Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə29/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   25   26   27   28   29   30   31   32   ...   182

 

- 62 - 

 

 

Azərbaycan nümayəndə heyətinin tərkibində «Expo-2015» sərgisində iştirak etmişdir. Milan şəhər 



bələdiyyəsinin binasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş 

redaktoru, şair-publisist Rəşad Məcidin italyan dilində çapdan çıxmış «O» (La Donna) adlı şeirlər 

kitabının və şairin şeirlərinə italyan dilində bəstələnmiş musiqilərdən ibarət diskin təqdimatı 

mərasimində çıxış etmişdir (13 iyul, İtaliya, Milan). 

 

 Avrasiya  Universitetlər  Birliyi  (EURAS)  Bakının  Hilton  hotelində  2016-cı  ilin  fevral  ayında 



İstanbulda  keçiriləcək  Avrasiya  Beynəlxalq  Ali  Təhsil  Zirvəsi  (EURIE)  ilə  bağlı  geniş  tanıtım 

toplantısı keçirib. Toplantıda Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli də iştirak edərək öz 

çıxışında  EURAS-ın  fəaliyyətini  yüksək  qiymətləndirmiş,  Bakıda  reallaşdırılan  tanıtım 

toplantısının mühüm əhəmiyyətini qetyd etmişdir. 

 

Akademik  İsa Həbibbəyli  elmi  tədqiqatlarında Şəhriyarın  yaradıcılığına  geniş  yer verdiyinə  görə 



«M.Şəhriyarın mədəniyyət ordeni» ilə təltif edilmişdir (15 sentyabr, İran, Təbriz).  

 

«Şəhriyar  şeir  ənənələri  və  müasirlik»  mövzusunda  elmi-praktiki  konfransda  məruzə  ilə  çıxış 



etmişdir (21 sentyabr). 

 

Qazaxıstanın paytaxtı Astana şəhərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Türk 



dünyası Ədəbiyyat institutları direktorlarının iclasında iştirak etmişdir. Azərbaycan Milli Elmlər 

Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa 

Həbibbəyli iclasda»Türk xalqları ədəbiyyatının dövrləşdirilməsi konsepsiyası»nı təqdim etmişdir 

(5 oktyabr, Qazaxıstan, Astana). 

 

AMEA-nın 70 illiyinə həsr olunmuş yubiley tədbirləri çərçivəsində Mərkəzi Elmi Kitbaxananın 



oxucuların istifadəsinə verilməsi münasibətilə rəsmi açılış mərasimində AMEA-nın vitse-

prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə elmin inkişafına göstərilən dövlət qayğısından söz 

açmış, müasir tələblərə cavab verən MEK-nın fəaliyyəti barədə ətraflı məlumat verərək, 

kitabxananın yeni binasının Prezident İlham Əliyevin 2011-ci il 29 aprel tarixli Sərəncamına 

əsasən tikildiyini bildirmişdir (14 oktyabr). 

 

Hüseyn Cavidin Ev Muzeyində böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 133-



cü ildönümü münasibətilə «Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu» mövzusunda 

respublika elmi konfransında tədbiri giriş nitqi ilə açan AMEA–nın vitse-prezidenti, akademik İsa 

Həbibbəyli  böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığından, bütün zamanlar 

üçün aktuallığını qoruyub saxlayan əsərlərinin ideya-məzmun xüsusiyyətlərindən, eləcə də ona 

göstərilən dövlət qayğısından bəhs etmişdir (23 oktyabr). 

 

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali 



Məclisinin Sədri yanında Bilik Fondunun, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət 

Universitetinin birgə təşkilatçılığı ilə iki gün davam edəcək «Naxçıvanda Dədə Qorqud» 

beynəlxalq elmi simpoziumda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylininin «Dədə 

Qorqud ideyaları və müasirlik» mövzusunda məruzəsi dinlənilib (26 oktyabr).  

 

Heydər Əliyev adına sarayda Xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim



SSRİ-nin və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı Bəxtiyar Mahmud oğlu 

Vahabzadənin anadan olmasının 90 illik yubileyi ilə bağlı təntənəli tədbirdə çıxış etmişdir (29 

oktyabr). 



 

- 63 - 

 

 

Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin  nəticələrinə 



görə 2  saylı Şərur seçki dairəsi ndən millət vəkili seçilmişdir (1-2 noyabr). 

 

Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında  keçirilən Əliağa Vahidin anadan 



olmasının 120 illiyinə həsr edilmiş elmi konfransda şairin həyat və yaradıcılığına dair giriş  nitqi 

söyləmişdir (3 noyabr). 

 

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında » Kitabi-Dədə Qorqud»un elm 



aləminə məlum olmasının 200 illiyinə həsr olunmuş»Epos və etnos» adlı beynəlxalq simpoziumda  

akademik İsa Həbibbəyli bütün türk dünyasının həmişəyaşar abidəsi sayılan «Kitabi-Dədə 

Qorqud» eposunun əsrlərdən bəri milli-mənəvi varlığımızın tərkib hissəsinə çevrilməsindən söz 

açaraq bu istiqamətdə ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi qeyd edib (6 noyabr).  

 

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda 



«Azərbaycanda humanitar elmlərin inkişaf perspektivləri» mövzusunda  məruzə ilə  çıxış etmişdir 

(9 noyabr). 

 

Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq müqaviləsi imzalamışdır (20 noyabr) 



 

Azərbaycan Respublikası Milli Məclisin Elm və təhsil Komitəsinin sədri seçilmişdir (24 noyabr).  

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına uğurlu rəsmi 



səfəri zamanı Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti ilə  Çin Xalq 

Respublikası İctimai Elmlər Akademiyasının dəvəti ilə Pekində səfərdə olmuşdur (dekabr). 

 

«Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri» Beynəlxalq elmi 



konfransını giriş nitqi ilə açmış və konfransda «Türk xalqları ədəbiyyatına yeni baxış: zaman və 

ədəbi proses» mövzusunda məruzəsi dinlənilmişdir (1-2 dekabr, 2015). 



2016-cı il 

 

Prezident İham Əliyevin İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) üzrə Azərbaycan 



Respublikasının Milli Komissiyasının yaradılması haqqında sərəncamına əsasən AMEA-nın vitse-

prezidenti akademik İsa Həbibbəyli  Komissiyaya üzv seçilib (14 yanvar). 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Ceyhun Hacıbəylinin 125 illik 



yubileyinin keçirilməsi haqqında» 19 noyabr 2015-ci il tarixli, 1538 №-li  Sərəncamına əsasən 

elmi sessiyada məruzəsi dinlənilmişdir (3 fevral). 

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt 



zalında Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiyada çıxış edib (3 mart). 

 

Azərbaycan  Respublikasının  Elm,  texnika,  memarlıq,  mədəniyyət  və  ədəbiyyat  üzrə  Dövlət 



Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında AR Prezidentinin Fərmanı ilə 

yeni tərkibə üzv seçilmişdir (28 mart) 

 

Azərbaycan  Milli  Elmlər  Akademiyasında)  «Azərbaycan  ordusunun  zəfəri:  inam  və  dəstək» 



mövzusunda  keçirilən  tədbirdə  çıxış  edən  AMEA-nın  vitse-prezidenti  İsa  Həbibbəyli  hazırda 


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə