Qaraçay ədəbiyyatı
249
və faktların ortaya çıxmasına da böyük səy göstərmişdir. V.A.Ne-
jinskinin apardığı bu işlərin ən mühüm cəhəti onun tarixi-tədqiqat
xarakterli olmasında idi.
Operativ qəzet janrları müharibədə döyüşmüş qəhrəmanların
adının geniş ictimaiyyətə çatdırılmasında böyük rol oynayırdı.
Qəzetlərin səhifələrində müxtəlif publisistik janrlara – portret
oçerk və xatirələrə partizan mübarizəsinin təsvirinə və xronika-
sına tez-tez rast gəlinirdi. Eyni zamanda bu nümunələrdə itkin
düşmüş qəhrəmanlar, onların döyüş dostları, ailələri haqqında,
onların şücaəti, Vətənə sədaqəti ilə bağlı məlu matlar yer almaq-
la, həm də hərbdə, müharibədə gedən hadisələri belletriza siya et-
məyə meylli olan hekayə və novellalara daha çox rast gəlinirdi.
Bu istiqamətdə vilayətdə Qaraçay dilində nəşr olunan «Lenin
bayrağı» («Ленинни байрагъы») qəzetinin apardığı ictimai-si-
yasi işin də rolu qeyd olunmalıdır. Qəzetin insanlarda humanizm,
vətənpərvərlik və digər keyfiyyətlər for ma laş dır ması ilə yana-
şı, həm də müharibə illərində baş vermiş hadisələri yeni fakt və
yeni qəhrə manların adları ilə bağlı axtarışlar aparması da onun
mühüm xüsusiyyətlərindən idi. Məsələn, qəzetin «İtkin düşmüş-
dür» rubrikasında oxuculara müraciətdə deyilirdi: «Bu mühari-
bənin epopeyası günü-gündən daha yaxşı açılır. İnsanların xa-
tirələri, hərbi, partizan arxivləri, müharibə veteranlarının şəxsi
arxivləri minlərcə qızıl zərrəciklər – cigitlərin adını, mübarizənin
qəhrəmanlıq epizodları haqqında hekayətləri, çətin qəhrəmanlıq
illərindəki böyük qələbə və digər bir sıra qiymətli məlumatları
özündə saxlamaqdadır. Redaksiya öz həmyerlilərinin xatirələrini,
hekayətlərini – belarus partizanları ilə bağlı ehtiyatda olan pol-
kovnik V.A.Nejinski tərəfindən yığılmış məlumatları, müəllifin
«Döyüş bayrağı altında», «Qafqazdan Berlinə qədər», «Bu müha-
ribə zamanı olmuşdur» kitablarını dərc etməyə başlayır. Redak-
siya oxuculara Belаrusiya qəhrəman-partizanlarının fəaliy yəti ilə
əlaqədar povest yaradılması ilə bağlı da əməkdaşlıq təklif edir.
Nizami Tağısoy
250
Biz Belarusiyada, belаrus xalqı ilə partizan cığırlarının çə-
tin izi ilə getmiş həmyerlilərimiz, onların döyüş dostları - bir
sözlə, bu gün yaşayanların xoşbəxt li yi ni təmin edənlər haqqında
doğru-düzgün məlumatlar almaq istəyirik….» (31). Eyni zaman-
da Qaraçay qəzetləri BVM-ndə şərəflə iştirak edib sağ-salamat
Vətəninə qayıdıb əmək fəaliyyətində olanlara da xeyli yer verirdi:
onların düşmən gülləsindən döyüş meydanında qalanlar haqqın-
da xatirələri olduqca zəruri və maraqlı idi.
Əlbəttə, nəzərdən keçirdiyimiz dövr Qaraçay nəsrində infor-
mativ – təsviri belletristikadan aramlı-analitik təhkiyə manerası-
na keçid heç də asan baş vermirdi. Böyük və zəngin ədəbiyyatla-
rın bu müstəvidə inkişafı ardıcıl və davamlı olsa da, Qaraçay nəs-
ri digər ədəbiyyatların, xüsusən rus və yaxud türk (Azərbaycan,
özbək, qazax və s.) ədəbiyyatlarının təcrübəsinə müraciət etməli
idi. Bu baxımdan həmin illərdə işıq üzü görmüş K.Simonovun
«Dirilər və ölülər» trilogiyası, A.Çakovskinin «İsti qar», «Bloka-
da», Y.Bondarevin «Sahil» və «Seçim», Əbülhəsənin «Dünya
qopur», Aybəkin «Müqəddəs qan», Ə.Nurpei so vun «Qan və tər»
romanları da yaxşı nümunə idi.
K.Simonovun adını çəkdiyimiz trilogiyasının birinci hissəsi
dirilər və ölülər 1959-cu ildə, ikinci hissəsi «Əsgər doğulmurlar»
1969-cu ildə, üçüncü «Sonuncu yay» 1971-ci ildə; A.Çakovski-
nin «İsti qar» 1965-1969-cu illərdə, «Blokada» – 1968-1974-cü
illərdə, Y.Bondarevin «Sahil»i 1975-ci, «Seçim»i 1980-ci ildə
oxuculara təqdim olunmuşdur. Tənqidçi L.F.Yerşov haqlı olaraq
yazırdı ki, bu müəlliflər ümumi ilə xüsusini geniş planda uyğun-
laşdırmaqla konkret məişət detallarını təhlükəli cəbhə həyatına
uğurla qoşa bilirdilər. Bu, xalq mübarizəsinin sintezini, bəşəriy-
yət tarixində misli görünməyən yadda qalan döyüş səhnələri ya-
ratmağa imkan vermişdir (12, 225).
Əgər bu kitabların estetik qayəsini müqayisə etsək, onda bu-
rada insan xarakterlərinin yaradılmasında yüksələn ustalığı, bə-
Qaraçay ədəbiyyatı
251
dii obrazların plastikliyini görməklə, daxili monoloq formasına,
mürəkkəb qeyri-xüsusi vasitəsiz nitqə canatmanı, mətnaltı məna-
nın rolunun artdığını müşahidə edə bilərik.
Qaraçay ədəbiyyatında əvvəlki mərhələlərdə şəxsi, fərdi ön
plana çəkilib, ictimai arxa plana keçirdisə, bu dövrdən daha ar-
dıcıl olaraq şəxsi, fərdi məsələlərə münasibət onun konkret ta-
rixi dövrdəki zəruriliyi ilə bağlı ortaya qoyulurdu. Əgər əvvəlki
mərhələlərdə vətəndaşlıq əsas etibarı ilə öz maraqlarını dövlət
maraqlarına tabe etmək bacarığı idisə, 50-80-ci illər Qaraçay
ədəbiyyatında belə ümumi yanaşma öz əhəmiyyətini getdikcə
itirməyə başlayırdı. Qaraçay yazıçıları diqqət mərkəzinə çəkdik-
ləri obyekti daha geniş epik planda müxtəlif janr formalarında
həyata keçirirdilər. Qaraçay ədəbiyyatında özünə status qazanmış
povest və roman janrları ilə yanaşı, bədii xronikaya müraciət də
yazıçılar tərəfindən tətbiq edilməyə səmt götürürdü. Ümumiyyət-
lə götürdükdə Qaraçay yazıçılarının müharibə mövzusuna həsr
etdikləri əsərləri hadisələrin genişliyi, çoxplanlılığı ilə yanaşı,
həm də onların realist təsviri, süjetdəki dramatizm və gərginliklə
xarakterizə olunmaqdadır. Əsərlərdə hadisələrin harada cərəyan
etməsindən asılı olmayaraq – cəbhədəki partizan dəstələrindəki,
arxa cəbhədəki dövrün koloriti müəlliflər tərəfindən əsasən ger-
çəkliyin təsviri ilə ifadə olunmaqla, oçerk sənədliliyi ilə diqqəti
cəlb etməkdədir.
1950-1980-ci illər Qaraçay nəsrinin janr və üslub xüsusiy-
yətlərinin örənil məsi milli sənətkarların yaradıcı təfəkkürünün
ortaya çıxarılmasını, bu müəlliflərin estetik dünyasına daxil ol-
manı tələb edirdi. Qaraçay ədəbiyyatı regionun iqtisadi, siyasi və
mədəni inkişafı ilə sıx əlaqədə formalaşırdı. Onun baniləri ədəbi
ustalığa yiyələnməklə, yaradıcılıq prosesinin sirlərinə daha dərin-
dən bələd olmağa can atırdılar. Məhz onların yaratdığı ilk oçerk
və hekayə nümunələri milli ədəbiyyatın yaradılmasında müəyyən
rol oynamağa başladı.
Dostları ilə paylaş: |