- 64 -
Azərbaycan müstəqillik dövrünün ən şərəfli və məsuliyyətli dövrünü yaşadığını vurğulamışdır (6
aprel).
Şamaxıda «Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları»
mövzusunda III Beynəlxalq elmi konfransda məruzə etmişdir (8aprel)
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Birinci Türkoloji Qurultayın 90
illiyinə həsr edilən «Azərbaycan-Macarıstan ədəbi əlaqələri və türkologiyanın inkişafında macar
alimlərin rolu» mövzusunda elmi konfransda məruzə ilə çıxış etmişdir (16 aprel).
Nizami adına Ədəbiyyat İnstitutu «Ədəbi-proses-2015» elmi müşavirəsində İinstitutun direktoru,
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumda ədəbi proseslərə
həsr olunan yaradıcılıq müşavirələrinin 1976-cı ildən 1984-cü ilədək ardıcıl olaraq ilin
keçirildiyini söyləyib və «Ədəbi proses – 2013» yaradıcılıq müşavirəsi Azərbaycan
ədəbiyyatşünaslıq elmində son illərin ən mühüm hadisələrindən biri olduğunu qeyd edib. İ.Həbib-
bəyli institut tərəfindən Azərbaycan ədəbiyyatının dövrləşməsi konsepsiyasının hazırlanacağını,
konsepsiyada bütün mərhələlərin əhatə olunacağını diqqətə çatdırıb (18 aprel).
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında «Molla Nəsrəddin» jurnalının
110 illiyinə həsr olunan «Sizi deyib gəlmişəm...» mövzusunda elmi konfransda məruzəsi
dinlənilib (20 aprel).
Nizami adına Ədəbiyyat İnstitutunda qazax xalqının nümayəndələri ilə birlikdə görkəmli qazax
yazıçısı Oljas Süleymenovun 80 illik yubileyinə həsr olunmuş təntənəli iclasda akademik İsa
Həbibbəyli giriş nitqi ilə çıxış etmişdir. Daha sonra akademik İ.Həbibbəyli İnstitutun Elmi
şurasının 22 aprel 2016-ci il tarixli qərarı ilə görkəmli qazax yazıçısı və ictimai xadim Oljas
Omaroviç Süleymenova Azərbaycanda müstəqillik ideallarının möhkəmləndirilməsində,
ədəbiyyatın və ictimai fikrin inkişafında görkəmli xidmətlərinə görə fəxri doktoru elmi dərəcəsi
verildiyini açıqlayıb. Bu münasibətlə institut rəhbəri «Fəxri doktor» diplomu və xüsusi
hazırlanmış mantiyanı Oljas Süleymenova təqdim edib (25 aprel).
Məhtimqulu Fəraqi «Divan»ının təqdimat mərasimində çıxış edib (28 aprel).
«Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri»: XV beynəlxalq elmi-praktiki
konfrans da məruzəsi dinlənilib (2 may).
«Heydər Əliyev və Azərbaycan mədəniyyəti»: elmi-praktik konfrans-telekörpüdə çıxışları
dinlənilmişdir (5 may).
Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə «Böyük Çöl» adlı Birinci Humanitar Elmlər
Forumunda iştirak edib (Qazaxıstan, Astana, 23-24 may).
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında
Azərbaycan ədəbiyyatşünaslıq
elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, akademik
Kamal Talıbzadənin «Azərbaycan ədəbi tənqidinin tarixi (1800-1920-ci illər)» və «Seçilmiş
əsərləri» kitablarının təqdimat mərasimində çıxış edib (25 may).
- 65 -
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə
keçirilən «Sədi Şirazi dünyası» mövzusunda beynəlxalq elmi konfransda AMEA-nın vitse-
prezidenti, akademik İsa Həbibbəyli çıxışında iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan
əlaqələrdən söz açaraq bu cür tədbirlərin keçirilməsinin ölkələr arasında əlaqələrin
genişləndirilməsinə, İslam dünyasında həmrəyliyin daha da gücləndirilməsinə töhfə verəcəyinə
əminliyini bildirib (1 iyun).
Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam
mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinə üzv seçilmişdir (3 iyun)
Akademik İsa Həbibbəyli Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilmişdir (8
iyun)
Türkmənistan Elmlər Akademiyasında keçirilmiş Elm Günündə ölkəmizi Azərbaycan Milli
Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli təmsil edib (iyun).
Akademik İsa Həbibbəyli Mahmud Kaşğari Fondunun «Mahmud Kaşğari» medalı ilə təltif olunub
(7 iyun).
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında böyük mütəfəkkir Cəlil Məm-
mədquluzadənin «Ölülər» əsərinin ilk tamaşasının 100 illiyinə həsr edilmiş tədbirdə çıxış etmişdir.
Tragikomediyanın elmi məsləhətçisi, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəylidir (28 iyun)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dövlətçilik siyasətini uğurla həyata
keçirdiyinə görə «Parlamentin səsi.tv internet televiziyasının» rəy sorğusuna əsasən «Şərəfli
ömür» fəxri diplomu ilə təltif edilmişdir (iyul )
Mətbuata göstərdiyi diqqət və dəstəyinə görə pressxəbərşinfo və xəzər.info tərəfindən “El
ağsaqqalı” Fəxri Medi Mükafatı ilə təltif edilmişdir. (iyul)
Ankarada Türkiyə Elmlər Akademiyasının təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası və Türk
Dünyası Elmlər Akademiyaları Assosiasiyasının iştirakı ilə Birinci Türkoloji Qurultayın 90
illiyinə həsr edilmiş "Türk dünyasında elmi əməkdaşlıq və dialoq" mövzusunda beynəlxalq elmi
konfransda "Birinci Türkoloji Qurultay və elmi-mədəni inteqrasiya prosesləri" mövzusunda
məruzə iilə çıxış etmişdir. (20-23 oktyabr)
Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq
dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir (14-15 noyabr)
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Özbəkistanın Bakıdakı səfirliyi ilə birgə təşkil
edilmiş, böyük şair Əlişir Nəvainin 575 illiyinə həsr olunmuş "Əlişir Nəvai və Azərbaycan
ədəbiyyatı" mövzusunda beynəlxalq elmi konfransda çıxış etmişdir (16 noyabr)
Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Təlimin keyfiyyətinin
yüksəldilməsi” adlı beynəlxalq konfransda çıxış etmişdir (17 noyabr)