Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə60/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   56   57   58   59   60   61   62   63   ...   116

 
 
MÜASİR AZƏRBAYCAN DİLİ VƏ TERMİNOLOGİYA  MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.152 
 
haqlıdır – müasir Azərbaycan dilinin semantik sistemində,  şübhəsiz,  sür-
realizm termini var və bu söz semantik müəyyənliyə malikdir.  
Elə  həmin səbəbə görə  də, ARL-də  dadaizm termininin verilməməsi 
tamamilə anlaşılmaz qalır. Iş orasındadır ki, futurizmsürrealizm və dadaizm 
terminləri vahid paradiqma yaradır və bu paradiqmanın adı  avanqardizmdir. 
Çox maraqlıdır ki, Lüğətdə avanqardizm termini verilməsə də, sürrealizm ter-
mininə  həsr olunmuş  təyində  avanqardistsкое napravlеniе sözbirləşməsi iş-
lədilir. 
Gördüyümüz kimi, ARL-in materiallarına görə, Azərbaycan dilində 
avanqardizm termini və, deməli, avabqardizmin özü yoxdur, onu təşkil edən 
cərəyanlardan isə ikisi var, biri isə – yoxdur.  
Digər bu qəbildən olan leksik-semantik paradiqmanın verilməsində  də 
nöqsanlar özünü göstərir. Məsələn,  modernizm termini də müəyyən paradiq-
manın ümumi adı sayıla bilər. Bu paradiqmaya simvolizm,  akmeizm  və  ek-
spressionizm terminləri daxildir. Ümumi ad olan modernizm termini ARL-də 
belə izah olunur:“MODERNİZM I suh. Mоdеrnizm (оbhее nazvaniе razliçnıх 
napravlеniy v burcuaznоy filоsоfii, isкusstvе i litеraturе  коnüa XIX–naçala 
XX v., prоtivоpоlоcnıх 
rеalizmu); II pril. Mоdеrnistsкiy, 
mоdеrnistiçеsкiy(prоniкnutıy mоdеrnizmоm). 
Modernizm cərəyanı 
mоdеrnistiçеsкое tеçеniе”(1,3,463).  
Lüğət məqaləsi, fikrimizcə, dəqiq deyil. Ilk növbədə, göstərilmir ki, mo-
dernizm bir estetik hadisə kimi realizmdən nə ilə fərqlənir və nə üçün realizmə 
qarşı durur.  
Terminin daxili formasından çıxış etsək, modernizm sadəcə “yeniliyə üz 
tutan”, “yenilik gətirən” deməkdir. Leksik mənası isə konkret sahədən asılı 
olaraq müxtəliflik kəsb edə bilər. Lakin bu müxtəliflikdə ümumi mənanı təşkil 
edən semlər dəqiq müəyyən olunmalıdır. Bu baxımdan “realizmə qarşı dur-
maq” hələ heç nə demək deyil, qarşıdurmanın mahiyyəti göstərilməlidir. Mə-
sələn, belə hesab olunur ki, A.Eynşteynin nəzəriyyəsi fizika sahəsində moder-
nist nəzəriyyədir. Onun modernistliyi zaman və məkan haqqında hökm sürən 
ənənəvi təsəvvürləri alt-üst etməkdədir. 
Lüğət təyinindən belə çıxır ki, Eynşteynin nəzəriyyəsi realizmə zidd olan 
burjua elmidir. Lakin nə bu nəzəriyyənin burjualığı, nə də onun antirealizmliyi 
bilinmir. Əslində Eynşteynin yaratdığı yeni baxışlar sistemi də realdır, sadəcə 
bu nəzəriyyənin reallığı indiyə qədər çoxları tərəfindən dərk olunmur.  


 
 
MÜASİR AZƏRBAYCAN DİLİ VƏ TERMİNOLOGİYA  MƏSƏLƏLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.153 
 
Lüğət məqaləsinin quruluşu özü-özlüyündə bu qarşıdurmanın açıqlan-
masını tələb edir. Gördüyümüz kimi, modernizmin realizmə zidd olması fəlsə-
fəni, incəsənəti və ədəbiyyatı əhatə edir. Bir səciyyəvi xüsusiyyət göstərilmə-
dən cəmiyyətin həyatında çox mühüm yer tutan üç sahə göstərilir.  
Məqalədə modernizmin zaman çərçivəsi də göstərilir: 19-cu əsrin sonu 
və 20-ci əsrin əvvəlləri. Belə çıxır ki, 20-ci əsrin əvvəllərindən sonra moder-
nizm inkişaf etməyib. Əlbəttə, bu iddianı da şübhə altına almaq olar.  
Maraqlıdır, Azərbaycan dilində  modernizm termini işlənirsə, azərbay-
canlılar bu sözü işlədəndə hansı fəlsəfi, ədəbi və incəsənət hadisələrini xatır-
layırlar, realizmə bu hadisələrin zidd olmasını nədə görürlər? 
Əgər ədəbiyyatda avanqardizm futurizm, sürrealizm və dadaizmdən iba-
rətdirsə, modernizm simvolizm, akmeizm və ekspressionizmdən ibarətdir. Yə-
ni avanqardizm kimi modernizm də ümumi addır. Deməli, müasir Azərbaycan 
dilində  modernizm termini mövcuddursa, simvolizm,  akmeizm  və  ekspressio-
nizm terminləri də mövcuddur. Həqiqətən də, ARL-də bu üç termin əksini ta-
pır. Lakin bunların təyinləri qənaətbəxş deyil. Lüğət məqalələrin müqayisə 
edək.  
Simvolizm  termini ARL-də belə izah olunur:“suh. simvоlizm (naprav-
lеniе v еvrоpеysкоm i russкоm isкusstvе  коnüa XIX – naçala XX vv., 
vıdvinuvşее v кaçеstvе svоеqо  хudоcеstvеnnоqо priеma simvоl,  коtоrıy 
pоnimalsə  кaк srеdstvо  vıracеniə  nеpоsticimоy suhnоsti prеdmеtоv i 
əvlеniy)”(1,4,156).  
Ekspressionizm termini: “suh. gкsprеssiоnizm (napravlеniе v burcuaz-
nоm isкusstvе i litеraturе pеrvоy pоlоvinı  ХХ v., prоvоzqlaşavşее  оsnоvnоy 
zadaçеy vıracеniе vnutrеnnеqо mira хudоcniкa, subcекtivnıх 
pеrеcivaniy)”(1,2,212). 
Nəhayət,  akmeizm:“AKMEİZM suh. lit. aкmеizm (tеçеniе v russкоy 
pоgzii 1912-1921 qq.)”(1,1,94).  
Akmeizm termininin izahı əslində heç yoxdur. Simvolizm və ekspressio-
nizm terminlərinə həsr olunmuş məqalələr ensiklopedik məlumatları xatırladır, 
tərtibçilər terminlərin əsas məzmununu açıqlamağa calışır və buna nail olurlar. 
Hər iki məqalədə fundamental semlər verilir ki, bunlar leksik mənaların 
siqnifikatları haqqında tam və dolğun təsəvvür yarada bilir. Beləliklə, 
siqnifikatların düzgün verilməsi müvafiq hadisələr haqqında aydın təsəvvür 
yarada bilir. Məsələn, birinci təyində “rəmzi əşyaların anlaşılmaz mahiyyətini 
ifadə etməyin yeganə vasitəsi” kimi qəbul etmək, ikincidə – “incəsənətin əsas 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə