22
səlmiş, poeziya forma və məzmun baxımından zənginləşmiş, Füzuli
ənənələri ümumtürk kontekstindən uzaqlaşaraq xeyli sadələşib və yığ-
camlaşıb lokal səciyyə almışdır. Vaqif və Vidadinin yaradıcılığında Fü-
zuli təsiri duyulsa da, füzuliyanəlik görünməz həddə çatmışdır. Onla-
rın ikisi də müasirlərinin çoxu kimi yaşadıqları zəmanədən və mühit-
dən yazır, həyatın gerçək gözəlliklərini və təzadlarını, insanların sevinc
və kədərini, arzu və istəklərini, mənəvi yaşantılarını əks etdirirdilər.
Ə.Səfərli Vaqif və Vidadinin yaradıcılığına ənənəvi yanaşıb el-
mi sələflərinin əksəriyyəti kimi Vidadi lirikasını bədbin, Vaqif şeirini
nikbin pafoslu hesab etsə də, sonda bu konsepsiya tərəfdarlarına əks
mövqedə dayanır. Onun qənaətinə görə, Vidadi həmişə ağlamadığı
kimi, Vaqif də həmişə gülmür. Xüsusilə “Mən cahan mülkündə müt-
ləq doğru halət görmədim, Hər nə gördüm, əyri gördüm, özgə babət
görmədim”, – deyə yaşadığı zəmanədən ictimai
mühitdən şikayətlənən
insanlarda etibarsızlıqdan, sədaqətsizlikdən, riyakarlıqdan, böhtançı-
lıqdan başqa heç nə görmədiyi üçün kədərlənən, xiffət çəkən və cahan
mülkündə gördüklərindən usanaraq ömrünün müdrik çağlarında “Gör-
mədim” kimi şedevr bir əsər yazan Molla Pənahın hər zaman və hər
yerdə həyatın bütün əzablarını toy-bayram kimi qarşıladığını düşün-
mək səhvdir. Əlyar Səfərli doğru deyir ki, nikbin Vaqifin bədbin-
ləşdiyi, kədərdən üzüldüyü, hətta yaşamaqdan bezdiyi vaxtlar da ol-
muş və onun “Yoxdur”, “Görmədim”, “Bax” rədifli şeirləri belə mə-
nəvi sıxıntıların bədbin əhvali-ruhiyyənin poetik ifadəsi kimi meydana
gəlmişdir.
“Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” dərsliyi sonralar
təkmilləşdirilərək yenidən çap edilmişdir (1998). İlk nəşr “Müəllif-
lərdən” və “Ədəbiyyat” hissələrindən başqa 6 fəslə ayrılmışdı və hər
fəslin adı vardı: “Ən qədim dövrlərdə Azərbaycan ədəbiyyatı”, “Erkən
orta əsrlər ədəbiyyatı” və s. Kitabın birinci nəşrindəki “Müəlliflərdən”
hissəsi ixtisar olunmuş, onun əvəzinə elmi bir “Giriş” artırılmış, bu
hissədə divan ədəbiyyatının özgün xüsusiyyətləri aydınlaşdırılmışdır.
İlk nəşrdə üçüncü fəsil “XI-XII əsrlər ədəbiyyatı” adlanırdı. İkinci
nəşrdə bu fəsil parçalanaraq iki müstəqil fəslə ayrılmışdır: “XI əsr
Azərbaycan ədəbiyyatı”, “XII əsr Azərbaycan ədəbiyyatı”. “Xətib
Təbrizi” və “Qətran Təbrizi” oçerkləri üçüncü fəsildə, “Məhsəti Gən-
cəvi”, “Xaqani Şirvani” və “Nizami Gəncəvi” oçerkləri dördüncü fə-
sildə verilmişdir. Qətran və Xətib haqqında oçerklərin yeri dəyişilmiş,
ilk nəşrdəki düzgün sıralanma pozulmuşdur. İkinci nəşrdə müəlliflər
dərsliyə orta əsrlərdə yaşamış Seyid Zülfüqar Şirvani, Hümam Təb-
rizi, Mahmud Şəbüstəri, Bədr Şirvani, Hamidi, Həqiri Təbrizi, Mirzə