26
Məsihinin əsəri isə klassik epik əsərlər kimi divan ədəbiyyatı qanun-
qaydalarına əsaslanır. Poemada hər bölmə mənzum şəkildə ifadə
olunmuş, fəslin daxili məna və məzmununa uyğun adlandırılmışdır...
Məsihinin poeması həcmcə də Yusif Məddahınkından çox böyükdür.
Yusif Məddahın poeması 1700 beytdən ibarətdir. Məsihinin “Vərqa və
Gülşa” poeması isə on min misraya yaxındır”... [2] “Hər iki əsər
ənənəvi şəkildə, klassik epik şeirin ədəbi qanunlarına uyğun olaraq
tövhid və nətlə başlanır. Lakin Yusif Məddahın əsərində rəsmi-
ənənəvi başlıqlara az yer verilmişdir: burada tövhid yeddi, nət isə üç
beytdən ibarətdir.”
Məsihinin “Vərqa və Gülşa”sında isə nət, tövhid, Əlinin tərifi,
meracnamə, qələmə xitab, Şah Abbasın mədhi və saqinamə hissələri
verilir. Bu fəsillərin həcmi əsərdə min misraya yaxındır. Belə statistik
fərqlərin müəyyənləşdirilməsi tədqiqatçıya Məsihi əsərinin bədii
strukturunda – süjet və kompozisiya sistemində nəzərə çarpan özünə-
məxsusluqları göstərməyə imkan yaradır və o, hər iki əsərin süjet və
kompozisiyasını müqayisə edərək bildirir ki, Məsihinin əsərinin süjeti
bəzi cəhətlərinə görə Yusif Məddahın əsərinə bənzəsə də, ideya-
sənətkarlıq xüsusiyyətlərinə görə tamam orijinal əsərdir. Məsihi “sü-
jetə Yusif Məddahın əsərində olmayan bir çox hadisələr əlavə etmiş,
bəzi epizodları öz məqsədinə uyğunlaşdırmış, bəzilərini isə atmışdır”
[2, s. 60]. “Məsihi ənənəvi süjetə qəhrəmanların nəzir-niyazla doğul-
ması, aşiqlərin şam, pərvanə və ay-ulduzlarla mükaliməsi, onların
məktublaşması, özlərinin öz dərdlərinə çarə tapmaları, Hümam və
arvadının xeyirxahlıqları və s. bu kimi epizodları əlavə etmişdir ki,
bunlar “Vərqa və Gülşa” mövzusunda yazılan bəlli əsərlərin heç
birində yoxdur” [2, s. 61].
Monoqrafiyada Məsihinin “Vərqa və Gülşa” əsərinin Tehranda
və Londonda saxlanılan əlyazmalarının elmi təsviri verilir, onların ya-
zılma tarixi, xətt və kağız növü, həcmləri, fərqi göstərilir. Hər iki
nüsxəni diqqətlə oxuyub müqayisə edən Ə.Səfərli bu qənaətə gəlir ki,
“Vərqa və Gülşa”nın Tehran nüsxəsi daha əski və mükəmməldir. Bu-
rada London nüsxəsində olmayan dörd fəsil vardır ki: “Məsihinin
dünyagörüşünün bəzi cəhətlərini işıqlandırmaq, əsərin ideya-bədii
keyfiyyətlərini aydınlaşdırmaq üçün çox faydalıdır” [2, s. 82].
Kitabda “Vərqa və Gülşa”nın ölməz qəhrəmanları, aparıcı per-
sonajları dərin təhlildən keçirilir. Ə.Səfərli Vərqanı “Eşq və şərəf mü-
cəssəməsi”, Gülşanı “Sevgi və gözəllik örnəyi”, əsərin özünü isə ümu-
milikdə “Ölməz sevgi dastanı” hesab edərək, onun ədəbiyyat tarixin-
dəki yeri barədə yazır: “Məsihinin “Vərqa və Gülşa” poeması ictimai
27
məzmunu, bədii keyfiyyəti baxımından Azərbaycan epik şeirinin gö-
zəl, kamil bir nümunəsidir. Şair bu əsəri ilə Azərbaycan ədəbiyyatı xə-
zinəsinə öz təravət və rayihəsini itirməyən bir sənət əsəri gətirmiş,
məhəbbətin yeni, möhtəşəm bir abidəsini yaratmışdır” [2, s. 82].
