Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə107/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   103   104   105   106   107   108   109   110   ...   116

GERMANİSTİKA MƏSƏLƏLƏRİ 
__________________________________________________________ 
 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.280 
 
 
 
Qalkina-Fedoruk belə düşünür ki, tam sinonimlər dildə yox olur, işlək sfera-
dan çıxır. Əks halda dil leksik dubletlərlə həddindən artıq yüklənə bilər(12,65) 
Qeyd olunmalıdır ki, tam, bəzi mənbələrdə mütləq və ya xalis (reine, 
totale, strenge Synonyme) adlandırılan sinonimlərin dildə mövcudluğu sino-
nimlərin tədqiqat obyektinə çevrildiyi dövrdən bu günə qədər mübahisəli mə-
sələ olaraq qalır. Sözün əsl mənasında eyni məfhumu ifadə edən leksik 
sinonimlərə dildə nadir hallarda rast gəlinsə  də, onların tamamilə yoxluğunu 
zənn etmək düzgün olmazdı. Mütləq(tam) sinonimlərin mövcudluğunu qəbul 
edən tədqiqatçılar sırasında X.A.Levkovskaya(1968), A.Neubert(1978), V. 
Volski (1989), A.İskos və A.Lenkovanın(1970) adlarını çəkmək olar.  
Lakin bəzi dilçilər mütləq (tam) sinonimlərin varlığını istisna edir. H. 
Həsənov mütləq sinonimlərə belə tərif verir: “Bir məfhumu mətnli-mətnsiz öz 
leksik mənasına görə ifadə edən və bir leksik-semantik variantına əsasən bir-
birinə uyğun gələn, mənaca eyni olmayan sinonimlər mütləq sinonimlər ad-
lanır”(3, 68). Deməli, müəllifin fikrincə sinonim hesab edilən sözlər bir-biri ilə 
nə qədər yaxın olsalar da, hər halda onların arasında incə məna və üslub fərq-
ləri vardır. Bu fikirlə razılaşmaq olar, lakin bu halda mütləq deyil, nisbi sino-
nimlərdən bəhs edilə bilər. H. Həsənov hesab edir ki, sinonimləri mənaca tam 
uyğun sözlər, yəni eynimənalı sözlər kimi qəbul etmək olmaz, çünki bu halda 
onlar dubletlərlə eyniləşmiş olur. Eynimənalı olmaq isə sinonimlər üçün yad-
dır.  
A.Babayev (1992) də sinonimlərin eyni mənanı ifadə etməsi fikrinə qarşı 
çıxır və izah edir ki, eyni məzmuna malik iki dil vahidi dildə yaşaya bilməz. 
Müəllifin fikrincə, dildə eyni mahiyyətli nə fonem, nə də leksem ola bilər. 
Lakin alman dilində  nəzərdən keçirdiyimiz nümunələr istənilən kon-
tekstdə bir-birini əvəz edə bildiklərindən və semantik baxımdan eyniyyət təş-
kil etdiyindən, eyni üslub çalarlı olduqlarından onların tam (mütləq) sinonim-
lər olmasına  şübhə yeri qalmır:  Gestern habe ich meine Eltern angerufen. 
Gestern habe ich mit meinen Eltern telefoniert. Jetzt müssen wir unseren Plan 
besprechen. Jetzt müssen wir unseren Plan diskutieren. An jedem 
Adventssonntag wird eine Kerze angezündet. An jedem Adventssonntag wird 
eine Kerze angebrannt.    
Artıq  əvvəldə qeyd olunduğu kimi, ikinci qrup sinonimlər natamam və 
yaxud nisbi sinonimlər adlandırılır. Adından göründüyü kimi, bu sinonimlər 
arasında müəyyən bir nisbilik nəzərə çarpır. Dilçilik ədəbiyyatında nisbi sino-
nimlərin geniş yayılmış belə bir tərifi vardır: “Natamam (nisbi) sinonimlər adı 


GERMANİSTİKA MƏSƏLƏLƏRİ 
__________________________________________________________ 
 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.281 
 
 
 
altında bir-birini tamamilə örtə (əvəz) edə bilməyən sinonimlər başa düşülür, 
çünki onlar ümumi əsas əlamətlərdən başqa müxtəlif əlavə əlamətlərə də xas 
olur”(8, 209). Nisbi sinonimlər bir-birindən məna çalarlarına, üslubi rənglərinə 
və tətbiq olunma imkanlarına görə fərqlənir. Məhz bu nöqteyi-nəzərdən onlar 
iki yerə ayrılır: ideoqrafik və üslubi sinonimlər. 
Ideoqrafik sinonimlər eyni nominativ mənaya malik olsalar da bir-birin-
dən əlavə mənaları və istifadə olunma xüsusiyyətləri ilə fərqlənirlər. Məsələn, 
halten – stehen – bleiben, anfangen – beginnen, aufmachen – eröffnen.  
Deyilənləri bir daha da əyaniləşdirmək üçün nümunələrdən birinin geniş 
təhlilinə nəzər salaq: aufmachen – eröffnen/öffnen. Alman dilinin izahlı lüğə-
tində “aufmachen” felinin altı müxtəlif mənası verilir. 
1) etw.Geschlossenes oder eine Tür, eine Flasche, einen Brief, den Mund. 
2) ein Geschäft, oder eine Firma neu gründen. 
3) etw. in einer bestimmten Weise gestalten(Der Artikel war groß 
aufgemacht). 
4) etw. wird für Kunden geöffnet (Diese Boutique hat letzte Woche neu 
aufgemacht). 
5) einen Weg antreten ~ irgendwohin aufbrechen (Nach der Arbeit 
machten sie sich in die Berge auf). 
6) sich aufmachen + Infinitif – beginnen etw. zu tun (Endlich machte er 
sich auf, mir zu helfen). 
Göründüyü kimi, sadalanan mənalardan yalnız birinci və dördüncü məna 
öffnen/eröffnen sözü ilə sinonimdir. Həmçinin halten felinin 45 mənasının 23-
cü mənası stehenbleiben feli ilə sinonimdir. Buradan da belə nəticəyə gəlmək 
olar ki, sinonimlik münasibəti sözlər arasında deyil, məna komponentləri, 
məna variantları arasında mövcuddur.  
Sinonimlər arasında ən böyük qrup məhz üslubi sinonimlərə məxsusdur. 
Üslubi sinonimlər öz emosional rənginə, ekspressivliyinə və müxtəlif funksio-
nal üslublarda işlənmə xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Konkret 
dil materialı göstərir ki, üslubi sinonimlər bir qayda olaraq eyni anlayışı ifadə 
edir, daha dəqiq desək onlar eyni mənaya malik, lakin tamamilə fərqli üslub 
rəngləri olan fellərdir. 
Ideoqrafik sinonimlər isə sözün mənasında öz əksini tapmış keyfiyyətin 
intensivliyi ilə bir-birindən fərqlənir. Məsələn,  lieben – verehren – 
hochschätzen.  Üslubi sinonimlər isə sözlərdəki  əsas mənanın sosial-psixoloji 
çalarları ilə seçilirlər. Ona görə  də üslubi sinonimlər sözlərin və ifadələrin 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə