Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə113/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   108   109   110   111   112   113   114   115   116

2007-CI İLDƏ 
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN 
ASPİRANT VƏ DİSSERTANTLARININ DİSSERTASİYA 
MÜDAFİƏLƏRİ 
______________________________________________________ 
_________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh. 296 
 
 
 
Şəkər Orucova.Türk dillərində xitab.    
Bu tədqiqat işində müəllif xitabı cümlə üzvləri ilə sintaktik əlaqəyə girə 
bilməyən, lakin cümlə ilə bağlı sintaktik kateqoriya kimi təqdim etmişdir. 
Dissertasiya işi  giriş, 3 fəsil, nəticə  və  istifadə olunmuş  ədəbiyyat 
siyahısından ibarətdir. 
Dissertasiyanın “Giriş” hissəsində işin ümumi səciyyəsi verilmişdir. 
I fəsil “Türk dillərində xitab və  həmhüdud kateqoriyalar” adlanır. Bu 
fəsildə xitabın tədqiqi tarixinə nəzər salınmış, onun vokativlər, adlıq cümlələr, 
eləcə də mübtəda ilə oxşar və fərqli cəhətləri araşdırılmışdır. Dissertasiyanın 
bu hissəsində, həmçinin xitab və həmcins üzvlər, xitab və əlavələr məsələsinə 
də aydınlıq gətirilmiş, onun cümlədəki yeri haqqında fikir söylənilmişdir. 
Türk dillərindən toplanılmış materialların müqayisəsi yolu ilə aparılan bu 
dissertasiyanın  II fəslində xitabların qrammatik ifadə vasitələri və leksik-
semantik xüsusiyyətləri araşdırılmışdır. 
Beş bölmədən ibarət  III fəsil “Türk dillərində xitabların üslubi funk-
siyaları” adlanır.Bu hissədə sintaktik təkrarlar, bədii təyinlər, troplar, tabu, 
evfemizm, disfemizm, təqlidi sözlər və s. ilə ifadə olunan xitabların üslubi 
funksiyaları təhlil olunmuşdur. 
9 bənddən ibarət  “Nəticə” hissəsində  tədqiqatın elmi-nəzəri və statistik 
müddəaları öz əksini tapmışdır. 
       
 


2007-Cİ İLDƏ 
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN  
NƏŞR OLUNMUŞ ELMİ ƏSƏRLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh. 297 
                                                                Elçin MƏMMƏDOV 
filologiya elmləri namizədi 
 
2007-CI ILIN YENI NƏŞRLƏRI 
Artıq 2007-ci il başa çatıb. Ötən illərlə müqayisədə bu il AMEA Nəsimi  
adına Dilçilik  Institutu üçün daha uğurlu olmuşdur. Bu müvəffəqiyyət nəşr 
olunan kitabların həm kəmiyyətində, həm də keyfiyyətində müşahidə olunur. 
Dilçilik Institutunun onomastika şöbəsində kollektivin hazırlayıb, elmi 
ictimaiyyətə təqdim etdiyi «Azərbaycan dilinin böyük izahlı onomastik lüğəti. 
I kitab. Antroponimlər» əsəri praktik əhəmiyyəti ilə diqqəti cəlb edir. Sonrakı 
illərdə davamı olacaq bu lüğətdə dilimizdə işlənmiş antroponimlər toplanmış 
və onların mənaları izah olunmuşdur. Lüğətdəki baş  məqalələrdə  şəxs 
adlarının alındığı dilin adı,yaxud tarixən hansı dilə mənsubluğu göstərilmişdir. 
Respublikamızda ilk dəfədir ki, nəşr olunan «Böyük Izahlı Onomastik 
Adlar lüğəti»ndə 5000-dən artıq şəxs adı toplanmışdır. 
Bu lüğətə ön söz yazmış f.e.d.I.O.Məmmədov onu özündən  əvvəl nəşr 
olunan eyni məqsədli lüğətlərdən bəzi keyfiyyətlərinə görə fərqləndirmişdir: 
«1)Bu yeni lüğətin sözlüyü digərlərindən nəzərə çarpacaq dərəcədə 
böyükdür; 
2)Lüğətdə yalnız  şəxs adları deyil, həmçinin antroponimlər kateqoriya-
sına aid olan familyalar, təxəllüslər, ləqəblər və nisbələr də verilir; 
3)Başqa bu tipli lüğətlərdən fərli olaraq burada Cılxıs, Iranə, Sala, Tafta, 
Zamiq kimi nadir adlar da verilmişdir».
1
 
