Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


NƏZƏRİ  VƏ  TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə21/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   17   18   19   20   21   22   23   24   ...   116

 
NƏZƏRİ  VƏ  TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİ 
___________________________________________________ 
 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.51 
 
zamanla bağlıdır. Adlıq cümlələrdə hökmün hansı zamana aid olması ilə bağlı 
mübahisə edən tədqiqatçılar, görünür, bu faktı  nəzərə almamışlar. Məsələn, 
Z.Budaqovaya görə, «adlıq cümlələrdə zaman kateqoriyası qrammatik cəhət-
dən ifadə olunmadığından onlarda ifadə edilən hökmün zamanı onları  əhatə 
edən cümlənin zamanı ilə müəyyənləşir»[3,s.277]. Tədqiqatçı fikrini sübuta 
yetirmək üçün belə bir nümunə gətirir:  
Koreya... Uzaq yol ... Kəsib aranı okeanlar, dağlar, dərələr... [3, s.277].  
Misalda adlıq cümlələrdən sonra gələn cümlənin xəbərinin (kəsib)  keç-
miş zamanda işləndiyini nəzərə alan tədqiqatçı hökmün keçmiş zamana aid ol-
duğu qənaətinə  gəlir. Diqqət yetirildikdə isə  nəqli keçmiş zaman forması ilə 
(kəsib) ifadə olunan hərəkətin nitq momenti vaxtında nəticə etibarilə indiki za-
mana bağlandığı aşkara çıxır. Bu halda kommunikasiya prosesinin iştirakçısını 
hal və hərəkətin özündən çox nəticəsi maraqlandırır. Burada tədqiqatçının fikri 
ilə razılaşmaq çətindir.     
Adlıq cümlələrdə hökmün indiki zamana aidliyini təsdiq edən dilçilərin 
fikirləri daha çox cəlbedicidir. Məsələn,Ə.Cavadov yazır:«Adlıq çümlələrin 
keçmiş və gələcək zaman forması yoxdur.Adlıq cümlələr .... mövcudiyyəti təs-
diq edir. Onların inkar forması yoxdur...» [4,s.162-163]. Və ya Q. Kazımov 
«...Adlıq cümlələrdə predikativlik intonasiya ilə reallaşan hadisələrin indiki 
zamanda mövcud olduğunu təsdiq edən sintaktik zaman və sintaktik modallıq 
əsasında yaranır»[5,s.192] fikrindədir. Onun fikrinə görə, təsdiq formasında 
olan adlıq cümlələrdə varlığın yalnız indiki zaman kəsiyində mövcudluğu təs-
diq edilir. Adlıq cümlələrin  şəxssiz cümlələrlə müəyyən mənada eynitipli 
cümlələr olduğunu vurğulayan Q.Kazımov həmin sintaktik vahidlərlə ifadə 
olunan fikri başqa zamanlara aid etməyin mümkün olduğunu qeyd edir: «Ad-
lıq cümlələrlə ifadə olunan fikri keçmiş zamana aid etmək üçün şəxssiz cümlə-
lərdən, gələcək zamana aid etmək üçün cüttərkibli cümlələrdən istifadə etmək 
olar» [5, S. 192.]. 
 Həm ingilis, həm də Azərbaycan dillərində adlıq cümlələr əsasən bədii 
və publisistik əsərlərin dilində  işlənir. Xüsusən dram əsərlərinin remarkaları 
adlıq cümlələrdən ibarət olur. Bu tip cümlələrdən istifadə edilməklə əşya, ha-
disə və proseslərin nitq momenti ilə eyni zamanda mövcud olan vəziyyəti ba-
rədə qısa və yığcam məlumat çatdırılır. 
Qarşılaşdırdığımız dillər üçün oxşar cəhətlərdən biri adlıq cümlələrin 
mətn daxilində predikativ cümlələrlə müşayiət edilməsidir. Bu hal onların 
cümlə kimi dərk olunmasına kömək edir. Nümunələr: 


 
NƏZƏRİ  VƏ  TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİ 
___________________________________________________ 
 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.52 
 
Kişinin evi. Axşamçağı.  Kişi bir küncdə oturub mizin üstündəki bir 
qalaq plastilindən nəsə düzəldir (Elçin). 1929-cu il. Hadrut. Sübh tezdən
Quşların səsi, qoyun-quzunun mələşməsi eşidilir (Elçin). Yarıqaranlıq otaq
Hərəsi bir güncdə oturmuş və aralarında pərdə olan Kişinin və Qadının üzü-
nü axtaran iki işıq saçağı öz yerini tapıb donunca, elə bil bayır-bacadan şən, 
bir-birinin sözünü kəsən uşaq səsləri gəlir (K.Abdulla). 
The Wimpole Street laboratory. Midnight. Nobody in the room.  The  
clock on the mantelpiece strikes twelve. The fire is not alight: it is a summer 
night (B.Shaw).  Next day at 11 a.m.  Higgins's laboratory in Wimpole Street
It is a room on the first floor, looking on the street, and was meant for the 
drawing-room (B.Shaw). 
Qarşılaşdırdığımız dillərdə temporallıq bildirən adlıq cümlələrin  əşya, 
hadisə və proseslərin təsvir məqamında işlənməsi geniş şəkildə müşahidə olu-
nur. Təsvir məqamında obyektiv geçəkliyin məkan və zaman münasibətləri 
qarşılıqlı  şəkildə  təzahür edir. Yuxarıda verilmiş nümunələrdə bunu görmək 
çətin deyildir. Əlavə nümunələrə nəzər salaq: 
1939-cu il. Bakı. Məktəb. Məktəbin direktoru Ələsgər müəllimin kabineti 
(Elçin).  Covent Garden at 11.15 p.m. Torrents of heavy summer rain. Cab 
whistles blowing frantically in all directions (B.Shaw). 
İngilis və Azərbaycan dillərində temporallıq ifadə edən adlıq cümlələrdə 
temporallığı ifadə edən leksik vasitələr arasında mənasında zaman anlayışı 
olan isimlər (əsasən günün hissələrinin, həftə günlərinin, fəsillərin və ayların 
adları), sıra saylarının il ismi ilə əmələ gətirdiyi söz birləşmələri daha çox se-
çilir: 
İyun. 1953-cü il. Bu gün işdən qayıdan zaman. Boru zavodunun keçdim 
yanından (N.Xəzri) [Misal “Müasir Azərbaycan dili”ndən götürülmüşdür: - 6, 
s.278].  Kişinin evi. Axşam.  Kişi oturub qəzetlərə baxır. ... Bağça. Günorta.  
Lider bir əli ilə qarnını tutub... 1997-ci ilin payızının  əvvəlləri. Kişinin evi. 
Səhər tezdən (Elçin). 
Night. A lady's bed-chamber in Bulgaria, in a small town near the 
Dragoman Pass, late in November in the year 1885 (B. Shaw)The sixth of 
March, 1886  (B.  Shaw).  Another five days.  Then Brenda came to Hilton 
again (E.Waugh).  
Sonuncu cümlədə adlıq cümlə cümlənin sonrakı hissəsi ilə then zərfi va-
sitəsilə bağlanmışdır. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə