Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə110/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   106   107   108   109   110   111   112   113   ...   116

2007-CI İLDƏ 
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN 
ASPİRANT VƏ DİSSERTANTLARININ DİSSERTASİYA 
MÜDAFİƏLƏRİ 
______________________________________________________ 
_________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh. 287 
 
Elnarə ƏLƏKBƏROVA 
filologiya elmləri namizədi 
 
AZƏRBAYCAN DİLÇİLİYİNİN YENİ UĞURLARI 
Əziz oxucular, bildiyiniz kimi, hər il “Tədqiqlər” toplusunun 1-ci sayında 
AMEA Nəsimi adına Dilçilik İnstitutunun nəzdində elmlər doktoru və elmlər 
namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların 
müdafiəsini keçirən (D.01.141) Dissertasiya Şurasının hesabatını sizə təqdim 
edirik. Həmin şurada bu il 31 dissertasiya işi müzakirə olunmuş, bunlardan 5-i 
doktorluq, 24-ü isə namizədlik dissertasiyası olmuşdur. Ötən illə müqayisədə 
İnstitut əməkdaşları bu il daha şanslı olmuşlar. Belə ki, əgər ötən 2006-cı ildə 
institutmuzun 7 əməkdaşı müdafiə etmişdirsə, 2007-ci ildə onların sayı 12-yə 
çatmışdır. Son dövrlərdə Müdafiə Şurasının elmi seminarında müdafiəyə təq-
dim olunmuş doktorluq və namizədlik dissertasiyalarının müzakirələrinin 
obyektiv keçirilməsi nəticəsində  (xüsusən vaxtilə mövcud olan süründür-
məçilik və süni əngəllərin aradan qaldırılması sayəsində) Müdafiə Şurasına 
gedən yollar bir qədər təmizlənmiş, qapılar aspirant və dissertantların üzünə 
tam açılmış, onların daha tez uğur  əldə etmələri, layiq olduqlarına vaxtında 
nail olmalarına şərait yaradılmışdır. 
Beləliklə, Nəsimi adına Dilçilik İnstututunun 2007-ci ildə müdafiə etmiş 
əməkdaşlarının siyahısını sizə təqdim edirik:  
SIRA 
№№ 
SOYADI,ADI, 
ATASİNİN ADI 
İXTİSAS 
ŞİFRİ 
MÜDAFİ
Ə TARİXİ 
MÖVZU 
1. Hacıyeva 
AytənYunis q. 
10.02.19 
(f.e.n) 
9.01.07 Dil 
sistemində tipoloji 
sapmalar (aqlütinativ 
dillərdə flektiv təma-
yüllü elementlər) 
2. Abdullayeva 
Sənubər 
Əlövsət q. 
10.02.01.
(f.e.d.) 
2.02.07 Azərbaycan nağıl və 
dastanlarının dili 
3. Hacıyeva Aygül 
Ağamusa q.
10.02.06 
(f.e.n.)
27.03.07 Türk 
və Azərbaycan 
dillərində gül adları
4. Mahmudova 
Qətibə 
Çingiz q. 
10.02.06 
(f.e.n.) 
27.03.07 Qıpçaq qrupu türk 
dillərinin 
frazeologiyası 


2007-CI İLDƏ 
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN 
ASPİRANT VƏ DİSSERTANTLARININ DİSSERTASİYA 
MÜDAFİƏLƏRİ 
______________________________________________________ 
_________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh. 288 
 
5. Qədimalıyeva 
Aynur Famil q.
10.02.01 
(f.e.n.)
10.04.07 Qazi 
Bürhanəddin 
dilinin leksikası 
6. Abışov Elşad 
Şərəfxan oğ. 
10.02.01 
(f.e.n.) 
30.04.07 Laçın rayonu onomas-
tik vahidlərinin linq-
vistik təhlili 
7. Bəylərova Aytən 
Müslüm q. 
10.02.01 
(f.e.n.) 
8.05.07 Azərbaycan bədii 
dilində sintaktik 
üslubi vasitələr 
8. 
İslamzadə Məsudə 
İslam q. 
10.02.01 
(f.e.n) 
8.05.07 1960-90—cı illərin 
Azərbaycan nəsr dili 
 
9. 
İbrahimova Səidə 
İbrahim q. 
(f.e.d.) 5.06.07  Modallıq dilçilik 
kateqoriyası kimi 
10. Qasımova Xanım 
Ağasəf q. 
10.02.01 
(f.e.n.) 
25.06.07 Müstəqillik illərində 
Azərbaycan dilində 
termin yaradıcılığının 
əsas istiqamətləri 
11. 
İsmayılzadə 
Gülbəniz 
Məhəmməd q. 
10.02.06 
(f.e.n.) 
2.07.07 Türk 
dillərində 
modallıq və onun 
leksik yolla ifadə 
vasitələri 
12. Orucova 
Şəkər 
Əbdülkərim q.
10.02.06 
(f.e.n.)
6.11.07 Türk 
dillərində xitab 
 