Onomastika  şöbəsində  nəşr olunan kitablardan biri də f.e.n.Elmira 
Əhmədovanın «Azərbaycan etnonimləri(leksik-semantik və struktur xüsusiy-
yətlər)»  əsəridir. Kitabda etnonimikanın bir elm sahəsi kimi formalaşması, 
Azərbaycan etnonimlərinin tədqiqi tarixi, onların əks olunduğu tarixi mənbələr 
haqda məlumat verilmiş, etnonimlərin leksik-semantik və struktur-linqvistik 
təhlili aparılmışdır. 
Azərbaycan etnonimlərinin tədqiqinə həsr olunmuş bu monoqrafiya «ilk 
növbədə, müasir gəncləri millilik və vətənpərvərlik ruhunda tərbiyə etmək, on-
lara keçmişini, ulu babalarını, soyunu-kökünü tanıtmaq, dillərinin formalaşma 
və inkişaf tarixini və s. öyrətmək baxımından çox böyük əhəmiyyət kəsb 
edir».
 2
 
                                                 
1
 Azərbaycan dilinin böyük izahlı onomastik lüğəti, I kitab,Antroponimlər, Bakı,2007,səh.8. 
 
2
Əhmədova Е.Azərbaycan еtnonimləri (lеksik-sеmantik və struktur хüsusiyyətlər),Bakı,2007,s.6.
 


2007-Cİ İLDƏ 
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN  
NƏŞR OLUNMUŞ ELMİ ƏSƏRLƏRİ 
____________________________________________________________________ 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh. 298 
 Sözügedən  şöbənin müdiri f.e.d. prof.Q.I.Məşədiyev də ötən 2007-ci 
ildə maraqlı bir kitab nəşr etdirmişdir. «Azərbaycan toponimlərinin tarixi-
linqvistik təhlili» adlanan bu monoqrafiya müəllifin 1990-cı ildə çap olunmuş 
«Zaqafqaziyanın Azərbaycan toponimləri» əsərinin davamı təsirini bağışlayır. 
Belə ki,burada «Qafqaz ərazi və tayfalarının təsviri materialları  məcmuə-
si»ndə(SMOMPK) qeydə alınmış Azərbaycan(türk) mənşəli toponimlərin 
tarixi-linqvistik və etimoloji təhlili aparılmış, dil mənsubiyyəti, struktur-
semantik tipləri, morfoloji, sintaktik xüsusiyyətləri araşdırılmış, onlar 
xarakterinə görə ümumiləşdirilərək sistemləşdirilmişdir. Azərbaycan, Gürcüs-
tan və indiki Ermənistan deyilən  ərazilərdə olan türk mənşəli toponimlərin 
paralelləri verilmişdir. 
Kitab onomastik vahidləri öyrənən mütəxəssislər, ali məktəb tələbələri, 
elmi işçilər, aspirant və magistrlər üçün dəyərli mənbə sayıla bilər. 
Onomastika şöbəsində nəşr olunan kitablardan biri də f.e.n.Elşad Abışo-
vun «El-oba adlarının izi ilə(Laçın)» monoqrafiyasıdır.Əsərdə Laçın rayonu 
onomastik vahidləri (toponimlər və hidronimlər  əsasında) tədqiq olunaraq 
mənşəyinə görə qruplaşdırılır, onların leksik-semantik, etimoloji, struktur-
sintaktik xüsusiyyətləri, həmçinin paraleli olan coğrafi adların yayılma arealı 
araşdırılır. 
Nəsimi adına Dilçilik Institutunun dialektologiya şöbəsinin  əməkdaşları 
da ötən 2007-ci ildə  məhsuldar fəaliyyət göstərmiş  və bir neçə kitab nəşr 
etdirmişlər.  Şöbənin böyük elmi işçisi, f.e.n.Şahlar Məmmədovun «Azər-
baycan dilinin Yardımlı rayon şivələri» adlı monoqrafiyasında sözügedən əra-
zinin dialekt materialı Azərbaycan dilçiliyində ilk dəfə olaraq fonetik, leksik 
və qrammatik səviyyələrdə  tədqiqata cəlb edilmiş  və maraqlı  şivə faktları 
aşkar edilmişdir. Yardımlı rayon şivələrində  şərq və  qərb qrupunun 
xüsusiyyətələrini müşahidə edən müəllif mövcud araşdırmaları təhlil və analiz 
edərək onun Azərbaycan dilinin «cənub qrupuna aid edilməsini daha 
məqsədəuyğun»
1
 saymışdır. 
Dialektologiya  şöbəsinin  əməkdaşı, f.e.n.Güntəkin Binnətovanın «Azər-
baycan dilinin Lerik rayonu şivələri» monoqrafiyası da müasir dialektologiya 
elminə qiymətli töhvələrdən sayıla bilər. Monoqrafiyada Azərbaycan dilinin 
Lerik rayonu şivələri sistemli şəkildə  tədqiq olunmuşdur. Dialektoloji 
materiallara  əsasən bu şivələrin Azərbaycan dili şivələri içərisində tutduğu 
mövqeyi müəyyənləşdirilmiş, onun spesifik fonetik, qrammatik və leksik xü-
susiyyətləri üzə  çıxarılmış, müasir ədəbi dil, habelə digər  şivələrlə oxşar və 
                                                 
1
 
Məmmədov Ş. Azərbaycan dilinin Yardımlı rayon şivələri, Bakı, 2007,səh.16.
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə