Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə56/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   52   53   54   55   56   57   58   59   ...   116

 
 
MÜASİR AZƏRBAYCAN DİLİ VƏ TERMİNOLOGİYA  MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.142 
 
da qəlizləşdirmək, anlaşılmaz hala salmaq deməkdir. Buna görə də dili olduq-
ca sadələşdirmək, ehtiyac olduğu halda həmin terminləri işlətmək lazımdır. 
   Ümumiyyətlə, informasiya-telekommunikasiya, elektrotexnika və s. 
texnologiyaların yüksək dərəcədə inkişaf edib yayılması bu sahələrdə işlənən 
yeni söz və terminlərin sayı da çox sürətlə artmağa başlayır. Belə bir şəraitdə 
nəinki bu sahədə terminoloji lüğətlərin yaradılmasına, həm də onlardan səmə-
rəli istifadə etməyin öyrədilməsinə böyük zərurət yaranmışdır. Yeni informa-
siya texnologiyaları inkişaf etdikçə uyğun terminologiya da əhəmiyyətli 
dərəcədə genişlənmişdir. Ona görə də belə bir şəraitdə terminoloji lüğətlər çox 
əhəmiyyətli rol oynayır. Bu sahədə indiyə qədər mövcud olan və mütəxəssislər 
tərəfindən qəbul olunmuş terminologiya şübhəsiz ki, ingilis dillidir. Rusdilli 
ədəbiyyatda da informatikaya aid xeyli terminlərin birqiymətli tərcümə  və 
izahını verən lüğətlər vardır.  
İnformatika üzrə azərbaycandilli terminologiya ilə bağlı da müəyyən iş-
lər görülmüşdür. Belə ki, bu sahə ilə əlaqədar bir neçə dərslik və lüğət yazılıb 
tərtib olunmuşdur. Bu cür lüğətlərdən biri 1993-cü ildə çıxmasına baxmayaraq 
ilk təcrübə kimi burada xeyli çatışmazlıqlar və nöqsanlar mövcud idi. Bütün 
bunlar nəzərə alınmaqla lüğətin yenidən təkmilləşdirilmiş variantı iki cilddə 
1996-cı ildə türk terminləri də əlavə olunmaqla yenidən nəşr edilmişdir [3]. Bu 
izahlı lüğətdə informatikanın proqramlaşdırma sistemləri və dilləri, proqram 
təminatı və tətbiqi proqramlar, əməliyyat sistemləri, verilənlər və biliklər ba-
zaları, ekspert sistemləri, kompüterlər, kompüter sistemləri və şəbəkələri əhatə 
edən 2901 rusca-ingiliscə-azərbaycanca-türkcə termin və termin-söz birləş-
mələri toplanmış və onların Azərbaycan dilində izahları da verilmişdir.            
Müəlliflər lüğəti tərtib edərkən bir çox mənbələrdən istifadə etmiş, ki-
tabın giriş hissəsində göstərildiyi kimi 10000-dən artıq termin araşdırmış, 
onlardan 3000-ə qədərini lüğətə daxil etmişlər. 
90-cı illərin II-ci yarısında dini elmlər sahəsini əks etdirən yeni lüğətin 
nəşrini də müsbət hal kimi qeyd etmək olar. Doğrudur, dini terminlərin dilimi-
zə keçərək işlənməsi VP əsrdən başlasa da, Azərbaycan dilçiliyində bu sahəyə 
aid belə bir mükəmməl lüğət hələ indiyə kimi tərtib edilib çap olunmamışdır. 
Çünki keçmiş SSRİ dövründə dinə qarşı aparılan amansız və ardıcıl mübarizə 
kampaniyası xalqımızı hər şeydən məhrum etmişdir. Dini ədəbiyyatların nəşri 
qadağan edilmiş, mədrəsə qapanmış, bu sahədə heç bir iş görülməmişdir. Hət-
ta hər hansı biri ilahiyyata dair nümunələrin xaricdən gətirilməsinə belə qada-
ğa qoyulmuşdur. Lakin buna baxmayaraq hamımız öz əqidə və inamı ilə bağlı 


 
 
MÜASİR AZƏRBAYCAN DİLİ VƏ TERMİNOLOGİYA  MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.143 
 
düşünçə və fikirlərini ayrı-ayrı sözlərdə və ifadələrdə yaşatmışdır. Yalnız ölkə-
miz müstəqillik əldə etdikdən sonra islam dini geniş yayılmağa başlamışdır.  
   Hazırda dinə qarşı maraq artmış, islam dini daha geniş vüsət almışdır. 
Bu baxımdan Qurani-Kərimin Azərbaycan dilinə  tərcüməsi və çap olunması 
təqdirəlayiqdir. 
   Son illər Azərbaycan dilində dinə aid bir çox kitablar nəşr edilmiş və 
bu iş hazırda da davam edir. Bütün bunlarla yanaşı N.Seyidəliyevin nəşr etdir-
diyi “Dini terminlər lüğəti”[4] də Azərbaycan terminologiyası sahəsində yeni 
addımdır. Lüğət quruluşuna görə orijinal və əhəmiyyətlidir. Bu lüğətdə təkcə 
islam dini ilə deyil, digər səmavi(ilahi) dinlərlə bağlı sözlərin məna açımı, iza-
hı təqdim edilir. Odur ki, lüğətdən bir neçə nümunə təqdim edirik: 
   “Abid – İbadətlə məşğul olan adam, vaxtını ibadətlə keçirən adam. 
   Buddizm – Eramızdan  əvvəl VI-V əsrlərdə Hindistanda meydana 
gəlmiş din; Budda dini. 
   Buraq – İslam dinində Məhəmməd peyğəmbərin merac gecəsi mindiyi 
adam başli və at bədənli bir heyvanın adı. 
   İndulgensiya – Katolik kilsəsində “günah”ların tam və ya qismən ba-
ğışlanması və bu haqda kilsə tərəfindən, Roma papası adından pul ilə verilən 
şəhadətnamə”. 
   Bu cür misalları çox artırmaq olardı, lakin bununla kifayətlənirik. Onu 
da qeyd edək ki, “Dini terminlər lüğəti”ndə 1500-ə qədər belə söz və terminin 
şərhi və izahı verilmişdir. 
   Məlumdur ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra respublikamızın   
neft və qaz sənayesinə xarici şirkətlərin də marağı daha da çox cəlb olunmuş-
dur. Belə ki, bir neçə neft müqavilələrinin bağlanması, xarici şirkətlərin res-
publikamıza axını və bu sahədə bir çox nailiyyətlərin qazanılması bunun bariz 
nümunəsidir. “Şirvan Oyl”, “Şlumberqer”, “Lukoyl”, “Şahdəniz” və onlarca 
belə neft yataqlarının kəşfi xarici marağı daha özünə cəlb etmişdir. 
   Xarici şirkətlərin ölkəmizə axını və neft sənayesinin sürətlə inkişafı bu 
sahədə yeni-yeni söz və terminlərin işlənmə dairəsini də genişləndirmişdir. 
Buna görə də neft və qaz sənayesində istifadə olunan texniki ədəbiyyatın əksə-
riyyətinin xarici dillərdə olması, lazım olan sənədlərin Azərbaycan dilində 
hazırlanması bir çox çətinliklər yaradırdı. O cümlədən də ingilis dilinin geniş 
yazılması  və terminlərin də  əksəriyyətinin bu dildə  işlədilərək dilimizə keç-
məsi o dili öyrənmək tələbini də irəli sürürdü. Ona görə də bu sahədə çoxdilli 
lüğətlərin hazırlanıb nəşr olunması vacib məsələlərdən idi. Bu çətinliyi müəy-


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə