Qaraçay ədəbiyyatı
243
V FƏSİL
1950-1980-ci illər Qaraçay nəsrinin
ideya-bədii xüsusiyyətləri
XX əsrin 30-cu illərindən təşəkkül tapmış Qaraçay nəsri 50-
80-ci illərdə yenə də inkişafını davam etdirmişdir. Bir sıra iste-
dadlı yazıçıların ortaya çıxması milli ədəbiyyatın aparıcı tenden-
siyalarını və spesifik xüsusiyyətlərini müəyyənləş dirmiş, dövr
parlaq söz sahiblərinin yaradıcı fərdi keyfiyyətlərinin diqqət
mərkəzinə düşməsi ilə yadda qalmışdır. Bu dövr Qaraçay ədə-
biyyatının tarixi-mədəni və ideya-estetik baxımdan öyrənilməsi
ayrıca aparılmasa da, bu müstəvidə ortaya çıxmış problemlərin
ümumi təhlili baxımından bir sıra işlər görülmüşdür. Kitabın əv-
vəlki səhifələrində problemlə bağlı həmin ədəbiyyatlara müraciət
edilmişdir. Bu fəsildə isə biz 1950-1980-ci illər Qaraçay nəsrinin
ideya-bədii xüsusiyyətlərini nəzərdən keçirərkən həmin illərdə
ortaya çıxmış nəsrin aparıcı janrları və mövzuları, bu dövrdə
yaranmış povest və romanlarda epik zamanın əksi, Qaraçay bel-
letristlərinin obrazları səciyyələndirmə ustalığı, 50-80-ci illər
Qaraçay nəsrində yeni qəhrəman tipi, çoxplanlı və çoxsüjetli
nəsr nümunələri, bu dövr nəsrində ortaya çıxan ictimai-siyasi və
sosial-tarixi kolliziyalar, Qaraçay roman larının təsvirində abrek
həyatı, əsərlərdə milli ziyalı problemi, şəxsi və ictimai maraq-
ların toqquşması, etnik-milli adətlərin ön plana çəkilməsi, milli
özünüdərk emosiyalarının güclənməsi, Qaraçay yazıçılarının
müha cirət, deporta siya, sürgün, repressiya məsələlərinə milli
təəssübkeşlik baxımından nəzər salması və yaşanmış fəlakətə
Nizami Tağısoy
244
görə hüquqi qiymət tələb etmələri və s. məsələlərə diqqət yeti-
rilmişdir. Adları çəkilən mövzulara müraciət etmiş S.Lay panov,
H.Boqatıryov, O.Xubiyev, H.Ebzeyev, D.Kubanov, H.Bayra-
mukova, M.Batçayev, Q.Qorxmazov, Ə.Suyun çev, M.Bayçorov
və başqalarının oçerk, memuar, povest, roman, roman-dilogiya
və roman-trilogiyaları mövzu, ideya, problematika, yazıçı qayə-
si və mövqeyi, əsərlərdəki xarakterlər, bədii tiplər, onların həyat
prototipləri, realist təsvir xüsusiyyətləri və s. müxtəlif yönlərdən
H.Boqatıryovun «Vətən uğrunda», S.Laypanovun «Qaraçay
oğlu – Belarusiya qəhrəmanı», O.Xubiyevin “Əmanət”, D.Kuba-
novun «İki zaman», «Dağlarda səs», M.Bayçorovun «Böyük Qa-
raçayda», H.Bayramukovanın «İllər və dağlar», «Dan ulduzu»,
«Mələk», Q.Qorxmazovun «Qisas qılıncı» və s. əsərlərinin mate-
rialları əsasında nəzərdən keçirilmiş, Qaraçay (A.Qarayeva, S.A-
kaçiyeva, H.Kaqiyeva və başqaları), Şimali Qafqaz ədəbiyyatşü-
nas ları (L.Bekizova, B.Tuqov və başqaları) və başqalarının nəzər
nöqtələri və konsepsiyalarına söykənilərək araşdırılmış, bir sıra
obyektiv nəticələrə gəlinmişdir. Eyni zamanda bunu da qeyd et-
məyə ehtiyac vardır ki, son onilliklərdə Qaraçay ədəbiyyatşünas-
lığı milli nəsrin ümumi mənzərəsini yaratmaq yönündə bir sıra
əsaslı araşdırmalar (Yefryukova N. “Rusdilli Qaraçay və malkar
nəsri: janr təkamülü və poetika: Q.Quliyev və Ə.Suyunçev” (13);
Xubiyeva Z. 1960-1980-ci illər Qaraçay povesti: Janr-üslub ax-
tarışları problemi” (18); Şamanova Z. “Osman Xubi yev nəsri
Qaraçay ədəbiyyatı epik ənələrinin forma laşması işığında” (42);
Rezunova U. “Şimali Qafqaz ədəbi prosesində ikidilli yaradıcılıq
problemi və rusdilli Qaraçay ədəbiyyatının özünəməxsusluğu”
(34); Çankayeva T. “1920-1960-cı illər Qaraçay ədəbiyyatının
təşəkkülü: problematika, poetika, ədəbiyyatlararası əlaqələr” (9),
Botaşev Z. “XX əsrin ikinci yarısı Qaraçay nəsrində mif-folklor
mənbələri və qarşılıqlı ədəbi əlaqələr” (8); Mamçuyeva F. “Mus-
sa Batçayev nəsrinin etnomental aspektləri XX əsrin ikinci yarı-
Qaraçay ədəbiyyatı
245
sında Qaraçay ədəbiyyatının janr-üslub axtarışları işığında” (32)
və s. ortaya qoyulmuşdur ki, yeri gəldikcə biz onlara da müraciət
etməyi zəruri hesab etmişik.
Yuxarıda adlarını çəkdiyimiz ədəbiyyatşünasların Qaraçay
nasirlərinin yaradıcılığı ilə bağlı ədəbi-tənqidi baxış larını incələ-
yib, biz Qaraçay milli sənətkarlarının əsərlərinə qiymət vermək-
lə 1950-1980-ci illər ədəbiyyatında onların yerini müəyyənləş-
dirməyə çalışmışıq. Bundan başqa lüzum duyduqda tədqiqatda
Şimali Qafqaz, rus, Azərbaycan ədəbiyyatşünaslarının əsərlə-
rinə də müraciət etmişik. Nəzərdən keçirdiyimiz dövr Qaraçay
nasirlərinin əsərləri həm fərdi yaradıcılıq, həm də ideya-mövzu,
janr-üslub planında milli ədəbiyyatın inkişafına verdikləri töh-
vələr ümumi kontekstdə araşdırılmışdır.
5.1. 1950-1980-ci illər Qaraçay nəsrinin aparıcı
janrları və mövzuları
Qaraçay ədəbiyyatı öz inkişafı dövründə mürəkkəb forma-
laşma yolu keçməklə müəyyən estetik təcrübə əldə etmişdir. Bu
baxımdan onun nəzərdən keçirdiyimiz 1950-1980-ci illər dövrü
nəsrində xeyli dinamik dəyişikliklər baş vermiş, ənənəvi mövzu
və ideyalar yeni rakursda daha dərindən inkişaf etdirilməyə mey-
lli olmuşdur.
1950-ci illərin ortalarından başlayaraq, Qaraçay ədəbiyyatı-
nın, onun janrlarının sistemli inkişafı getmiş, ayrı-ayrı yazıçıların
yaradıcılığında bir sıra mövzular daha dərindən və ətraflı təhlil-
lərə cəlb edilmişdir. Qaraçay nəsrinin bizi maraqlandıran dövrün-
dəki ümumi səciyyəsini versək, onda hekayə, povest və roman
janrlarında xeyli nümunələrin ortaya qoyulduğunu görərik. Yəqin
elə buna görə də son onilliklərdə Qaraçay ədəbiyyatşünaslığında
epik nəsr janrlarının təşəkkül və inkişaf proseslərini, milli yazıçı-
Dostları ilə paylaş: |