradılarkən ilk növbədə ana dilinin 
lüğət tərkibinə dərindən nəzər salmaq, onun söz yaradıcılığı vasitələrindən sə-
mərəli istifadə etmək lazımdır. Belə ki, müasir dilimizdə müxtəlif üsullarla, o 
cümlədən mövcud sözlərə şəkilçilərin artırılması – məs.: kompüterçi, firması, 
yenilikçi  və s. – iki və daha artıq sözün birləşdirilməsi, ümumişlək sözlərə 
xüsusi terminoloji məna verilməsi yolu ilə terminlər yaratmaq mümkündür. 
Bəzi hallarda hər gün kütləvi informasiya vasitələrində konsorsium, di-
videntaksiya, inflyasiya, lisenziya, tender, ombudsman, ambisiya, destruk-
tiv,  dezinformasiya  və s. yüzlərcə bu tipli alınma terminlər işlədilir. Lakin 
oxucuların, eləcə  də radio-televiziya dinləyicilərinin  əksəriyyəti bu sözlərin 
mənasını anlamırlar. Buna görə  də dili sadələşdirmək lazımdır. Yoxsa qəliz 
terminləri dildə işlətmək həmin dilin qayğısına qalmaq deyil, əksinə, onu daha 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə