Qaraçay ədəbiyyatı
247
5.2. Qaraçay nəsri yüksəliş mərhələsində
1950-1980-ci illər əsasən Qaraçay nəsrinin keyfiyyət-
cə yüksəliş dövrüdür. Belə ki, onun bu illərdəki inkişafının
özünəməxsusluğu yeni mövzuların dərindən dərki və daha tam
şəkildə ifadə olunması üçün müxtəlif janr formalarının inkişafın-
dan istifadəni nəzərdə tuturdu. Bu zaman daha böyük rolu oçerk
və publisistik janrlar oynayırdı. Özündə bədii obrazlılıqla elmi
təhlil məntiqini birləşdirməklə oçerk, həm də ilk epik əsərlərin
ortaya çıxmasını stimullaşdırırdı. Eyni zamanda paralel olaraq
hekayə kimi mürəkkəb və maraqlı janrın da vüsət alması müşa-
hidə olunurdu. Ənənəvi folklor təhkiyə xapar (hekayət) janrına
yaxın olan bu janrın Qaraçay nəsrində təşəkkülü və inkişafı heç
də asan getmirdi. Lakin bundan da çətin povest və roman janrla-
rının inkişafında uğurlara imza atmaq idi.
Əlbəttə, nasirlərin qarşısında dayanan ən başlıca vəzifə ya-
şayıb yaratdıqları dövrdəki müasirlərinin tipik xüsusiyyətlərini,
yeni qəhrəman obrazını ortaya qoymaqdan ibarət idi. Dövrün özü
müharibə haqqında, real gerçəklik haqqında kifayət qədər mate-
riallar versə də, reallığın özünü bədii cəhətdən daha obyektiv və
ayıq qiymətləndirməyə ehtiyac vardır. Elə buna görə də Qaraçay
nəsrinin nəzərdən keçirdiyimiz dövrdə inkişafının əvvəlki illər-
dən fərqi bu ədəbiyyat qarşısında dayanan problemlərin həlli ilə
xarakterizə olunurdu. Bu fərq ilk növbədə epoxanın özünəməx-
susluğu ilə bağlı idi. Söhbət burada nəinki nəsrdəki sosial-mənəvi
məsələlərlə, həm də əsərlərin bədii keyfiyyətinin (süjet, kolliziya,
obraz və xarakterlər və s.) ortaya qoyulması ilə bağlı idi. Qaraçay
nasirləri bu dövrdə diqqət mərkəzinə mənəvi-psixoloji və sosi-
al-mədəni problemləri çəkirdilər. Lakin bu heç də o demək de-
yildir ki, Qaraçay nəsri ənənəvi inkişaf yolundan kənarlaşmağa
səmt alırdı. 50-80-ci illər Qaraçay ədəbiyyatı onun əvvəlki inki-
şaf təkamülünün zəruri və təbii həlqəsi idi. Elə buna görə də 60-cı