Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə54/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   50   51   52   53   54   55   56   57   ...   116

 
 
MÜASİR AZƏRBAYCAN DİLİ VƏ TERMİNOLOGİYA  MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.138 
 
malar sırasına belə daxil etmək mümkün deyildir. Dildə alınma həddinə düş-
məyən belə sözlər öz yeniliyi ilə ancaq ekzotik səciyyə daşıyır. 
Dildə informasiya axını güclü olduğuna görə  həmin ekzotizmlərin işlə-
dilməsi praktik bir zərurət halını alır. Baxmayaraq ki, həmin terminlərin bir 
çoxu dilimizin orfoqrafiya lüğətində yoxdur. 
Vaxtilə (30-cu illərdə) işlədilən  vunderkind,  unsiya kimi terminlər ha-
zırda da mətbuat dilində  işlədilməkdədir. O cümlədən  konyuktur,  dizayn, 
prioritet, elitalisenziyainterpretasiyamiqrasiya, genosid və s. terminlər də 
həmçinin mətbuat dilində öz əksini tapmışdır.  
    90-cı illərin  əvvəlində  həm ictimai-siyasi sahədə, həm də texnika 
sahəsində xarici dillərdən dilimizə yeni-yeni terminlər də keçmişdir. Onu da 
qeyd edək ki, bu cür terminlər keçmiş SSRİ dövründə rus dili vasitəsilə ke-
çirdisə, hazırda həmin sözlər birbaşa dilimizdə əksini tapmışdır. Həmin söz və 
terminlərin dilimizdə işlədilməsində mətbuat orqanlarının böyük rolunu qeyd 
etməmək olmaz. Odur ki, mətbuat orqanları vasitəsilə dilə keçən terminlərin 
bir neçəsinə aşağıdakı nümunələrdə rast gəlirik: 
“Dövlət heyvanları aləminin uçotu kadastr və monitorinqi sistemini ya-
ratmalı...” (“Respublika” qəzeti); “Yuxarıda göstərilən  lotlar üzrə öz tender 
təkliflərini möhürlənmiş ... təqdim etsinlər” (“Xalq qəzeti”); “Və bu prosesdə 
əsas maliyyəçi-donorlar kimi ... İsveçrə hökuməti yaxından iştirak edir” 
(“Yeni Azərbaycan” qəzeti); “Vahid milli gen bankı yaratmaqla bütün dəyərli 
genofondunun bir mərkəzdən idarə olunmaqla yaxın ərazılərdə toplanması...” 
(“Elm” qəzeti) və s. 
   Alınmalarla yanaşı mətbuatda milli dilimizə məxsus yeni yaranan söz-
lərə də rast gəlmək olur. Məsələn, “Bu müxalifət-daxili proseslərin kəskinləş-
məsinə sirayət edən fikirdir” (“Yeni Azərbaycan” qəzeti); “Bu oyun Rusiyanın 
ORT proqramı ilə birbaşa yayımlanacaq” (“Xalq qəzeti”); “Bu olay ətrafında 
müxalifyönlü kütləvi informasiya vasitələri ilə siyasi hay-küy kampaniyasına 
başladı” (“Azərbaycan” qəzeti) və s. 
   Bu dövrlərdə yeni terminlərin artması ilə əlaqədar yeni lüğətlərin tək-
milləşərək təzədən çap olunmasına ehtiyac artmışdır. Belə lüğətlərdən biri 
elektrotexnikaya aid çap olunmuş terminlər sözlüyüdür. Bu sahəyə aid termi-
noloji lüğətin çapı artıq öz həllini tapmalı idi. Çünki ölkəmizdə elektrotex-
nikadan bəhs edən zəngin nəzəri ədəbiyyat yaradılmış, ixtisaslı kadrlar hazır-
lanmışdır. Elektrotexnika sahəsi genişləndikcə müxtəlif terminlər də yaradıl-
mış, hər hansı bir anlayışı ifadə etmək üçün dilimizə keçmişdir. Beləliklə də, 


 
 
MÜASİR AZƏRBAYCAN DİLİ VƏ TERMİNOLOGİYA  MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.139 
 
müxtəlif terminlərin ana dilimizdə qarşılığını axtarıb tapmaq zərurəti yaran-
mışdır. Bunun nəticəsində də yeni bir “Rusca-azərbaycanca elektrotexnika ter-
minləri lüğəti” [1] hazırlanıb çap olunmuşdur. 
Z.Kazımzadə  və R.Kazımzadənin tərtib etdikləri hazırkı lüğətdə söz-
termin birləşmələri  əksəriyyət təşkil edir ki, bunlar birinci, ikinci və üçüncü 
növ təyini söz birləşmələri əsasında formalaşmışdır. 
I növ təyini söz birləşmələri hər iki tərəfi şəkilçisiz olan birləşmələrdir. 
Məsələn,  harmonik membran,  etalon sarğac,  elastik kabel,  aktiv cərəyan
ikiqat gərginlik və s. 
II növ təyini söz birləşmələrinin birinci tərəfi hər bir qrammatik-morfo-
loji əlamət qəbul etmir, ikinci tərəfi isə mənsubiyyət şəkilçisi qəbul edir: anod 
cərəyanı,elektrik indikatoruelektrik aparatlarıinduktiv cərəyanı və s. 
III növə aid olan elektrotexnika termin birləşmələrinin bəziləri üç sözün 
birləşməsindən ibarətdir. Məs.:  kondensatorlu elektrik mühərriki,  induksiya 
elektrik sobasıfasiləsiz elektrik təchizatıyuxarı tezliklər süzgəci və s. 
Respublikamız müstəqillik qazandıqdan sonra bazar munasibətlərinin 
fəaliyyət mexanizmi də inkişaf etməyə başlamışdır. Xarici şirkətlərin ölkəmiz-
də  və bizim şirkətlərin xarici ölkələrdə  fəaliyyəti getdikcə artmağa başladı. 
Bütün bu cür əlaqələrin yaranması və inkişafı dilə də öz təsirini göstərmişdir. 
Belə ki, belə bir prosesdə dilimizə müəyyən anlayışları əks etdirən yeni-yeni 
terminlər də keçməyə başladı. Həmin terminlərdən  dempinq,  dosye,  klirinq, 
lizinq,  marketinq,  menecer,  reytinq, reimport,  çarter  və s. misal göstərmək 
olar.  
Xarici iqtisadi əlaqələr inkişaf etdikcə bu sahədə  işlənən terminlərə  də 
ehtiyac artmağa başlamışdır. Ona görə  də bütün bunları  nəzərə alaraq 
K.Şükürov, F.Ələskərov və A.Hüseynov kollektiv halda gözəl bir lüğət tərtib 
edib çap etdirmişlər [2]. 
Lüğətdə 600-dək termin toplanmışdır və izah xarakteri daşıyır. Burada 
verilmiş termin və termin birləşmələrinin hamısının izahı verilmişdir. Ter-
minlərlə tanışlıq tam imkan verir ki, iqtisadi inkişafın mənbəyini göstərilsin, 
sosial gərginliklərin aradan qaldırılmasının və milli dirçəlişin  əsasını bazar 
mexanizminin təşkil etdiyini sübuta yetirilsin. 
Lüğətdən bir neçə nümunəni qısa şəkildə göstərməyi məqsədəuyğun he-
sab etdik. 
Brokerlər – fond və əmtəə birjalarında, valyuta, sığorta və gəmi kirələ-
mə müqavilələrində, əmtəə, mal qiymətləri kağızlarında, valyuta və digər də-


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə