Qaraçay ədəbiyyatı
233
M.Bayçorovun «Böyük Qaraçayda» romanına gəldikdə isə
bu əsər qaraçaylıların inqilabaqədərki həyatının daha yadda qa-
lan mənzərələrini təsvir edir. Romanın əsas personajları Qaraçay
xalqının və həyatının müxtəlif prototipləri olmaqla xalqın tarixi
həqiqətlərinin daşıyıcısı kimi çıxış edirlər (1, 38).
Obrazlar sistemi təsvir olunan mərhələnin qəhrəmanlarının
tarixi və sosial xüsusiyyətlərini, davranış qaydalarını və psixo-
logiyasını açır. Romanın süjeti elə qurulmuşdur ki, o ya birbaşa,
ya da dolayısı ilə Dudarka adlı varlı knyazla, ya inqilabçı Süley-
manla bağlıdır. Bu isə kasıblara istismarçılardan yalnız onlarla
mübarizə nəticəsində azad olmağı başa düşməyə imkan verir.
Romanda çoxsaylı personajlar iştirak edirlər. Bununla belə
onlardan hər biri o qədər uğurlu rənglərlə təsvir edilir ki, onların
baş qəhrəman, yaxud epizodik personaj olmasından asılı olma-
yaraq, oxucu yaddaşında özünə görümlü yer ala bilir. Belələrinə
nümunə kimi balerina Yelena Terexova, müğənnilər Vera Jareç-
naya, Kita Mejevitskaya, tələbə Aleyniçenko, osetin qızı Əminət,
arabaçı-çərkəz Həbij, kabardin Karmayev, tacir Ənvər, gimnazi-
yaçı Murad və başqaları aid edilməlidir.
Müəllif əsərdə Qaraçay varlılarını knyaz Dudarka – hacı,
arvadı Minət, oğlu Zəkəriyə, Əli-hacı, onun arvadı Çokay, tacir
Ənvər, Leon Krımşamxalov timsalında təqdim etmişdir.
İstismarçılara qarşı Qaraçay xalqının ən yaxşı və mübariz
nümayəndələri dayanırlar. Bunlar Peterburq universitetinin ərəb
dili müəllimi, Qaraçayda ilk gizli inqilabi dərnəyin təşkilatçısı
Süleyman Murad, məktəb xadiməsi Ölməz, həkim Xalid Erkə-
nov, müəllim Abidat, Əminət Yepxiyeva, Həzrət Hacıyeviç, İlyas,
Nənə Tokov, İmmolat Xubiyev və Hurzukda kasıbların varlılara
qarşı hərəkatına rəhbərlik edənlərdir.
M.Bayçorov romanda müxtəlif sosial təbəqələrin nü-
mayəndələrinin tale yini qəhrəmanların obrazında əks etdir-
məklə, bütün Qaraçay cəmiyyətini dərindən xarakterizə etməyə
Nizami Tağısoy
234
müvəffəq olur. «Böyük Qaraçayda» romanında M.Bayçorov
H.Appayevin «Qara sandıq» romanının qəhrəmanından fərq-
li olaraq yeni qəhrəman obrazı yaradır. Bu, Qanamat obrazı-
dır. Müəllif qaraçaylıların yeni həyat uğrunda mübarizəsinin
müxtəlif formalarını məhz onun timsalında ortaya çıxarmağa
çalışır. Romanda Macar, Abdul, Süleyman obrazları müəllif
tərəfindən böyük sevgi ilə yaradılır. Əsərdəki Ölməz auldan
çıxmış ilk qadın kimi məktəbdə xadimə işləməklə, müstəqil şə-
kildə çörək qazanan, öz iradəsi, cəsurluğu, qətiyyəti ilə seçilən
simalardandır. Gizli dərnəyin tapşırığı ilə Ölməz dərədə qadınlar
arasında xeyli siyasi-ideoloji iş aparır, aulda yaşayanların kazak-
larla üz-üzə gəlməsinin qarşısının alınmasında fəal iştirak edirlər.
Romanda müsəlman ruhanilərinin nümayəndələrinin obraz-
ları da mühüm yer tutur. Onların sırasında knyaz Dudarka hacı və
Əli hacı obrazları daha koloritli yaradılmışdır. Onların hər ikisi
aul adamları arasında özlərini əməli-saleh göstərib məsciddə xid-
mət edib, aul uşaqlarına mezirtədə (mədrəsədə) təlim versələr də,
gizlində əyyaşlıq və alçaqlıqla məşğul olurlar. Yüksək ruhani adı
altında gizlənən bu şəxslər özlərini günahsız və müqəddəs kimi
qələmə verməklə aul sakinlərinin bəlasına çevrilmişlər.
Qaraçay ədəbiyyatının inkişafında, onun bədii problemlərinin
həllində H.Bayramukovanın mövqeyi daha üstündür. Bu müəllif
doğma ədəbiyyatda poeziya janrında kifayət qədər uğurlar qa-
zanmasına baxmayaraq, nəsr sahəsində də yetərincə müvəffəqiy-
yətlərə imza ata bilmişdir. 60-cı illərdə H.Bayramukova bir sıra
hekayələr («Ayran», «Qırcın», «Dağlı qadını haradadır?», «Asi-
nin məktubu», «Qadının hekayələri», «Qara don» və s.), «Karçi
ailəsi», «Mənim nəğməm», «Ataların anası» kimi lirik reportajlar
və bir sıra romanlar qələmə almışdır. Onlardan birincisi «İllər və
dağlar» (3) romanı nəşr olunduğu vaxtdan oxucular və tənqidçilər
tərəfindən hərarətlə qarşılanmışdır. Bu əsərdə müəllif dağlı ziya-
lısının təşəkkülü problemini diqqət mərkəzinə çəkməyi qarşısına
Qaraçay ədəbiyyatı
235
məqsəd qoymuşdur. Bundan sonra müəllif qələmə aldığı «Dan ul-
duzu» (“Çolpan”) da təxminən eyni məsələləri diqqət mərkəzinə
çəkməklə onu daha aktual problematika ilə yükləmişdir. Bu, ilk
növbədə sənətkarın nasirlik ustalığının artması ilə əlaqələndiril-
məlidir.
Əsərin «Dan ulduzu» adlanması həm də Qaraçay dağlarında
yeni həyatın doğulmasını simvolizə edir. H.Bayramukovanın bu
romanı qaraçaylıların feodalizmdən yeni bir tarixi-inqilabi mər-
hələyə qədəm qoyduğu dövrə həsr olunmuşdur (5). Məhz elə bu
kontekstdə də müəllif xalq taleyi probleminə nəzər salmağa ça-
lışmışdır.
H.Bayramukovanın «Dan ulduzu» romanı Qaraçayda rus
inqilabı hərəkatının təsiri altında geniş vüsət alan sərt sinfi müba-
rizəni əks etdirən iri miqyaslı bir əsərdir. 1905-1918-ci illər ha-
disələrini çevrələyən bu roman öz coğrafiyası, hadisələrin təsviri
baxımından da genişdir. Əsərdə əks olunan hadisələr Dağıstanda
(Port-Petrovsk - hazırda Mahaçqala, Zaqafqaziya - Bakı və Tiflis,
Çərkəz - Batalpaşa, hazırda Çerkessk, Qaraçay - Osetinovka, ha-
zırda Kosta-Xetaqurovo kəndi, Teberda, Üçqulan, «Elbrus» mə-
dənləri), Kislovodsk, Peterburq, Moskva və s. Nevinnomısskda
cərəyan edir. D.Kubanovun «Dağlarda səs» romanında olduğu
kimi, H.Bayramukovanın da bu əsərində inqilabçılara, bolşevik-
lərə, xüsusən Leninə, Stalinə, Kirova, Orconikidzeyə və başqala-
rına böyük yer verilmişdir. Bu isə, məlum olduğu kimi, dövrün
ideoloji tələblərilə bağlı idi.
H.Bayramukovanın «Dan ulduzu» romanı obrazlar baxımın-
dan zəngindir. Burada oxucunun yaddaşına birdəfəlik həkk olan
Cansox çoban, varlı Dobay, gənc Soslan, epizodik personajlar
kimi əsərin infrastrukturunda özünə yer alan Çora, Zülgərneyn,
alim Yusif, kumux qızı Məryəm, çar məmuru Vaso İrakliyeviç
Qaqua, general qızı Elizabet və başqaları maraqlı tərzdə təqdim
olunmuşlar.
Dostları ilə paylaş: |