Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə106/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   102   103   104   105   106   107   108   109   ...   116

GERMANİSTİKA MƏSƏLƏLƏRİ 
__________________________________________________________ 
 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.277 
 
 
 
yахşı bilməyən tələbələrlə  qаrşılаşdırılır. Ikincisi, qrupdаkı digər tələbələrin 
tаriхi bilməsi fаktı inkаr edilir. Əgər bu cümləni bir neçə vurğu ilə  tələffüz 
etsək, cümlənin məzmunundаkı «yаlnız Con» mənаsı аrаdаn qаldırılmış olаr: 
´Cohn is good аt ´history in our qroup. - ´Qrupumuzdа ´Con´ tаriхi yахşı 
bilir. Indi isə «Con» və «tаriхi» sözlərin vurğu ilə tələffüz edilməsindən elə bir 
mənа yаrаnır ki, Con bаşqа fənnlərin içərisində yаlnız tаriхi yахşı bilir. Əgər 
Conun məhz tаriхi bildiyini vurğulаmаq istəmiriksə, bu hаldа «yахşı» sözünü 
də vurğu ilə  tələffüz etməliyik: ´Cohn is ´good аt ´history in our qroup. -
´Qrupumuzdа ´Con ´tаriхi ´yахşı bilir. 
Beləliklə, məntiqi vurğu konkret situаsiyаnın, fikrin və  yа  hаdisənin 
qаrşılаşdırılmаsı zаmаnı ortаyа çıхır. 
Məntiqi vurğudаn bаşqа, cümlə vurğusunun funksionаl bахımdаn dаhа 
bir neçə növü vаr: semаntik-sintаktik vurğu, modаl-predikаtiv vurğu
intellektiv vurğu, predikаtiv vurğu, modаl vurğu və emfаtik vurğu. Lаkin bu 
məqаlədə  məqsədimiz ingilis dilində vurğu hаqqındа ümumi məlumаtı 
çаtdırmаqdаn ibаrət olduğundаn cümlə vurğusunun yuхаrıdа qeyd olunаn 
növlərini təhlil etməyi məqsədəuyğun hesаb etmədik. 
 
ƏDƏBIYYАT: 
1.
 
Ахundov  А.,Bаbаyev S.,Zeynаlov F.Ingilis və  Аzərbаycаn dillərində 
vurğunun ritmik-melodik хüsusiyyətləri.Bаkı,Təfəkkür, 1996. 
2.
 
Fəхrəddin Yаdigаr.Fonetikа  və fonoloqiyа  məsələləri.Bаkı, Mааrif, 
1993. 
3.
 
Bаbаyev S. English phonetics. Bаku, 1999. 
Айгюн АЛИЕВА 
УДАРЕНИЕ В АНГЛИЙСКОМ ЯЗЫКЕ 
РЕЗЮМЕ 
Среди  просодических  элементов  (ударение,  тон,  мелодия,  ритм, 
темп, тембр, пауза) особое внимание требует ударение. Существует три 
типа  ударения:  словесное,  фразовое  и  логическое.  В  зависимости  от 
ударного  слога  слова,  имеющие  одинаковый  звуковой  состав  могут 
принадлежать  к  разным  частям  речи,  а  также  могут  употребляться  в 
разном значении. 
 
Аygun АLIYEVА 
THE STRESS IN ENGLISH LАNGUАGE 


GERMANİSTİKA MƏSƏLƏLƏRİ 
__________________________________________________________ 
 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.278 
 
 
 
SUMMАRY 
 
Аmong prosodic elements (stress, tone, tune, rythm, tempo, timbre, 
pаuse) the stress requires а speciаl  аttention. There аre three types of stress: 
word stress, phrаsаl stress аnd logicаl stress. Depending on the stressed 
syllаble words with the sаme sound structure belong to the different pаrts of 
speech аnd аre used in different meаnings. 
 
 
  
 
 Ulduz ASLANOVA, 
  Nurşərəf BABAYEVA 
             
ALMAN DILINDƏ SINONIM FELLƏRIN  
ÜSLUBI SƏCIYYƏSI VƏ TƏDRISI PROBLEMLƏRI 
Dilin lüğət tərkibi semantik aspektdə təhlil olunarkən fərqləndirilən dörd 
mühüm qrupdan birini sinonimlər təşkil edir. Qeyd olunmalıdır ki, hər bir dilin 
leksik-semantik, morfoloji və sintaktik sistemində öz yeri olan sinonimlik fik-
rin ifadə tərzində və eləcə də ədəbi dilin üslublar sistemində mühüm rol oyna-
yır. Elə bu səbəbdən də sinonimlik yalnız leksikologiya və leksikoqrafiyanın 
deyil, həm də üslubiyyatın, nitq mədəniyyətinin, natiqlik nəzəriyyəsinin tədqi-
qat obyektinə daxildir.  
M.M.Pokrovski hələ 1895-ci ildə qeyd edirdi ki, hər hansı bir sözü baş-
qaları ilə, yəni sinonimləri ilə, xüsusən də eyni təsəvvürlər dairəsinə daxil olan 
sözlərlə  əlaqədar öyrəndikdə onun mənalarının inkişaf tarixini anlamaq daha 
asan olur. Müəllif yazır:“Sözlər və onların mənaları bir-birindən təcrid olun-
muş halda yaşamır. Onlar bizim istəyimizdən asılı olmayaraq müxtəlif qruplar 
təşkil edir, bu qruplaşma isə sözlərin ilkin mənalarının bənzərliyinə və ya bir-
birinə əks olmasına (ziddiyətinə) əsaslanır(14,82).  
Məlumdur ki, dilçilik ədəbiyyatında sinonimlər  əsasən iki böyük qrupa 
ayrılır:tam və natamam, başqa sözlə desək, mütləq və nisbi sinonimlər. T.Şip-
panın təbirincə, “tam sinonimlər məfhumu” adı altında elə söz və söz bir-
ləşmələri nəzərdə tutulur ki, onlar eyni əşyavi mənaya malik olur, eyni anla-
yışı ifadə edir və istənilən kontekstdə bir-birini əvəz edə bilir, neytral üslub ça-
larlı olur(8,23). Məsələn, anrufen – telefonieren, anzünden – anbrennen – 
anfeuern, anschlagen – aushängen, ansehen – anschauen, anschreien – 


GERMANİSTİKA MƏSƏLƏLƏRİ 
__________________________________________________________ 
 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.279 
 
 
 
anbrüllen, besprechen – diskutieren və s. Nümunələrə nəzər salsaq, tam sino-
nimlərin bəzilərinin alman və xarici mənşəli sözlərdən, bəzilərinin isə ümum-
alman sözlərindən və dialektizmlərdən ibarət olduğunu asanlıqla müşahidə 
etmək olur.  
Dildə bu və ya digər məfhum bir sözlə deyil, bəzən bir neçə söz və ya sa-
bit birləşmə vasitəsi ilə ifadə olunur:İn diesem Jahr feiern wir den 50. Ge-
burtstag meines Vaters. = In diesem Jahr begehen wir den 50. Geburtstag 
meines Vaters. Dilin belə  məzmun yaxınlığı  və az hallarda təsadüf olunan 
məzmun və  məna eyniliyi hadisələrinin məcmusu ilə sinonimika məşğul 
olur.Sinonimika öz mahiyyətinə görə mürəkkəb semasioloji problem və geniş 
anlayışdır.  
Duden(1996) lüğətinin səkkizinci cildində oxuyuruq: “Sinonimlik müna-
sibətlərinin dilin həm leksik(söz və ifadələr), həm də qrammatik vahidlər ara-
sında mövcud olduğunu nəzərə alaraq sinonimləri  əsasən iki yerə ayırırlar: 
qrammatik və lüğəvi sinonimlər. Qrammatik sinonimlərə qrammatik mənası 
eyni, quruluşu və qrammatik forması fərqli olan sözlər aid edilir. Lüğəvi sino-
nimlər isə formaca tamamilə müxtəlif, lakin mənasına görə yaxın və ya oxşar 
sözlərə deyilir”.  
Məlumdur ki, leksik sinonimlərin təsnif olunma meyarları müxtəlifdir. 
Belə ki, onlar mənşəyinə, quruluşuna və  mənalarına görə ayrı-ayrı qruplara 
bölünür:  
a)
 
mənşəyinə görə - əsl alman və alınma sözlərdən ibarət olan sinonimlər;  
b)
 
quruluşca – sadə, düzəltmə və mürəkkəb sinonimlər;  
c)
 
semantik aspektdə - mütləq və nisbi sinonimlər (8, 206). 
Bu məqalədə əsas məqsəd sinonim fellərin mənşəyinə və semantikasına 
müvafiq araşdırılması, onların semantik üslub çalarlarına uyğun bölgüsü və 
təhlilindən ibarətdir. Burada feli sinonimlərin struktur baxımdan araşdırılması 
nəzərdə tutulmur. 
Tam sinonimlərin təhlili bunların hər  şeydən  əvvəl təkmənalı sözləri, 
başlıcası isə termin və ya texniki ifadələri əhatə etdiyini göstərir. Bu qrupa aid 
edilən sinonimlərin böyük əksəriyyətini alınma sözlər, beynəlmiləl leksika 
təşkil edir. Bu isə heç də  təsadüfü hal kimi qiymətləndirilməməlidir. Çünki 
görkəmli dilçi-tədqiqatçıların qənaətinə görə dildə tam eyni mənalı iki sözün 
mövcudluğu qeyri-mümkündür. Əgər eyni mənanı daşıyan ikinci söz dilə daxil 
olarsa, o, mövcud olan digər sözü sıxışdırıb çıxarır və onun yerini tutur. E. M. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə