- 7 -
BİBLIOQRAFIK TƏDQIQAT İŞIĞINDA
AKADEMİK İSA HƏBİBBƏYLİ
Doğma Azərbaycanımızın müstəqillik yollarında inamlı addımları, daim inkişafda və yüksəlişdə olan
ictimai-siyası, elmi-mədəni həyatı, çağdaş dünyamızın İnternet labirintlərinə bürünmüş informasiya
mühitinin müasir tələbləri Azərbaycan elminin ən müxtəlif sahələrinin informasiyalaşdırılması sahəsində
də ciddi vəzifələr irəli sürməkdədir. Bu vəzifələr informasiya cəmiyyətində universal, tətbiqi və funksional
xarakteri ilə tanınan biblioqrafiyanın bir elm sahəsi kimi ali missiyasıdır. Ənənəvi çap məhsulları ilə yanaşı
elektron sənədləri, audiovizual materialları, İnternet resurslarını və s. toplayaraq nizamlayan, tədqiqat
obyektinə çevirən, təbliğ edən biblioqrafiya müxtəlif təyinatlı və xarakterli milli biblioqrafik resurslar
istehsal edir.
Milli biblioqrafik resursların mühüm və əhəmiyyətli tərkib hissələrindən birini «Azərbaycanın elm
və mədəniyyət xadimləri» seriyasından olan nəşrlər təşkil edir. Bu qəbildən biblioqrafik nəşrlər ən müxtəlif
təyinatlı elmi-sahəvi xarakteri ilə fərqlənən, milli elmi-mədəni, ədəbi irsimizin mühafizəsi, tədqiqi
sahəsində xüsusi əhəmiyyətə malik olan informasiya resurslarıdır. «Azərbaycanın elm və mədəniyyət
xadimləri» seriyasından olan nəşrlər öz tərtibçilərindən yalnız texnoloji quruculuq məntiqi, beynəlxalq
biblioqrafik standartlardan düzgün istifadə etmək qabiliyyəti deyil, eyni zamanda, milli elmi dəyərlərimizə
xüsusi qayğı, məsuliyyət və ciddi elmi araşdırıcı yanaşma diqqəti tələb edir. Çünki bu qəbildən biblioqrafik
nümunələr ümumbəşəri elm, bilik xəzinəsinin tərkib hissəsi olan Azərbaycan elminin tarixininin ya-
şadılmasına, müasir təşəkkül və inkişaf proseslərinə, gələcək perspektivlərinə xidmət edir.
«Azərbaycanın elm və mədəniyyət xadimləri» seriyasından təqdim edilən və Azərbaycan Milli Elmlər
Akademiyasının vitse-prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil Komitəsinin
sədri, Əməkdar elm xadimi akademik İsa Əkbər oğlu Həbibbəylinin həyatına, elmi-pedaqoji və ictimai
fəaliyyətinə həsr edilmiş biblioqrafik göstərici mühüm elmi əhəmiyyət daşıyır.
Çoxşaxəli yaradıcılığa, elmin müxtəlif sahələrində yazıb-yaratmaq, eyni zamanda, həm ictimai-siyasi
həyatda və elmi-pedaqoji fəaliyyətdə, həm də ədəbi-mədəni mühitdə tutarlı, məntiqli, müdrik söz demək
məharətinə malik olan akademik İsa Həbibbbəyli haqqında fikir söyləmək geniş tədqiqat işi tələb edir. Bu
mənada görkəmli akademikin keçdiyi həyat yolunu, ziyalı-vətəndaş mövqeyini, milli dəyərlərimizə söy-
kənən mənəvi dünyasını, millət vəkili olaraq ictimai-siyasi fəaliyyətini, elmi və bədii yaradıcılığını,
yenilikçi missiyasını, gənc nəslə böyük qayğısını, maraq dünyasını və qazandığı uğurları və xalq
məhəbbətini əks etdirən materialları sistemləşdirmədən bu böyük ziyalının zəngin yaradıcılıq dünyasının
hüdudlarını dərk etmək çətindir.
Biblioqrafik göstərici əsasən akademik İsa Həbibbəylinin yazdığı çoxsaylı elmi əsərləri, Azərbaycan
ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqidlə bağlı monoqrafiyaları və məqalələri, təhsil, maarif, elmi-
mədəni əlaqələr və digər universal məzmunlu materialları əhatə edir.
Görkəmli akademik və millət vəkilinin göstəricinin ayrı-ayrı bölmələrində oxucuların diqqətinə
çatdırılan və ciddi elmi mövzuları ilə seçilən müsahibələrinin, məruzə və çıxışlarının, haqqında toplanmış
yazıların ümumi mahiyyəti ziyalı şəxsiyyətini səciyyələndirən - ictimai həyatda fəal vətəndaş mövqeyi,
quruculuq, təşkilatçılıq bacarığı, saf ziyalı əqidəsi, xarakterindəki humanizm, hər hansı bayağı boyadan
uzaq olan xalq və millət sevgisi, Vətən təəsübkeşliyi, Azərbaycançılıq missiyası kimi - meyarları özündə
ehtiva edir.
Kitabda görkəmli ədəbiyyatşünas alimin elmi əsərləri - Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə
çap olunmuş monoqrafiyaları, dərslikləri, dərs vəsaitləri, elmi məqalələri, publisistik yazıları və s. - bədii
yaradıcılıq nümunələri, tərtib və redaktə etdiyi, rəy verdiyi, elmi məsləhətçisi olduğu nəşrlər, elmi-pedoqoji
və ictimai fəaliyyətini əks etdirən çıxışları, müsahibələri və s. öz əksini tapmışdır.
«Akademik İsa Həbibbəyli: həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas illəri», «Görkəmli
dövlət, elm və mədəniyyət xadimləri İsa Həbibbəyli haqqında», «Akademik İsa Həbibbəylinin fikirlərindən
seçmələr», «İsa Əkbər oğlu Həbibbəylinin nəsil şəcərəsi», «İsa Həbibbəylinin layiq görüldüyü mükafatlar»