Məsihinin həyat və yaradıcılığı ilə bağlı araşdırmaları Əlyar
Səfərliyə XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatının öyrənilməmiş
məsələləri, bu dövrün ədəbi şəxsiyyətlərinin fəaliyyəti, xüsusən epik
poeziyanın inkişaf yolları ilə yaxından tanış olmaq, bu şeirin ideya-
məzmun və bədii xüsusiyyətlərini tədqiq etmək imkanı yaradır. Ə.Sə-
fərli 20 ilə yaxın bir zaman ərzində bu sahədə apardığı gərgin elmi
axtarışların nəticələrini “XVII-XVIII əsrlər Azərbaycan epik şeiri”
mövzusunda yazdığı doktorluq dissertasiyasında ümumiləşdirir və
həmin dissertasiyanın mətni əsasında eyniadlı dəyərli bir monoqrafiya
çap etdirir [3]. “Epik şeir və ictimai həyat”, “Romantik və fantastik
məhəbbət poemaları”, “Həyata və insana yeni münasibət. Mənzum
hekayənin müstəqil janra çevrilməsi...” adlı üç fəslində epik-didaktik
əsərlərdə realizm, Cəlalilər hərəkatının epik şeirdə əksi, tarixi möv-
zuların epik təsviri, qissə-məsnəvilərin mövzu dairəsi, fantastik obraz-
larda həyat həqiqətlərinin ifadəsi kimi məsələlərin elmi izahı verilən
bu monoqrafiyanın dördüncü fəsli dövrün bədii nəsrinin: səyyar sü-
jetlər əsasında yaranan hekayə toplularının, Möhsün Nəsirinin “Tuti-
namə”, Məhəmmədin “Şəhriyar” əsərlərinin təhlilinə həsr olunmuş-
dur. İlk baxışda kitabın adına və problematikasına paradoksal görünən
bu fəsil əslində XVII-XVIII əsrlərdə yaranan epik ədəbiyyatı bütöv bir
tam kimi göstərmək məqsədinə xidmət edir. Elə buna görə Ə.Səfər-
linin monoqrafiyası orta əsrlər Azərbaycan ədəbiyyatının sözükeçər –
nüfuzlu biliciləri tərəfindən razılıqla qarşılanmış, görkəmli ədəbiyyat-
şünas-alim Mirzağa Quluzadə monoqrafiyanın nəşriyyata təqdim
olunmuş nüsxəsinə rəyində yazmışdır: “Ə.Səfərli Azərbaycan ədəbiy-
yatında XVII-XVIII əsrlərdə inkişaf edən epik şeirimizin bir sıra əsla
işlənməmiş və ya ötəri adları çəkilmiş maraqlı nümunələrini toplayıb
aşkara çıxarmış, onları sistemləşdirmiş, bu sahədə olan ilk mənbələri
diqqətlə təhlil etmişdir... Müəllif XVII-XVIII əsrlərdə Azərbaycan
epik şeiri və bədii nəsrinin həyatla, tarixi-ictimai zəminlə sıx əlaqə-
lərini, bu əsərlərdə humanist ideyaların canlı, şairanə təsvirini, əsər-
lərin ideya-estetik məziyyətlərini elmi-metodoloji cəhətdən tamamilə
düzgün istiqamətdə öyrənib araşdırmışdır” [3, s. 5].
Azərbaycan mediyevist alimlərinin əksəriyyəti kimi Əlyar Sə-
fərli də dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanılan Azər-
baycan ədəbiyyatına mənsub əlyazmalarından xəbərdar, xətt növlərinə
Dostları ilə paylaş: |