DİSSERTASİYALARIN XÜLASƏSİ 
Aytən Hacıyeva. Dil sistemində tipoloji sapmalar (aqlütinativ dillərdə 
flektiv təmayüllü elementlər). 
Dissertasiya işində “türkologiyada ilk dəfə olaraq, dil sistemində tipoloji 
sapma elementlərinin yeri və qrammatik determinantaya münasibətdə 
mövqeyi məsələsi monoqrafik tədqiqat çərçivəsində sistemli şəkildə öyrənil-
miş, tipoloji anomaliyaların yaranma səbəbləri araşdırılmış, habelə aqlütinativ 
və flektiv təmayüllərin delimitasiyası problemi kontekstində mövcud faktların 
adekvat definasiyasına mane olan faktlar izlənilmişdir”(avtoref. s. 5). 
Dissertasiya giriş, 2 fəsil, nəticə  və istifadə olunmuş  ədəbiyyat siyahı-
sından ibarətdir. 


2007-CI İLDƏ 
AMEA NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNUN 
ASPİRANT VƏ DİSSERTANTLARININ DİSSERTASİYA 
MÜDAFİƏLƏRİ 
______________________________________________________ 
_________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh. 289 
 
Tədqiqat işinin I fəslində aqlütinativ və flektiv təmayüllü dil probleminə 
toxunulmuş;aqlütinativ dillərdəki flektiv təmayüllü elementlər morfonologiya 
problemi kimi şərh edilmişdir. Aqlütinativ dillərdəki flektiv elementlərin 
mahiyyəti açılmış, bu dillərdə sinharmonizm hadisəsi və onun rolu izah 
olunmuşdur. 
Dissertasiyanın  II fəslində aqlütinativ quruluşlu türk dillərindəki bəzi 
tipoloji sapma faktlarının yaranma səbəblərindən, özəlliklərdən və flektiv tə-
mayülə uyğunluq məsələlərindən bəhs olunur. Fəsil 9 yarımfəsildən ibarətdir. 
Tədqiqatın sonunda araşdırma nəticəsində dissertantın gəldiyi elmi 
qənaətlər ümumiləşdirilmiş şəkildə verilmişdir. 
 
Sənubər Abdullayeva. Azərbaycan nağıl və dastanlarının dılı. 
Tədqiqat işində nağıllar, “Koroğlu”, “Qaçaq Nəbi”, “Tahir və Zöhrə”, 
“Əsli və  Kərəm”, “Aşıq Qərib”, “Qurbani”, “Şah  İsmayıl və Gülzar”, “Alı 
Xan və Pəri”, “Valeh və Zərnigar”, “Xan Çoban”, “Məhəmməd və Güləndam” 
və s. kimi dastanların fonetik, leksik, semantik, morfoloji və sintaktik xüsu-
siyyətləri öyrənilmişdir. 
Dissertasiya giriş, 3 fəsil, nəticə  və istifadə olunmuş  ədəbiyyat siyahı-
sından ibarətdir. 
“Milli dil sistemində folklor dilinin yeri” adlanan “Giriş”də folklor 
dilinin tədqiqinin əhəmiyyətindən, onun ədəbi dil, danışıq dili və dialektlə ox-
şar və fərqli cəhətlərindən bəhs olunur. Burada, həmçinin dastanların tədqiqi 
tarixindən danışılmış, nağıl və dastanların dili müqayisəyə cəlb olunmuşdur. 
Dissertasiyanın  I fəsli “Nağıl və dastan dilinin leksik-semantik xüsusiy-
yətləri” adlanır. Burada nağıl və dastan dilinin lüğət tərkibi haqqında ümumi 
qeydlər, köhnəlmiş sözlər, leksik-semantik söz qrupları  və onomastik vahid-
lərin təhlili öz əksini tapmışdır. 
Dissertasiyanın II fəsli “Nağıl və dastan dilinin morfoloji xüsusiyyətləri” 
adlanır. Bu fəsildə  əsas və köməkçi nitq hissələrinin qrammatik və üslubi 
xüsusiyyətləri, müxtəlif qrammatik kateqoriyaların arxaik formaları araşdırıl-
mışdır. 
III fəsil “Nağıl və dastan dilinin sintaktik xüsusiyyətləri” adlanır. Burada 
nağıl və dastan dili üçün səciyyəvi olan formulların şərhi, xitab və bədii təyin-
lərin təhlili aparılmışdır. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə