Nizami Tağısoy
236
Hər şeydən öncə qeyd edək ki, H.Bayramukova əsərdə dağlı
qızının psixologiyasını ümumbəşəri və sosial aspektlərdə açmağa
müvəffəq olmuşdur. Məhz elə buna görə də müəllif əsərlərində
qadın probleminə daha çox yer ayırmış və bunu nəinki Qaraçayda,
həm də bütün Şimali Qafqazda qadının əvvəllərdəki sosial vəziy-
yətini əks etdirmək baxımdan təsvir etmişdir. Biysoltan knyazın
qızı Fatimənin romanda təqdimatı H. Bayramukovanın daha böyük
uğuru hesab edilməlidir (1,47). Öz valideynlərindən fərqli olaraq
knyaz qızı nəinki zənginliyinə və savadlı olduğuna görə sadə in-
sanları saymır, əksinə onlara daha çox yaxınlaşır. Sadəlik bu knyaz
qızının ən mühüm cəhəti kimi diqqəti daha çox cəlb edir. Müəllif
Fatimənin tipik keyfiyyətlərinin doğru-dürüst açılmasını, xarakte-
rinin möhtəşəmliyini əks etdirmək üçün onun sevgi tarixçəsini ver-
mişdir. O, Qasımı sevdiyi halda, tezliklə özünün razılığı olmadan
Səlimgirey adlı kişiyə verilməsi onu dəhşətli hala salmışdır. Qız
daim atasına müntəzir olsa da, artıq ona inanmır və səadəti uğrun-
da özü mübarizəyə qoşulur. Belə vəziyyət onu daha qorxmaz və
cəsur edir. Səlimgireyə nifrət, Qasıma məhəbbət onun həyatının
mənasına çevrilməklə, onu sevgilisinə qarşı addım atmağa sövq
etmiş, bununla da o, patriarxal ənənələrə qarşı üsyan elan etmişdir.
Beləliklə, Fatimənin həyatında yeni mərhələ başlayır. Qa-
sıma sevgi onu xoşbəxt edir. Lakin Fatimə xoşbəxtliyini tapana
qədər atası qızın izinə düşüb onu Kislovodskda «ev dustağı»
edir, Qasımı isə məhkəməsiz-filansız dəmir barmaqlıqlar arxası-
na atdırır. Fatimənin başı çox bəlalar çəkir. Onun doğduğu oğlanı
əlindən alıb kənar insanlara verirlər və ona ərinin ölümü xəbərini
çatdırırlar. Buna baxmayaraq, əri Fatiməni və oğlunu taparaq,
onları birdəfəlik cəhənnəm əzabından xilas edir. Çətinliklər Fa-
timəni sındırmır, əksinə, o, yeni həyat uğrunda mübarizənin fəal
iştirakçısına çevrilir.
Romanda müəllif qəhrəmanların xarakteristikasında milli
folklor ənənələrindən və bədiiliyin epikliklə üzvi surətdə birləş-
Qaraçay ədəbiyyatı
237
məsindən ustalıqla istifadə edir. Bu, özünü nəinki obrazlı xalq
danışığında, atalar sözü, zərbi məsəllərdə, həm də personajların
təsvirində göstərir.
Böyük Qaraçay yazıçısı O.Xubiyevin yaradıcılığı da milli
ədəbiyyatda roman janrının inkişafına nəzərəçarpacaq dərəcədə
müsbət təsir etmişdir. Məlum olduğu kimi, O.Xubiyev hələ 30-cu
illərdə öz qələmini nəsr yaradıcılığı sahəsində uğurla sınamışdır.
Lakin XX əsrin 50-60-cı illərində onun bədii yaradıcılığının əvəz-
siz məhsulu olan «Əmanət» trilogiyası ona epik əsərlər müəllifi
kimi böyük şöhrət gətirmişdir. 1959-cu ildə bu romanın birinci
kitabı nəşr olunmuşdur. Burada Böyük Vətən Müharibəsi zama-
nı insanların alman işğalçılarından çəkdiyi əzab-əziyyət, mənəvi
sınaqlar, sarsıntılar, Vətəni qorumaq eşqi başlıca leytmotiv kimi
çıxış etməkdədir.
Trilogiyanın ikinci kitabı 1963-cü, üçüncü kitabı 1965-ci ildə
çapdan çıxmışdır. Üçüncü kitab yeni ailə mövzusuna, əxlaq və
qadının cəmiyyətdə yeri, əməkçi insanların – heyvandarların hə-
yatına, aullarda yaşayan insanların düşüncəsində hələ də köhnəli-
yin qalıqlarının mövcudluğuna həsr olunmuşdur.
Yeri gəlmişkən qeyd edək ki, O.Xubiyevin «Əmanət» epo-
peyasının (14) Qaraçay ədəbiyyatında ilk trilogiya kimi analoqu
yoxdur. Eyni zamanda bu əsərin nəşri Qaraçayda böyük mədəni
hadisə kimi qiymətləndirilmişdir. O.Xubiyev Qaraçay ədəbiyya-
tının elə bir uğurlu sənətkarlarındandır ki, milli ədəbiyyatşü naslıq
və tənqid ona kifayət qədər diqqət yetirmiş, haqqında onlarla
məqalələr, dissertasiyalar və monoqrafiyalar yazılmışdır. Bu kon-
tekstdə biz N.M.Kaqiyevanın «Ölkənin taleyi – sənin taleyindir».
(16) və Z.B.Şamanovanın «Osman Xubiyev yaradıcılığı Qaraçay
ədəbiyyatının epik ənənələrinin formalaşması işığında» əsərlərini
(28) qeyd etməliyik.
Ümumiyyətlə, O.Xubiyev Qaraçay ədəbiyyatı, mədəniyyəti,
maarifi, jurnalistikası və nəşriyyat işi sahəsində əvəzsiz şəxsiyyət
olmuşdur.
Nizami Tağısoy
238
O.Xubiyevin «Əmanət» trilogiyası Qaraçay ədəbiyyatında
hələ ki müharibə mövzusuna həsr edilən ən monumental əsər
kimi qalmaqdadır. Bu isə qanunauyğundur, çünki roman elə bir
dövrdə qələmə alınmışdır ki, bu zaman müəllif otuz ildən artıq
idi ki, ədəbiyyatda «külüng» vurmaqla, öz həyatını və yaradıcı
təcrübəsini zənginləşdirmişdi. Və bu trilogiyanın ortaya çıxması
Osman Xubiyevə sanki ikinci dəfə – yenidən yazıçı kimi doğul-
mağa vəsiqə vermişdi.
«Əmanət» trilogiyasının baş qəhrəmanı konkret götürülmüş
şəxsiyyət yox, xalqın özüdür. Trilogiyanın başlıca ideyası xalqın
heç də yalnız düşmən üzərində adi qələbəsi yox, həm də ictimai,
siyasi, mədəni kontekstdə qələbəsidir.
Əgər trilogiyanın ilk iki kitablarında müharibədə xalqın qələ-
bəsi, onun mənəvi-əxlaqi gücü və s. göstərilirsə, üçüncü kitab-
da qəhrəmanların bu və ya digər hərəkət və davranışları diqqət
mərkəzinə çəkilir. Müəllif qəhrəmanlarının daxili təkamülünü di-
gər aspektlərlə yanaşı, həm də psixoloji cəhətdən yetərincə əsas-
landırmağa çalışır.
Trilogiyanın üçüncü kitabını diqqətlə təhlil edən N.M.Kaği-
yeva “Əmanət”i rus ədəbiyyatında ailə xronikası janrının geniş
yayılmış tipi ilə müqayisə etməklə bir ailənin cəmiyyətin tarixi,
onun hərəkəti və mübarizəsi ilə bağlanmasına həsr edildiyini
söyləyir (16,157). Trilogiyanın məhz üçüncü kitabında yazıçının
həyat gerçəkliklərinə adekvat münasibəti, realizm ustalığı hiss
olunmaqla onun metodunda yeni cizgilər meydana çıxarmışdır.
Bu da, heç şübhəsiz ki, müəllifin öncül baxışları, qəhrəmanlarının
münasibətlərində dərin sosial-psixoloji halları əks etdirmə baca-
rığı, bütün bunların həmin dövrün ictimai hadisələri ilə uzlaşdıra
bilmə tərzindən irəli gəlmişdir.
Romanda biz çoxsaylı obrazlarla qarşılaşırıq. Onlardan bir
neçəsini biz əvvəlki iki kitablardan – Həsən Sokolov, Baldan,
Safiyət, Musa, Candet, Umar və başqalarını tanıyırıqsa, üçüncü
Dostları ilə paylaş: |